"Xəzər Lənkəran" Superkuboku 16:00-16:30 radələrində Lənkərana gətirir! (VİDEO əlavə ilə Yenilənib)

İndicə komandanın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğludan aldığımız məlumata görə komandamız bu dəqiqələrdə Bakıdan Lənkərana yola düşür. Təxminən dörd saatlıq yolçuluqdan sonra komandanı gətirən avtobus Lənkəran şəhərinə daxil olacaq. Bu dəfə Superkubok kimi qiymətli hədiyyəni komanda özü ilə azarkeşlərə gətirir. Təxminən 16:00-16:30 radələrində komandanın avtobusu məğrur “Xəzər Lənkəran” komandasını və bir də Superkuboku Lənkərana çatdıracaq.
Komandanı qarşılamaq istəyən azarkeşlər saat 16-dan Göyşaban dairəsində atributlarla yığışıb qarşılanma mərasimini təşkil edəcəklər. Buradan da “Fırtınalar Meydanı”na yolçuluq başlayacaq ki, mərasimin ardına stadionda da qoşulan azarkeşlər qatılacaq.
Azarkeşlərimizdən xahiş edirik ki, əmin-amanlığa riayət etməklə, Superkuboka layiqli bir qarşılama təşkil etsinlər və asayiş keşikçilərinin tələblərinə riayət etsinlər.
“Ən böyük “Xəzər Lənkəran” gəlir!”
Saat 17:27 
Azarkeşlər Lənkəran şəhərinin girəcəyində təxminən 50 nəfərlik sayda Göyşaban dairəsində komandanı gözləyirlər. Asayiş keşikçiləri də orada gözə dəyir. Komandanın yaxın dəqiqələrdə gələcəyi azarkeşlərə deyilib. Əvvəlcə Polis tədbirlə maraqlanıb və azarkeşlərin stadiona getməsini istəyib. Lakin “Xəzər Lənkəran”ın icraçı direktoru Höccəy Hacıyevlə danışıqdan sonra azarkeşlərin komandanı qarşılamasına icazə verilib.
Əvvəlcə komandanın atributlarını və bayraqlarla azarkeşlərin gözləməsini Polis istəməsə də, Höccət Hacıyevlə söhbətdən sonra buna da icazə verilib.
Saat 17: 53
Komandanın avtobusu Lənkərana çatdı. Azarkeşlərin sayı 100 nəfərə çatıb. Avtobus saxlayaraq futbolçular Superkubokla yerə eniblər və şərait yaradıblar ki, orda olan bütün azarkeşlər kuboka toxuna bilsin. Azarkeşlər müxtəlif şüarlar səsləndirib, komandanı təbrik edirlər. Toşak avtobusda olmasa da, Melkiore azarkeşlərlə təbrikləşir.
Tədbiri stadionda davam etdirmək üçün Avtobus yola düşür. Avtobusun arxasınca 50-60 azarkeş avtomobilləri çox nizamla avtobusu müşayiət edir.
Yolda komandanın avtobusu yenə dayanmalı olub. Buna səbəb isə Lənkəran Aeroportu döngəsində “kərpic kürəsi” deyilən yerdə də xeyli azarkeş yığılması olub. Onlar sevimlilərinin qarşısına çıxaraq yolu bağlayıblar. Görüşdən sonra hərəkət yenidən bərpa olunaraq stadiona tərəf həkət başlayıb.
18:16
Komandanı gətirən avtobus “Fırtınalar Meydanı”na çatdı. Möhtəşəm ab-hava hökm sürür. Sevincdən göz yaşı tökənlər də var. Komandaya həsr olunmuş müxtəlif şüarlar yenə də səsləndirilir. Stadionun qapısı ağzında üzərrik yandırılır və komanda stadiona daxil olub avtobusdan düşürlər. Bütün avtobusdan düşən futbolçular azarkeşlər tərəfindən qucaqlanır, əzizlənir. Şəkillər çəkdirilir.
Demək olar ki, bütün azarkeşlər kuboka toxuna bilib və şəkillər şəkdiriblər. Komanda kuboku azarkeşlərdə saxlayaraq, bazanın yolunu tutublar. Bununla da qarşılanma mərasimi yekunlaşmaq üzrədir və azarkeşlər komandaya dəstək şüarları səsləndirə-səsləndirə dağılışırlar.
Bir daha bütün azarkeşlərimizi bu bayram münasibətilə təbrik edirik, davamının gəlməsini arzulayırıq!
Komandanın qarşılanma mərasimində “Bosman” fanklubunun Lənkərandakı bölməsinin üzvləri də iştirak edib və xəbərləri Malik və Kazım Muradovlar, Elvin Nurullayev və Nazim Verdiyev kimi fəal üzvlərimiz çatdırıb.
Superkubok Lenkeranda
Malik-Sup-kupNazim-Sup-kup
 

