İslam Cabbarlı-46! Təbrik edirik!

Bu gün mayın 11-də “Xəzər Lənkəran” futbol klubunun azarkeş qrupları içərisində xüsusi çəkisi olan “12-ci Oyunçu” azarkeş qrupunun rəhbəri və həmçinin hamının sevə-sevə izlədiyi “12cioyuncu.info” saytının rəhbəri olan İslam bəy Cabbarlının 46-cı doğum günüdür.
İslam bəyin yurdsevərliyi, çətin günün dostu olması, haqq carçısı kimi çətin sınaqlardan keçməsi, ictimai fəal insan olması, həmçinin nümunəvi bir ailə başçısı kimi xüsusiyyətlərlə əqidəli və imanlı biri kimi yaşaması onu bir şəxsiyyətə çevirmiş və bu gün də sadaladığımız məsuliyyətlərin ağırlığına tab gətirərək addımlaması hər bir insana nümunə ola biləcək bəxtəvərçilikdir.
Biz “Bosman” fanklubu, həmçinin saytımız və saytımızın izləyiciləri adından bu böyük ziyalı ailəsində böyüyüb boya-başa çatmış şəxsiyyəti, səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür və bu mənalı ömrün davamını arzulayırıq.
Qeyd: İslam bəy çox təvazökar, reklamçılıqdan uzaq bir insandır. Gördüyü böyük işlərə baxmayaraq onun müxtəlif və xüsusən də tək fotoşəklini tapmaq bizə müyəssər olmadığı üçün “Bosman” fanklubunun rəhbəri M. Babayevlə “Xəzər Lənkəran Mərkəzi stadionu”nda çəkilmiş fotoşəkillə təqdim edirik.
Allah sizi qorusun İslam bəy!
“Bosman” fanklubu 11 may 2016

2 thoughts on “İslam Cabbarlı-46! Təbrik edirik!”

  1. Salam .ən böyük sayğı və hörmət etdiyim Mirhafiz Babayev və İslam Cabbarlı .sizin ad günüzü təbrik edirəm.Sizlərə ən birinci can sağlığı , uzun ömür arzulayiram .Çox qəribə və sanki Allahın möcüzəsidir ku , iki gözəl insan bir gün də dünyaya göz açıblar .Yaxşı ki varsınız .Sizləri tanımaq , o qədər xoşdur ki , bu qədər çirkinlərin olmasına nisbətdə mənəvi dauaqdır bizə .Allah qorusun.!!
    *****
    Həm öz və həm də İslam müəllimin adından dəyərli fikirlərinizə və təbrikinizə görə sizə təşəkkür edirəm. Layiqli azarkeşlərimizdən biri kimi.

Comments are closed.