Futbolun “17 ana qaydası”nda I qayda: Oyun Meydanı

Futbolda “17 ana qayda”,
I qayda: Oyun Meydanı
Oyun Meydanı futbol oyunlarının keçirilməsi üçün düzəldilən təbii və süni zəmi (ot örtüyü) ilə örtülən, düzbucaqlı səklində olan bir sahədir. Bu meydanın ölçüləri və başqa parametrləri vardır ki, bunların hamısı əvvəlcədən söhbət açdığımız kimi 1863-cü ildə Kembricdə qəbul olunmuşdur və bu günə qədər də beynəlxalq futbolda dəyişmədən qalır.
Meydanın hüdudları 
Dediyimiz kimi Oyun Meydanı tərəfləri bərabər olmayan düzbucaq şəklindədir. Sahəni, yanlardan çəkilmiş iki qarşılıqlı uzun xətt-Aut Xətti sərhədləyir. Düzbucağı əmələ gətirən iki ondan qısa xətt isə-Qapı Xətti olaraq adlandırılır. Onu da deyək ki, Oyun Meydanı deyilən sahə iki standartda qəbul olunmuşdur. Qapı xəttinin uzunluğu 45 və ya 90 metr (50 və ya 100 yard) olub, bir-biri ilə eyni uzunluqda olmalıdır. Bunları birləşdirən Yan Xətt də eyni uzunluqda olub, 90 və ya 120 metr ( 100 və ya 130 yard) təşkil etməlidir. Beynəlxalq matçların keçirilməsi üçün nəzərdə tutulan Oyun Meydanı, Qapı Xətti-64 və ya 75 metr (70 və ya 80 yard), Yan Xəttlərin uzunluğu isə 100 və ya 110 metr (110 və ya 120 yard) olmalıdır.
Meydanın bütün xəttləri özlüyündə eyni qalınlıqda olub, 12 santimetr (5 düym) olmalıdır. Oyun Meydanının dörd küncünün hərəsində 1,5 metr (5 fut) hündürlüyündə və şaquli olaraq Bayraq Dirəyi basdırılmalıdır.
2008-ci ilin Martında Futbol Qaydaları məsuliyyətini daşıyan, beynəlxalq futbol qurumu olan FİFA, beynəlxalq matçlar üçün meydan ölçülərini dəyişərək 105 metr uzunluğunda və 68 metr enində bir standarta çevirmək istəsə də 8 may 2008-ci ildə FİFA-da baş tutan toplantıda bu proyekt gündəmə gətirilsə də mövcud standartlar dəyişməz olaraq, qadı.
Şəkli aydın görmək üçün üstünə klik et və böyüt:
Oyun Meydani sxem
Qapılar
Oyun meydanının hər iki qısa xətti olan, Qapı Xəttinin üzərində tam ortada olmaqla qurulur. Zəmi səthinə şaquli istiqamətdə iki eyni uzunluqda dirəklər basdırılır və bunları birləşdirərək zəmi səthinə paralel keçən qapı tiri ilə tamamlanır. Qapı dirəkləri taxta, metal və ya digər təsdiq olunmuş materialdan hazırlanır. Formaca dördkünc, dairəvi, ellipsvari ola bilər. Bu iki dirək arasındakı məsafə (qapı eni)-7 metr 32 santimetr (8 yard), qapı tiri adlanan, üst dirəklə zəmi arasındakı məsafə isə (qapı hündürlüyü)-2 metr 44 santimetr (8 fut) olmalıdır. Qapını təşkil edən bu dirəklərin hamısı olçü və formaca bir-biri ilə eynilik təşkil etməli və qalınlığı 12 santimetri (5 düym) keçməməlidir və bu ölçü zəmi üzərində çəkilmiş Oyun Meydanını sərhədləyən xəttlə eynilik təşkil edərək, mütləq ağ rəngdə olmalıdır. Toru saxlamaq üçün qapı arxasında bərkidilmiş əlavə dirəklərin ollması və ölçüləri, parametrləri hər hansı meyar ölçülərinə tabe olmayıb, sərbəst şəkildə qurula bilər. Amma burada torun olması və bütün tərəflərdən dirək, tir və zəmi səthinə elə bərkidilməlidir ki, qapıya daxil olan top hər hansı bir dəlikdən çıxa bilməsin.
Müasir futbolda qurulan bu qapılar ilk dəfə Şeffild Qaydalarında öz əksini tapmışdı. 1863-cü ildə İngiltərə Futbol Federasiyası tərəfindən müəyyən olunmuş 7,32 m (8 yard) enində olan bu ölçülər bu gün də qüvvədədir. Qapı sərhədlərini təşkil edən bu dirəklərin yaxınından keçən topun qol olub-olmamasını dəqiqləşdirmək üçün 1875-ci ildən etibarən 2,44 m (8 fut) hündürlükdə yerləşən taxta qapı tiri istifadə olunmağa başlanılıb.
Müasir dövrümüzdə qol momentini dəqiqləşdirmək üçün bir sıra elektron vasitələr bir müddət idi ki, müzakirə olunurdu. Bu günlərdə Braziliyada keçirilən və həyəcanını yaşadığımız Dünya Çempionatı-2014 yarışlarında bu artıq tətbiq olunmağa başlanılıb və Qaydaların “Top” bölümündə bundan ətraflı danışacağıq.