13 thoughts on “"Xəzər Lənkəran" Superkuboku 16:00-16:30 radələrində Lənkərana gətirir! (VİDEO əlavə ilə Yenilənib)”

  1. Lenkeranda azarkeşlerimiz kamandamizi yuksek qarşilayacaq ve gozel bayram ab-havasi yaşadacaqlarina inaniram.Havanin soyuq ve yaqmurlu olmasinin azarkeşlerin ehvalina tesir etmeyeceyini duşunurem.

  2. Admin xahis edirem qarsilanmanin video yazisi olsa zehmet olmasa burda yerlesdirin bizde baxaq
    *****
    Çəkiliş olsa, bunu əldə etməyə çalışarıq.

  3. Axşamınız xeyir, Mirhafiz bəy! Qarşılama mərasimindən indicə qayıtmışam. Biz “Samovar”da yığışmışdıq. Yol polisləri gəldi, sənədləri qaydasında olmayan sürücülər və onlarla gələnlər dağlışdı, komandamız gələndə yüzə qədər azarkeş var idi. Sonra xəbər gəldi ki, azarkeşlərin bir qismi stadionda yığışıb. Biz “Samovar”da komandamızı havanın soyuq və yağışlı olmasına baxmayaraq isti qarşıladıq. 5-10 dəqiqə azarkeşlər növbəylə kuboku bir-birinə ötürməklə şüarlar səsləndirdilər. Bütün bunlara rəğmən təşkilatçılıq zəif idi.
    *****
    Sizin də axşamınız xeyirli olsun! Belə təşkilatçılıq işlərini İslam Cabbarlı çox gözəl bacarır. İnşallah səhhəti tam düzələndən sonra yenə də İslam bəy bacarığını işə salar. Bu sonuncu titulumuz deyil ki, Qabil bəy!

    • Qabil bey! Her vaxtiniz xeyir olsun!. Sevinmeye esas var.Bu gun bize rişxend edenlerin sesi azalib.Hamiya agah olub ki ,oz nufuzunu geri qaytarmaqa iddiali olan XL yene meydandadir.Duzunu deyim ki,Xezerin bele duruma duşmeyini hec gozlemezdim.Her terefden futboldan başi cixan ve cixmayan adamlarin atmacalari adami bezdirirdi.Bu gun ise kamandamiza etdiyimiz xidmetler ,haqli ve saqlam tenqidler ,futbolcularimiza gosterdiyimiz yuksek destek oz behresini vermekdedir.Duşunurem ki,bu hele yolun başlanqicidir.Kamandamizin hele guclenmeye ehtiyaci coxdur.Mbilla Etameden başqa oynu oz uzerine goturen oyunculara ehtiyacimiz var.Kamanda artirib amma bu gucle 100 faizlik netice gorsetmek olmaz.Tonkaranin oyundan alinmasi ve ele bir oyuncunun onu evezleye bilecek gucde olmamasi duşundurucudur.Mbilla gucunde olan oyunculara ehtiyacida unutmaq olmaz.Mubarize hele qabaqdadir,buna hazir olmaq ucun indiden calişmaqin vacibliyi on plana cekilmelidir.Qarabaqla oyuna ciddi hazirlaşmaq lazimdir.İndi meni Qarabaqla oyun qayqilandirir.Bu barede duşunmek ve lazimi addimlar azarkeşler terefinden atilmalidir.Oyuncularda arxayinlaşma yarana biler amma buna yol vermek olmaz.

  4. Lenkerandan xeber veren Bosman .az fanklublarinin uzvlerine teşekkur edirem!.Cenub bolgesinin sevimli kamandasinin qelebelerinin siralamaqini arzu edirem ve hamimizin bu işde el-ele verib kamandamizin uqurlari ucun birge calişmaqini xahiş edirem!.Coxdandi bele sevinc yaşamamişdiq.Bizimde sevinmeye haqqimiz var.Hemişe uzumuz gulsun ve her yerde Lenkeranin adi kecsin!.
    *****
    Amin!

