Mirhafiz Babayev-50! Təbrik edirik!

Bu gün “Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayevin 50 illik yubileyidir.
Bu gün, may ayının 11-də “Bosman” fan klubunun rəhbəri Mirhafiz Babayev 50-ci doğum gününü qeyd edir.
“Xəzər Lənkəran” azarkeşləri arasında adı hörmətlə çəkilən Mirhafiz bəy yurdsevərliyi ilə seçilən, ziyalılığı ilə ətrafdakılara örnək olan, ən çətin vəziyyətlərdə belə böyüklük nümunəsi göstərən bir şəxsiyyətdir. Onu yaxından tanıyanlar nurani davranışı, səmimiyyəti və yüksək mədəniyyətinə heyran qalmaya bilmirlər. Qeyd edək ki, Doktor Mirhafiz Babayev, cəmiyyətdə xüsusi çəkiyə mailk olan və onlarla adlı sanlı ziyalılar yetişdirmiş böyük bir nəslin nümyəndəsidir.
Bütün azarkeşlərimizin adından Mirhafiz Babayevi 50-yaşının tamam olması münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür və can sağlığı arzulayırıq.
Qeyd: Şəkildə dünya şöhrətli məşqçilər rumıniyalı Mirça Rednik (sağda) və italiyalı Ciovanni Melkiore (solda) ilə birlikdə.

3 thoughts on “Mirhafiz Babayev-50! Təbrik edirik!”

  1. Sizdən bir xahişim var .mümkün olan da saytınıza nəzər salın
    Qabaqdan futbol bayramı gəlir fikrlərimizi bplüşək .
    *****
    Bu futbol bayramını biz də səbirsizliklə gözləyirik və İnşAllah bölüşərik.

  2. Foto ötən günıəri xatırladır .Bilirsiniz əsl dost görəndə çox şad olur və qibtə edirəm
    Təssüf ki bunu az görürəm şükür ki sizin və İslam bəyin timsalında bunum şahidiyəm .inanın ki qyabi olsa da sizləri dost bilirəm və sizin fikrləriniz mənim üçün çox dəyərlidir .Real yaşadığım həyatda belə bir sohbət edəcəyim insan sıfır səviyyəsindədir .Çünki düşüncələr fərqlidir .bu saytlarınızın olması , bir işıqdır , şəfaflıqdır mənim üçqn .Allah qorusun sizləri.
    *****
    Ötən günə gün çatmaz, calasan günü, günə. Belə bir deyim var. Amma bu o demək deyil ki, hər şeyin sonudur. Bu günü də mə`nalı yaşamalıyıq ki, həmin fikri gələcəkdən indiki günlərə deyə bilək. Allahdan sizə real dost arzulayıram. Onu da bildirmək istəyirəm ki, hamımıza ən yaxın dost Allahdır və biz təklikdə qalanda heç bir şeyi gizlətmədən, artırmadan və azaltmadan, hər şeyi olduğu kimi yalnız Onunla danışa bilirik.

  3. Dəyərli gikrlərinizə görə çox sağ olun .Allah arxalandıımız yeganə varlığdır .
    *****
    Qiymətləndirdiyinizə görə təşəkkür edirəm.

Comments are closed.