Az əvvəl bəhs etdiyimiz qapı arxasının sərhəddini təşkil edən Qapı Torunu ilk dəfə ingilis mühəndis Jon Aleksander Brodie tərəfindən 1889-cu ildə icad edilib və ilk olaraq, 1890-cı ildə “Nottingem Forest” ilə “Bolton Vanderers” arasında keçirilən matçda tətbiq olunub.
Futbol üzrə ilk turnir olan və 1871-ci ildən kecirilən, İngiltərə Futbol Assosiasiyası Kubokunun (FA), 1892-ci ildə keçirilən finalında tətbiq edilməklə, Qapı Toru ilk turnidə tətbiq edilərək, tarixə yazıldı.
Şəkli aydın görmək üçün üstünə klik et və böyüt:
Qapilar
Cərimə və Qapıçı Meydançası
Oyun Meydanının hər iki tərəfində olan və müəyyən ölçülərə sığan qapı önündəki sahələr sahələr nəzərdə tutulur. Qapıçı Meydançası qapı xəttindən Oyun Meydanı istiqamətində 5,5 metr (6 Yard), içəriyə uzanır və Qapı Xəttinə paralel olan bir xəttlə birləşdirilir. Beləliklə, bu sahənin ölçüsü 18,32 metrın (20 yard), 5,5 metrə (6 yard) olan nisbətindədir.
Qapıçı Meydançası kimi, Oyun Meydanının hər iki tərəfində qapı önündə, Cərimə Meydançası deyilən bir sahə də var. Bu sahə Qapıçı Meydançasından böyük olub, onu hər üç tərəfdən əhatə edir. Qapıçı Meydançasında 5,5 m (6yard) olan ölçülər burada, 16,5 metr (18 yard) təşkil edir. Bunları Qapı Xəttinə paralel olan digər bir xətt birləşdirir ki, bunun da uzunluğu 40,32 metr (44 yard) təşkil edir. Bu sahə daxilində uyğun tərəfin qapıçısı topa əllə toxunmaq hüququna malikdir. Bu sahə daxilində digər fərq isə həmin tərəfdə müdafiə olunan komandanın hər hansı bir oyunçusunun qaydalara zidd hərəkəti, qarşı tərəfin lehinə Penalti zərbəsi (11 metrlik cərimə zərbəsi) kimi qiymətləndirilir. Penalti zərbəsi isə Qapı Xəttindən düz qapı qarşısında 11 metr (12 yard) aralıda qeyd olunan nöqtədən yerinə yetirilir ki, bu haqda ətraflı Qaydaların “Penalti” bölməsində bəhs edəcəyik. Penalti zərbəsi yerinə yetirilərkən, qapıçı və zərbəni yerinə yetirən futbolçudan başqa, bütün oyunda olan futbolçular bu sahənin kənarıda yer almalıdır.
Şəkli aydın görmək üçün üstünə klik et və böyüt:
Cerime ve Qapici Meydani
Digər Parametrlər        
Oyun Meydanı hər iki Yan Xəttin ortasını birləşdirən başqa bir xəttlə ikiyə ayrılmış olur. Bu birləşdirici xəttin tam ortasında isə seçilən bir nöqtə işarələnir ki, bu da Meydanın Mərkəzi hesab olunur. Bu nöqtədən xəttin hər iki tərəfinə yarımdairə, ümumilikdə isə bir dairə çəkilmiş olur ki, Mərkəz Nöqtədən bu dairənin radiusu 9,15 metr (10 yard) təşkil edir. Belə ki, oyunun mərkəzdən başlaması zamanı, digər oyunçuların hər komanda öz tərəfində olmaqla bu Mərkəz Dairənin xaricində yer almalıdırlar. Bu Mərkəz Dairənin başqa bir funksiyası da oyunsonrası penaltilər seriyası zamanı hər iki qapıçı xaric olmaqla, hər iki komandanın bütün oyunçularının bu dairə daxilində yer alması vacibdir.
Oyun Meydanının hər dörd küncündə yerləşdirilən bayraq nöqtəsindən içəri tərəfə Qapı Xətti ilə Yan Xətti birləşdirən və mərzəzi bayraq dirəyi olan nöqtədən yarımdairə şəklində də bir xətt qeyd edilir. Bu xəttin ölçüsü 1 metr (1 yard) aralqdan olur ki, Künc Zərbələri yerinə yetirilərkən, topun bu dörddəbir dairə xəttin üzərində olması vacibdir. Qarşı tərəfin oyunçuları zərbə yerinə yetirilərkən, ən yaxın 9,15 metrlik (10 yard) bir məsafədə durmalıdırlar ki, bu da Qapı xətti və Yan Xəttdə şaquli bir xətt işarəsi ilə qeyd oluna bilər.
Zəmi (ot örtüyü)  
Oyun Meydanı təbii və ya süni ot örtüyü ilə döşənə bilər. Zəminin rəngi mütləq yaşıl rəngdə olmalıdır. Beynəlxalq əhəmiyyətli oyunlar keçiriləcək süni zəmi mütləq FİFA tərəfindən ayrıca icazə tələb edir ki, bu da FİFA-nın nəzdində yer alan xüsusi zəmi nəzarəti komissiyası tərəfindən yoxlanılıb elə ali qurumun icazəsindən sonra təsdiq edilir və istifadəyə yararlı hesab olunur.

