Sevimli Rednikin taleyində bu da varmış… (Video)

Rumıniyanın “Dinamo” və “Vitorul” komandaları arasında oynanılan oyunda dəhşətli hadisə yaşanıb. 

Xəbər velrir ki, oyuna sonradan qoşulan Buxarestin “Dinamo” klubunun oyunçusu Patrik Ekenq ürək çatışmazlığından vəfat edib.
Rumıniya 1-ci futbol liqasında baş tutan və 3-3 hesabı ilə bitən “Dinamo”-“Vitorul” oyununda meydan sahiblərinin futbolçusu Patrik Ekenq oyunun 63-cü dəqiqəsində oyuna daxil olub. 70 ci dəqiqədə anidən yerə yıxılan kamerunlu futbolçuya ilk müdaxiləni klub həkimləri edib. 26 yaşlı futbolçu daha sonra xəstəxanaya aparılıb, edilən bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ekenqin xəstəxanaya aparılmasından sonra hakim oyunu davam etdirib. Bu davranış Rumıniyada böyük etirazlara səbəb olub.
Xatırladaq ki, Buxarest “Dinamo”sunu “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikdir.

Mənbə: Sport7.az

1 thought on “Sevimli Rednikin taleyində bu da varmış… (Video)”

  1. Çox pis oldum vidonu izlyərkən.təssüf Allah rəhmət etsin.
    *****
    Təəssüf ki, heç kim heç nədən sığortalanmayıb.

Comments are closed.