  5. Mirhafiz bəy, əlbətdəki İslam bəy kimi təşkilatçıların olmaması ucbatından qarşılama mərasimi bir qədər zəif alındı. Saytlarda gedən elana görə azarkeşlər “Samovar”da toplaşmalı idi, yaxşı təşkilatçılıq olmadığından, azarkrşlərin bir hissəsi “Samovar”da, digər hissəsi isə mərkəzi stadionda toplaşmışdı. Əgər hamı bir ünvana toplaşsaydı, gözəl tədbir alinardı. Çox heyf.

  6. Bu gün “Neftçi” məşqçiləri Tərlan Əhmədov, Bəxtiyar Musayev, Kamal Quliyev hər üçü istefaya göndərildi. Xatırladım ki, bunların hər üçü ayrı-ayrı vaxtlarda “Xəzər Lənkəran”da işləmiş və çörəyini yemişdi. Mirhafiz bəy, deyirəm bəlkə elə “Xəzər Lənkəran”a etdikləri pisliklərin əvəziydi, yedikləri və qiymət vermədikləri çörək vurdu onları? Qoşuldular işsiz məşqçilər sırasına.
    *****
    Onlar nə vaxt məşqçi olmuşdular ki, indi də işsiz məşqçi olsunlar. Xətirlərinə dəyməsin, ancaq bu belədir. Tərlan Əhmədovu Ağasəlim Mircavadov birbaşa futbolçuluqdan sonra köməkçi götürdü. 1-il köməkçi işlədi, sonra getdi Böyükağa Hacıyevin köməkçisi işlədi. Adam nə vaxt öyrəndi məşqçiliyi? Kamal da futbol verilişlərində “Neftçi”nin xeyrinə danışmağa çalışdı ki, iş alsın. O nə vaxt öyrəndi məşqçiliyi? Tərlandan? Bəxtiyar da məşqçidən çox menecer fəaliyyəti göstərirdi. Ümumiyyətlə, “Neftçi”ni onlara tapşırmaq nə dərəcədə düz idi, bu əvvəldən görünürdü.
    Qurban Qurbanovdan sonra gənc nəslin ən istedadlı məşqçisi, mən Mahmud Qurbanovu görürəm. Onda məşqçiyə lazım olan xarakter var, və özü üzərində işləyəndir. Heyif ki, qabağa çəkən yoxdur. Heç bir tanışlığım olmasa da mən bu adama inanıram. Onun mütləq gələcəyi var.

  7. ZƏFƏR qardaş, Sizin yazdığlarınızla mənim düşündüklərim çox vaxt üst-üstə düşür. Elə bilirəm ki, “Qarabağ”la oyunda “Fırtınalar meydanı” nda anşlaq olacaq. Superkubok Lənkəran camahatının əhvalını elə düzəldib ki, vallah indi futboldan xəbəri olmayanlar da Superkubok oyunundan danışır. Üstəlik komandadan küsən azarkeşlərin də qırışları açılıb. Elə bilirəm “Qarabağ”la oyunda stadion dolacaq və azarkeş sayı bu il ilk dəfə on mini keçəcək.

  8. Mirhafiz bəy, mən onlara məşqçi deməklə heç də peçəkar məşqçilərə tay tutmuram. Peşəkar məşqçi adi onlara hələ çox-çox əlçatmazdır. Siz də onların məşqçilik səviyyəsinin nə dərəcədə olması haqda tam çılpaqlığı ilə açıqlama vermisiz. Mənim dediyim isə biləvasitə onların şəxsiyyətiylə bağlı məsələdir. Əgər onlar çörək yedikləri qaba tüpürməsəydilər bu gün bizə düşmən kimi baxmaz və özlərini keçmiş “Xəzər Lənkəran”lı kimi aparardılar.

  9. İnçallah belə qarəlanmaya .səbəb olan titullarımızın sayi çox olsun ,Və İsalm Cabbarlı özü təşkil etsin bu qaşılanmaları .Bir daha təbriklər ,Mübarək olsun!. qədəmi düşərli olsun .

  10. “Futbol 11.az” saytına müsahibə verən kapitanımız Rahid Əmirquliyevin dediklərini təqdim edirəm. “Qələbəni azarkeşlərimizə həsr edirik. Onlar bundan daha böyük qələbələrə layiqdirlər”. ÇOX SAĞ OL, RAHİD!

  11. Salam .mətbuatda yazılıb ki ,futbolçulara pul verilib ,İslab bəy üçün pul ayrıldımı .Mətbuat katibinə ,ya da Tuyqun Nadirova bildirmək lazımdır .Onlar yəqin ki bu haqda məlumat verə bilərlər ,Axı o da sağzlıb işinə davam etməlidir .Əgər Kulub kömək etməsə ,bizim nifrətimizi qazanacaq .

Comments are closed.