10 thoughts on “Futbolun “17 ana qaydası”nda I qayda: Oyun Meydanı”

  1. Muəllim salam!.Çox dəyərli məlumatlardir.Açiq etiraf edirəm ki, bu (SM) ölçulərini bilmirdim.Bir halda ki, beynəlxalq qaydalara görə bu prinsiplər qəbul olunub.Onda sm məsələləri nədən yaranib?.Ola bilməzdi ki, qapilar (məs) 7m olaydi və 32sm-ə ehtiyac qalmayaydi?.Həmçinin digər sm-li elementlərdə…
    Mənə elə gəlir ki, burda bir riyazi hesablama əməliyyati aparilib.Səhfdə edə bilərəm. Bu maraqli məlumatlara görə təşəkkur edirəm.
    Hörmətlə…
    *****
    Zəfər bəy, salam! Bundan əvvəlki məlumat xarakterli yazıda da bildirmişdik ki, futbolda tətbiq olunan qaydalar ilk olaraq qədim Kembric universitetidə hazırlanıb və bu günə kimi də dəyişmədən saxlanılıb. İngiltərədə qəbul və tətbiq edilən ölçü vahidləri fərqlidir. Bunun üçün də futbolda tətbiq edilən ölçülər ingilis ölçü vahidlərini əks etdirir. Mötərizədə qeyd olunan rəqəmlər gördüyümüz kimi hamısı tam rəqəmlərdir. Məsələn, 8 yard=7,32 metr; 8 fut=2,44 metr, 10 yard=9,15 metr və sair. Göründüyü kimi ingilislər ölçüləri tam rəqəmlərlə ifadə ediblər. Ancaq bunları bizim və başqa dövlətlərdə istifadə olunan vahidlərə çevirdikdə, tam və qalıqlı rəqəmlər kimi alınır. Təşəkkür edirəm!

