"12cioyuncu.info" fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı

Bu gün səhər saatlarından Azərbaycanda ilk və ən böyük azarkeş saytı olan, “12cioyuncu.info” saytı fəaliyyətini dayandırıb. Fəaliyyətin dayanma səbəbləri yalnız bu azarkeş qrupuna məxsus “facebook” səhifəsində göstərilib. Bu çox təəssüfləndirici haldır və azarkeşlərin geniş obyektiv müzakirə saytı olan “12cioyuncu.info”nun dayanması sanki azarkeşlər tərəfindən nəyi isə itirmiş kimi hiss ediləcək və bir müddət bu yoxluğa alışa bilməyəcəklər.
Sözsüz ki, əlavə məlumat toplamağa çalışacağıq. İndi isə, saytın fəaliyyətinin dayandırılması haqqında həmin azarkeş qrupunun “facebook” səhifəsində dayanma səbəbləri göstərilmiş yazını dərc edirik.
Zalımların qorxusundan həqiqəti, Allah qorxusundan isə yalanı yaza bilmədikdə …
“Sayt niyə işləmir?” sualına cavab vermək çətindir, amma nə edək izah etmək borcumuzdur. Ən rahat izah yolu isə xatırlatmaqdan keçir. Beləliklə xatırladaraq izah edirik:
Yadınızdadırsa bir neçə gün əvvəl saytımızda bir yazı getmişdi. “Günü günə calayaraq” başlıqlı həmin yazının sonunda qeyd olunmuşdu ki, “Gücümüz yetənə qədər saytı saxlayacaq və qoruyacağıq, əgər günlərin birində sayt fəaliyyətini dayandırsa deməli gücümüz daha tükənib”.
Bax belə artıq günlər də biri birinə calanmır və gücümüz də tükənmiş sayılır. Nə edək, acı reallığı qəbul etmək məcburiyyətindəyik. İmkan olarsa yenə də saytı canlandırarıq, hələlik isə hələlik …

3 thoughts on “"12cioyuncu.info" fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı”

  1. Bu gözlənilən idi.Dəfələrlə sayt belə çətin duruma duşub.Lakin sayt rəhbəri son qəpiyini də saytin fəaliyyətinin davam etməsi uçun əsirgəməyib.Belə desək “qeyrətə boğulub”.Axi 12cioyuncu.info sayti çoxlarinin həsəd apardiği yeğanə azarkeş sayti idi.Burada azarkeşlər sərbəst fikir yurudur və haminin haqqi qorunurdu. İndi artiq borc-borcun üstünə yiğilib.Azarkeş sayti olduğundan klubla reklam haqqi davasini etmir və butun işlərini təmənnasiz “XL” azarkeşləri üçün edirdi.Azarkeşlərdən bəzilərinin bu işlərdən xəbəri yoxdur.Əgər xəbərləri olsaydi və onda sayt rəhbərinə: Admin bəy,halaldi sizə,neçə ildir ki, çörəypulunuzu bu saytdan çixardirsiniz-deməzdilər.Daha hardan bilsinlər ki ,sayt rəhbəri çörəkpulunu da bu saytin yaşamasina sərf edirdi.Nə isə…
    *****
    Zəfər bəy, həm saytın fəaliyyətinin məhz bu səbəbdən dayanması, həm də göstərdiyiniz haqlı iradlar da çox təəssüf doğurur.

  2. Salam.Bu neçə günü hər dəqiqə isdəyirəm girim sayta heç cür nail ola bilmirdim.Düşündüm yəqin nəsə texniki prablem yəqin.düzələr axırda məcbur qalıb 12 ci oyunçu yazıb axdarış apardım.çox sağolsun kı Bosman bu haqda bir məlumat yerləşdirib.Bu neçə ili 12cioyuncunun xəbərlərini istinadən və ya oğurlayib oz adına yerləşdirən saytlar bu haqda bir məlumat belə verməyib.İnşallah tezliklə hər şey düzələr.
    *****
    Bu hərtərəfli çətin günlərdə sizi salamlayır və onu demək istəyirəm ki, bunlara daha bir çətinlik əlavə olundu ki, bu da “12cioyuncu.info” saytının fəaliyyətini dayandırması məsələsidir.

  3. Salam Mirhafiz bəy .Düz qeyd etmisiniz ki , heş bir sayt bu barədə qeyd etməyib. (Əlbəttdəji “bosman”.az dan başqa)
    Bu laqeydlik toxunur insana .
    *****
    Bu hərtərəfli çətin günlərdə sizi salamlayır və onu demək istəyirəm ki, bunlara daha bir çətinlik əlavə olundu ki, bu da “12cioyuncu.info” saytının fəaliyyətini dayandırması məsələsidir.

Comments are closed.