Zəfər Lerikli: Superkubokdan maraqlı anlar (Video)

Saytımızın aktiv izləyicisi və “Xəzər Lənkəran”ın sadiq azarkeşi olan Zəfər Lerikli bizimlə sıx əməkdaşlığa başlayıb. Məhz onun “ekranlara sığmayan” matçlardan çəkib göndərdiyi videomateriallar, bəzən isə bütün oyunun videoyazısı artıq neçənci dəfədir ki, saytımız vasitəsilə azarkeşlərimizə çatdırılır. Bu böyük zəhməti ilə Zəfər bəy, oyuna canlı baxmaqdan məhrum olan azarkeşlərimiz üçün əslində necə böyük bir iş gördüyünü təvazökarcasına böyük zəhmət hesab etmir. Onun son göndərdiyi videomaterial Superkubokla bağlı olub, heç də hər kəsin izləmədiyi görüntülərdir. Bir daha azarkeşlərimiz üçün hazırlanan və böyük zəhmət bahasına ərsəyə gələn təmənnasız işinə görə Zəfər bəyə təşəkkür edirik.

4 thoughts on “Zəfər Lerikli: Superkubokdan maraqlı anlar (Video)”

  1. Axşamınız xeyir Mirhafiz müəllim! Mən elə düşünürəm ki, artıq Zəfər qardaşımızı “Bosman.az” azarkeş saytının videomüxbiri hesab etmək olar. Sağ olsun Zəfər bəy, təmənnasız xidmətlərinə görə.
    *****
    Həqiqətən eşq olsun deyirik. Komandanın fədakar azarkeşləri çoxdur, lakin hələ də hamını tanımırıq. Zəfər bəy də bu fədakarlığı ilə tanındı. Biz də qürur duyuruq ki, bunda az da olsa rolumuz oldu.

    • Men oz teşekkurumu SIZLERE bildirirem.Mende sizin kimi sade azarkeşem.Eger menim azarkeş qardaşlarima yayimlanmayan oyunlardan nese elde edib ve bunu size catdiriramsa ,bu bir sevgimdir kamandama ve boya-başa catdiqim bolgeme.Menim zehmetimi qiymetlendirmeyiniz meni sevindirir ve emin olun ki,paytaxtda kecirilen oyunlar tv-de yer almasa,hemin oyunlardan goruntuler elde etmeye calişaram.Bu şeraiti BOSMAN.AZ sayti yaratdi mene.Ona gore en boyuk teşekkur Mirhafiz muellime duşur.12-ci oyuncu ve bosmani heqiqetleri dediyine gore bir-birinden ayirmiram.Tutduqu bu cetin ve şerefli işlerinde onlara muveffeqiyyetler arzu edirem!.Cox saq olun!
      *****
      Allah camiəmizə həmişə uğurlu günlər nəsib etsin. Təbii ki, camiəmizdə olduqca komandamızın uğurlarına töhfə vermək istəyən insanlarımız var. Bu çox yüksək və əsl sevgini göstərən bir haldır!

  2. Mirhafiz bəy, təvazökarlıqdan uzaq olsa da deyəcəyəm.Siz və İslam bəy, biz azarkeşləri “Bosman.az” və “12 ci oyunçu”nun ətrafına toplamaqla,ən böyük fədakarlığı etmisiz!
    *****
    Sizlər sağ olun ki, varsınız. Təşəkkür edirik!

    • Mən də Qalib bəəyin sözlərinə şərikəm ,Bu iki İnasan azerkeşlərin Mayakıdır .Allah hər ikisinə can sağlığı versin .
      Zəfər bəyə də zəhmətinə görə minnətarlığımızı bildiririk .İmkan olsa bir də gördün O da bir sayt açıb ,Əsl Xəzər sevənlərin saytının çox olmsı ,çox yaxşı olardı .
      *****
      Əlbəttdə.

Comments are closed.