  2. Muəllim!-Mən futboldan belə məlumatlari bilmək istəyirəm və urəyimcədir.Bir sualda məni maraqlandirir.Qapiçilarin boylari ilə əlaqədar.Burda hər hansi bir məhdudiyyətlər varmi?(yəni beynəlxalq standartlara görə).Mumkunsə bu sualima lutvən cavab yazaydiniz.
    Bəlkədə heç çempianatimizda oynayan bəzi futbolçularin bu qaydalardan anlayişi yoxdur.Ancaq çox guman ki, məşqçilər bilər.Çunki onlar kateqoriya almaq uçun imtahanlara hazirlaşirlar.
    *****
    Zəfər bəy, nə boy nə də çəki anlayışı nəinki qapıçı mövqeyində, heç digər mövqelərdə də hər hansı məhdudiyyətə səbəb ola bilməz. Sadəcə uyğun mövqeyin və komandanın iddialarına futbolçu cavab verirsə, oynaya bilər. Yaş anlayışını yada sala bilərik. Futbolda yaş məhdudiyyəti də yoxdur. Lakin həm yaş, həm boy və həm də çəki anlayışları lazımi çevikliklərin, sürətin və sair keyfiyyətlərin aşağı düşməsinə səbəb olur deyə, belə futbolçuları komandaya əlbəttə ki, qəbul etmirlər. Burda rəsmi qadağa yoxdur. Obrazlı desək, aşpaz əgər yeməkləri lazımi keyfiyyətdə hazırlaya bilirsə, onun nə yaşı, nə boyu, nə də çəkisi bu işə mane olmadığı kimi, futbolda da bu anlayışlar nisbi xarakter daşıyır. Təşəkkür edirəm!

  3. Salam muellim mini futbolda stadionun uzunlugu max 40 metr eni ise max 20 metr oldugu halda agut bawlanan zaman reaib oyuncu menden 5 metr mesafe teleb ede biler? umumiyyetle mini futbol qaydalarina gore agutt ve ya kuncden zerbe baslanan zaman nece metr mesafe teleb etmek olar? Tesekkur edirem.
    *****
    Salam, Kamran bəy! Avropa və Beynəlxalq Minifutbol Qaydalarına əsasən, korner və autdan topu oyuna daxil etmə zamanı sizin göstərdiyiniz kimi rəqib oyunçu 5 m məsafə həddini gözləməlidir. Bu təqdim etdiyimiz linkdəki sxemdə daha aydın görünür. Təəssüf ki, sxemi şərh bölməsində vermək mümkün olmadı. Ona görə də bu linki bura yerləşdiririk və açılacaq səhifəni azca aşağı çəkərək (PDF-in 7-ci səhifəsində)bu sxemi görə bilərsiniz http://www.eurominifootball.com/wp-content/uploads/2013/02/Internatonal-minifootball-rules.pdf“. Suala görə sağ olun.

  4. alo
    Salam müəllim. Müəllim ağutdan əliliə atılan topu qapıçı tuta bilər? birdə həmin top birbaşa heç kimə toxunmadan qapıdan keçsə qol qeydə alınır? əvəlcədən təşəkür.
    *****
    Salam, Ülvi bəy! Bağışlayın ki, sualınızı bir az gec görmüşük. Amma dəqiq olaraq sualınıza ətraflı cavab veririk: -Əgər futbolçu topu autdan oyuna daxil edirsə, mövcud qaydalara görə öz komandasının qapıçısı topu əllə götürə bilməz. Bu halda həmin toxunuşun yerinə uyğun, yəni harda baş verməsindən asılı olaraq, ya cərimə zərbəsi, ya da penalti qərarı verilir. Amma rəqib qapıçı topu əllə götürə bilər.
    Qaldı, autdan daxil edilən top heç kimə toxunmadan qapıya daxil olarsa, bu həm öz qapısına və həm də rəqib qapısına daxil olmanı nəzərdə tutur ki, bu da hər iki halda qol sayılmır və cərimə zərbəsi ilə top oyuna daxil edilir.

