Buradasınız Əsas » Xəbər
  • Bookmark and Share

Xəbər

Etibar Cəbrayıloğlu: Sizə Ramil adlı oğul lazımdımı?

Hər həftəsonu ölkə futbolunu zorlamaqdan həzz alan AFFA, onun ərköyün övladı PFL və fiziki qüsurlu uşağı… Premyer-liqamızın builki mövsümünün başa çatmasını necə də səbirsizliklə gözləyirdim. Qazaxıstanın Taldıkurqan çöllərindən əsgər forması ilə evimizə dönəcəyim günü gözləyəndə heç belə hisslər keçirməmişdim… Pulsuz-parasız, intriqasız və maraqsız çempionat oyunlarını izləməkdən darıxdırıcı nə ola bilərdi ki? Bir yandan da “Xəzər Davamını oxu

…İndi Lənkəranda futbol can verir… (Şe`r)

İdman sağlamlıqdır, bildik, bu sözü, Şahı isə Futbol, həm onun gözü, Bu necə sevgiydi, gedərsə, özü… İndi Lənkəranda futbol can verir, Adını tarixə ərməğan verir. Uşaq tək sevinib, şadlanmış idik, Sevginin oduyla odlanmış idik, Neçə haqsızlığa biz yanmış idik, Təəssüf, Lənkəranda futbol can verir, Adını tarixə ərməğan verir. Oyunun olan gün tir-tir əsərdik, Tutub meydan Davamını oxu

Mirhafiz Babayev-50! Təbrik edirik!

Bu gün “Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayevin 50 illik yubileyidir. Bu gün, may ayının 11-də “Bosman” fan klubunun rəhbəri Mirhafiz Babayev 50-ci doğum gününü qeyd edir. “Xəzər Lənkəran” azarkeşləri arasında adı hörmətlə çəkilən Mirhafiz bəy yurdsevərliyi ilə seçilən, ziyalılığı ilə ətrafdakılara örnək olan, ən çətin vəziyyətlərdə belə böyüklük nümunəsi göstərən bir şəxsiyyətdir. Onu yaxından tanıyanlar Davamını oxu

İslam Cabbarlı-46! Təbrik edirik!

Bu gün mayın 11-də “Xəzər Lənkəran” futbol klubunun azarkeş qrupları içərisində xüsusi çəkisi olan “12-ci Oyunçu” azarkeş qrupunun rəhbəri və həmçinin hamının sevə-sevə izlədiyi “12cioyuncu.info” saytının rəhbəri olan İslam bəy Cabbarlının 46-cı doğum günüdür. İslam bəyin yurdsevərliyi, çətin günün dostu olması, haqq carçısı kimi çətin sınaqlardan keçməsi, ictimai fəal insan olması, həmçinin nümunəvi bir ailə Davamını oxu

Sevimli Rednikin taleyində bu da varmış… (Video)

Rumıniyanın “Dinamo” və “Vitorul” komandaları arasında oynanılan oyunda dəhşətli hadisə yaşanıb.  Xəbər velrir ki, oyuna sonradan qoşulan Buxarestin “Dinamo” klubunun oyunçusu Patrik Ekenq ürək çatışmazlığından vəfat edib. Rumıniya 1-ci futbol liqasında baş tutan və 3-3 hesabı ilə bitən “Dinamo”-“Vitorul” oyununda meydan sahiblərinin futbolçusu Patrik Ekenq oyunun 63-cü dəqiqəsində oyuna daxil olub. 70 ci dəqiqədə anidən Davamını oxu

Əziz Xanımlar, 8 Mart Beynəlxalq Qadınlar Gününüz Mübarək!

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bütün Xanımları təbrik edir, onlara can sağlığı, arzuladıqları xoşbəxtlikləri yaşayacaqları uzun ömür ərzində Allahdan nəsib almalarını arzu edirik. Qadınlar incə məxluq yaradıldığından, biz kişilərin də onlarla daim incə rəftarımızı, sevgimizi və ən müqəddəs ANA kəlmələrinə layiq hörmətlə yanaşacağımızı, əsl kişilər adından boynumuzun borcu olduğunu bir daha xatırlayaraq, təbrik edirik! Davamını oxu

Etibar Cəbrayıloğlu: “Görəsən inqilab beləmi olur?”

Cəmi bir neçə gündən sonra…   İnqilaba az qalıb, lap az. Bir neçə gündən sonra elə bir həngamə qopacaq ki, bütün dünya Azərbaycandan danışacaq. Rayonları bilmirəm, amma Bakıda camaatın söz-söhbəti elə bu hadisə barədədi. Xanımların Novruz bayramı hazırlıqları, kişilərin Türkiyə-Rusiya münasibətlərinin təp-təzə durumu, nöyütün yeni qiyməti və dolların məzənnəsi ilə bağlı müzakirələri çoxdan arxa plana Davamını oxu

“Bosman”, 7 yaşın Mübarək!

Bu gün fanklubumuz üçün ən əlamətdar gündür. Belə ki, 2009-cu ilin Fevral ayının 9-da on üç “Xəzər Lənkəran” azarkeşi tərəfindən “Bosman” fan klubunun təsis edilməsi haqqında qərar qəbul olundu. “Xəzər Lənkəran”ın ətrafında sayca dördüncü olaraq təsis edilmiş “Bosman” fanklubu, niyə yarandı?-kimi sual da səsləndirmək olar. Belə ki, fanat hərəkatında müəyyən yeri olan məsələlər də var Davamını oxu

Etibar Cəbrayıloğlu: 8 Martdan bir xeyli əvvəl…

İndi belə çıxır PFL klublara atıb? Bu nə yay gəlməmiş çırmanmaqdı, nə arxı keçməmiş hoppanmaq. Bəs 8 Mart kimi təntənəli, sevimli, heç vaxt yaddan çıxmayan bayramdan bir xeyli əvvəl bu məsələni niyə yada salıram? Bu arvaddan qorxmaq mərəzi də deyil. Bakılılar demiş, tamam alayı məsələdi, qardaşlar. Qardaşlar, məsələ belədi. Ölkəmizin bu başından o başınacan vur-tut Davamını oxu

“12cioyuncu.info” fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı

Bu gün səhər saatlarından Azərbaycanda ilk və ən böyük azarkeş saytı olan, “12cioyuncu.info” saytı fəaliyyətini dayandırıb. Fəaliyyətin dayanma səbəbləri yalnız bu azarkeş qrupuna məxsus “facebook” səhifəsində göstərilib. Bu çox təəssüfləndirici haldır və azarkeşlərin geniş obyektiv müzakirə saytı olan “12cioyuncu.info”nun dayanması sanki azarkeşlər tərəfindən nəyi isə itirmiş kimi hiss ediləcək və bir müddət bu yoxluğa alışa Davamını oxu