Etibar Cəbrayıloğlu: Şərəfi “kitayski” çıxanlar və savaba görə cəhənnəm çəkənlər

“Xəzər Lənkəran”a könül verən dəyərli dostlardan biri zəng eləmişdi. “Kontur” sıxıntısı olmasa da, ətraflı girişə ehtiyac görmədi. Söhbəti qısa elədi, dedi ki, qardaş, İsrail komandası iki oyuna qapımıza 10 top vurdu. Klubumuzun 10 illik yubileyinə 10 qol hədiyyə etdilər. Nə yaxşı ki, “Xəzər Lənkəran”ın 20 yaşı yox imiş…