  5. Salam.Oyun zamanı penalti təyin olunur və oyuncu topa zərbə vurur.Top qapı dirəyindən geri dönür.
    Sual : Geri dönən topa penaltini yerinə yetirən oyuncu, topa bir başa ,heç kimə toxunmadan, toxuna bilərmi?
    *****
    Suala görə təşəkkür edirik. Bəli, oyun zamanı yerinə yetirilən penalti zərbəsi geri dönərsə (bu qapıçıdan və ya dirəklərdən ola bilər), təkrar topa toxunub zərbə vurmaq qaydalar çərçivəsindədir. Amma bu qayda oyundan sonra qalibi müəyyənləşdirmək üçün həyata keçirilən penalti seriyalarına aid deyil.

  6. Salam. Sualım Cərimə və Qapıçı Meydançası haqqındadır. Meydançada 2 yarım dairə var. Hər biri qapıçı meydançasının öündə, yəni cərimə məntəqəsi olan yerdədir. Bu yarım dairələr nə üçündür?
    *****
    Suala görə təşəkkür edirik. Bildiyimiz kimi futbol meydanı müxtəlif xəttlərlə sərhədlənmişdir. Bunların hamısının mə`nası vardır ki, bunlar da oyun zamanı qaydaların tətbiqi zamanı riayət olunmaq üçündür.
    Konkret sizin suala gəldikdə, yəni hər iki qapının cərimə meydançası önündə yarımdairə xətti mövcuddur. Bu yarımdairə xəttinin mərkəzi nöqtəsi 11 metrlik nöqtə olub 9,15 metr (10 yard) boyunca çəkilir. Yəni belə təsəvvür edək ki, bir pərgarı (çirkul) 9,15 metr (10 yard) açsaq pərgarın iti ucunu 11 metrlik nöqtəyə qoysaq, o biri yazan ucu ilə bu xətti çəkmək kimi bir şeydir. Qaldı ki, xəttin əhəmiyyətinə, uyğun qapıya penal təyin edilldikdə, bu oyun zamanı təyin olunmuş penaltiyə aid olub, oyunsonrası penaltilər seriyasına aid deyil. Deməli, oyun zamanı hakim penalti tə`yin edərsə, zərbə yerinə yetirilərkən, qapını qoruyan qapıçı xaric, hər iki komandanın bütün oyunçuları siz dediyiniz yarımdairə xəttinin çölündə qərarlaşmış olmalıdırlar.

  7. Salam. Eger qapiciya oz kamandasi terefinde goyle ve yaxud yerle pas oturulubse qapici onu topu eline goture biler?
    *****
    Salam! Fərqi yoxdur, yerlə və yaxud göylə qapıçıya öz oyunçusu tərəfindən ötürülən pas əgər baş vasitəsilə olarsa, qapıçı bu topu əllə götürə, yəni qapıçı kimi davrana bilər. Yox, əgər öz oyunçusundan ötüməni ayaq vasitəsilə alarsa, onda qapıçı bu halda qapıçı kimi deyil, yalnız futbolçu kimi davrana bilər.

  8. Salam cerime meydancasinin onunde olan yarim daravi xet ne ucunde ne menasi var onun?
    *****
    Salam, Xaqani bəy!
    Cərimə meydançasının önündə ona bitişik yerləşən yarımdairə şəklində çəkilmiş xətt əslində, mərkəzi penalti nöqtəsi olan çevrənin cərimə meydançası xaricinə düşən hissəsidir ki, bunun da radiusu 9,15 m (10 yd) təşkil edir. Qaldı ki, onun rolu nədən ibarətdir deyə, sualınızın ikinci hissəsinə, deməli, penalti zərbəsi vurulan ərəfədə zərbəni yerinə yetirəcək futbolçu və qapını qoruyan qapıçıdan başqa bütün futbolçular həmin yarımdairə xəttindən cərimə meydançası xaricində olmalıdırlar.

Comments are closed.