Qaydalar

Hörmətli izləyicimiz, ilk öncə sizi saytımızda Salamlayırıq!
Əvvəla bir daha onu nəzərinizə çatdırmaq istəyirik ki, “Bosman.az” saytı idmanı əhatə edən sayt olaraq fəaliyyət göstərir. “Xəzər Lənkəran” futbol klubunun tam müstəqil azarkeş qrupu olan “BOSMAN” fanat klubunun rəsmi saytıdır.
Saytımız dini, irqi, mənsubiyyətindən asılı olmayaraq bütün insanlara bərabər istifadəçi hüququ verir. “Bosman.az” saytı olaraq, ilk növbədə dini, irqi, siyasi və sair əqidəsindən asılı olmayaraq bütün insanlara eyni şəraitin yaradılmasına və eyni münasibətin göstərilməsinə özünü borclu sayır və qəti şəkildə əməl etməsinə söz verir. Yetər ki, bütün istifadəçiləimiz də fikir və rəy bidirərkən bu nüanslara hörmətlə yanaşıb, bu şərtləri pozmamalıdırlar. Fikir və düşüncə azadlığı, şəxsiyyətə hörmət, əxlaqi kodekslərin qorunması kimi ümümbəşəri dəyərlərə, dini, irqi, siyasi baxışlarından asılı olmayaraq bütün insanlara qarşılıqlı hörmət, saytdan istifadə edənlərin hamısı üçün eyni dərəcədə nəzərdə tutulur. Hamı üçün eyni şəraitin yaradılması “Bosman.az” redaksiyası olaraq, bizim ümdə borcumuzdur.

“Bosman.az” məkanında istifadəçilərə hörmətlə yanaşmanızı xahiş edirik!  Şikayətlərinizi saytımızın inzibatçısına və ya İdarə Heyyətinə (Şəxsi məktublar vasitəsi ilə) bildirə bilərsiniz. İstifadəçilərin təhqir olunmasına rəhbərlik tərəfindən qəti yol verilməyəcək, uyğun bilinərsə, ciddi şəkildə pislənəcək; bunu edən şəxslərin cəzalandırılmasına çalışılacaq! Bütün bunlar Azərbaycan Respublikasının mövcud qanunvericiliyi əsasında nəzərdə tutulur və həyata keçiriləcək!
Saytda ciddi qadağan olunur:
– Məqalələrdə və Müzakirələrdə tətbiq olunan şərhlər və rəylər vasitəsilə mövzunu kənar  istiqamətə yönləndirmə.
– Saytın istifadəçilərini təhqir etmək və hədələmək.
– Rəy və şərhlərdə insanlığa sığmayan, qeyri əxlaqi leksikondan istifadə.
– Milli, dini və etnik ayrıseçkilik salma və qızışdırma.
– SPAM;  Reklam xarakterli cəhdlərin şərhlər vasitəsilə hər hansı növü. 

Cəmiyyətimizdə bir-birimizə hörmət etməyə çalışaq, hər kəsin fikir və düşüncəsinə səbrlə yanaşaq! Hər bir istifadəçinin və ya müəllifin həm müəlliflik hüququ qorunur və həm də lazım bildiyi halda bütün şəxsi və texniki kimliyi redaksiya tərəfindən gizli saxlanılır.
Sayt rəhbərliyinin qaydalara uyğun gəlməyən, bütöv bir şərhi və ya şərhin bir hissəsini silmək (redaktə etmək) hüququ vardır.
Qaydaları pozduğunuz zaman sizə xəbərdarlıq ediləcək! Bəzi hallarda isə kənarlaşdırılmağınız xəbərdarlıqsız ediləcəkdir. Çünki artıq burada hər bir sayt istifadəçisi tətbiq olunan qaydalardan xəbərdardır. Bərpa olunmaq üçün saytın inzibatçısına (adminstratoruna) məktub yazmalısınız. İnzibatçı və İdarə heyyətinə hörmətsizlik qınanılır və həmin şəxsi, saytın istifadəçilyindən uzaqlaşdırılma ilə nəticələnə bilər. Başqalarının əməyinə hörmətlə yanaşmaq, bir insan kimi hamımızın borcudur!
Düşünürük ki, bizim mehriban və səmimi istifadəçimiz olmaqla, dəyərli fikirlərinizlə saytımızın daha sevimli və baxımlı olmasında öz gözəl əxlaqınızla yardım edəcəksiniz!
“Bosman” fanklubunun idarə heyəti
“Bosman.az” saytının redaksiyası