Rədd olsun belə futbol ki, şərəfsizliyə aparacaq

“Salam hörmətli futbol həvəskarları…” Bu salamlama uzun illər matç başlayarkən televizordan və ya radionun efirindən sevə-sevə eşitdiyimiz və maraqla gözlədiyimiz anların başlanğıcına bir işarə idi. O vaxtdan bu vaxta çox şeylərin dəyişib, dilimizə yeni daxil olan “Şou” halına düşməsi ilə bərabər, futbolda da çox şeylər şouya çevrilib. İndi qulaqlarımız həmin salamlamanı da eşitdikdə, heyif ki, həmin həyəcan gəlmir. Hansısa eybəcərliklərin baş verəcəyi, bunların qabaqcadan planlaşdırıldığını, nə məqsədlə edildiyini və kimlərin bunlardan necə istifadə edəcəyini düşünməli olursan. Bundan sonra hansı futbol həyəcanı basmalıdır ki, adamı?
Ancaq əsəbləşə bilərsən ki, filan əclaf, filan şeyi niyə etdi, filan əclaf da buna niyə göz yumdu? Filan postda oturan əclaf da lap futbolumuzu filan şeyə döndərib. Ancaq giley, ancaq şikayətlənmə! Tərbiyəsizin biri oyun gedə-gedə köhnə komanda yoldaşına açıq, aydın milyonların qarşısında şillə vurur. Gözün üstə qaşın var deyən tapılmır. Hətta meydandakı “hakimə”nin qeyrəti çatmır ki, onu cəzalandırsın. Aparıcıcığaz da eybi yox, yəqin bu gün bayram günüdür deyə “hakimə” onu cəzalandırmadı ki, bu bayram ovqatı pozulmasın. Daha demir ki, gənc futbolçunun bayramını artıq, vicdansızın biri zəhərə, türk qardaşlarımız demişkən boxa döndərdi. İndi hardadır o böyüklərinə güvənərək bunu edən Rəşad Abdullayev? arxasından bir təpik vurub yola saldılar getdi. Bəs indi niyə görəsən şillə vurmur? Çünki indi arxası dağa söykənməyib. Ruslan Abbasov deyilən biri var idi. “Qızıl oyunda” özü kimi hara gəldi bir zərbə vurdu, o da gəldi girdi “Xəzər Lənkəran”ın qapısına. Ondan sonra bu adamdan soruşanda ki, “birlik kuboku”nda ermənilərin qapısına vurduğun topdan çox ləzzət aldın, yoxsa “Xəzər Lənkəran”ın? Gözlərini dombaldıb demişdi ki, əlbəttə “Xəzər”in. Onu deyəndə arxalı köpək idi. Amma onun da arxasından… İndi bilinmir heç harda küllənir.
Axırıncı “Böyük oyun”da vaxtı ilə qruplaşma adı ilə komandasından qovulmuş Sadiqov, Toşakın haqlı etirazına “otur yerində suka” demişdi. bütün mətbuat o anı işıqlandırsa da, Sadiqova gözün üstə qaşın var deyən olmadı. Bir yerdə komandasından gedən, lakin digərlərindən fərqli, yenə də qayıtmağı “bacaran” Sadiqov yenə arxalı hiss edir özünü. Vaxt gələcək sən də R. Abdullayev, R. Abbasov kimi kullanılandan sonra heç kimə lazım olmayacaqsan. Amma lap əcəb edib demisən. Sənin “Suka” dediyin deyəsən səndən qorxub, səni və simulyant yoldaşlarını kişi adlandırıb. Amma onun əmrini yerinə yetirən, “hakimə” tərəfindən alçaldılan və buna baxmayaraq, sona qədər onunçün vuruşan igidləri aşağılayaraq, onları “yeniyetmələr” adlandırıb. Döyüşənləri bu günlər öz rəhbərləri də aşağıladı. Onlara cəza kəsdi. “Hakimə”yə gücü çatmadı, “Hakiməbaşına” gücü çatmadı, futbolçulara yanlış taktika verib onları “yeniyetmə” adlandıran yekə Toşşaka gücü çatmadı. Onların da yalnız sizi cəzalandırmağa gücü çatdı.
Bir müddət demək olar ki, bütün informasiya kanallarımızda qardaş ölkənin komandasına 6 qol vuran “Real”ın ərköyün oyunçusu topu köynəyinin altına salaraq, “bunları hamilə buraxdıq” jestinə əsəbləşərək dəstək göstərən bizim media mənsubları saytlarını Ronaldonun həmin tərbiyəsiz şəkilləri ilə doldurmuş və buna canıyananlıq nümayiş etdirirdilər. Amma həmin KİV-lərimiz “hakimə” köməkliyi ilə qapımıza 4 top vurandan sonra balaca qoduq Flavinyonun eyni tərbiyəsiz hərəkətinə biganə qaldılar. Niyə? aldıqları reklam parasımı kəsilərdi. Cənubu təmsil edən futbol komandası “Xəzər Lənkəran”a şərəfimizdir dedik. Qoduq Flavinyo bizim şərəfimizimi hamilə buraxdı? Braziliyada limanlarda sürünən bir küçüyə görə, bir reklam puluna görə, bir iş yerinə görə necə atdız azərbaycançılığı ayaqlar altına. Budurmu sizin şərəfiniz? Nazim Süleymanov axı siz də cənublusuz sizin futbolçunuz sizin də şərəfinizi təhqir etdi. Sadıq Sadıqov, Tahir Süleymanov, Gündüz Abbaszadə siz azərbaycanlı deyilsinizmi. Bir qoduğun bizi biabır etməsinə necə dözürsüz. Niyə cəzalandırmırsız o küçüyü?.İndi bəziləri deyə bilər ki, Flavinyo bunu arvadının, anasının, bacısının, nə bilim itinin, pişiyinin, hamiləliyinə görə ifadə edib. Xeyr bu bəhanələr yersizdir. Bu qoduq cəzalanmasa onda nəinki Flavinyonun yaxınlarını elə özünü də “Xəzər Lənkəran”ı şərəfi bilənlər hamilə buraxar. Hər hansı bir azərbaycanlı kişisi buna reaksiya verməli və o qoduğa bizim respublikada yer olmamalıdır.
Ronaldo DogurFlavinyo dogur
Bu tərbiyəsizlik həmin oyunun təqdim olunan videogörüntülərində sonda aydın görünür.

Bu yandan da bizim klub rəhbərliyinin belə qoduqlara gücü çatmayınca, bizim üçün döyüşən oğullara cəza verirlər. Heç olmasa siz qeyrətə gəlin. Sizin üçün döyüşənlərin qədrin bilin. Əgər bu məsələdə klub da Azərbaycanın, cənubun heysiyyətini qorumasa, onda bizə belə klub lazım deyil! Bağlansın bütün klublar ki, Azərbaycanın heysiyyatını hər hansı qoduğa qurban verirlər. Bizə belə futbol, belə klublar, o cümlədən “Xəzər” lazım deyil!
Bizə köhnə, oturacaqlarında ot bitmiş stadionumuz daha əziz, daha şirin, daha şərəflidir!

12 thoughts on “Rədd olsun belə futbol ki, şərəfsizliyə aparacaq”

  1. neçə gündür yazınızı gözləyirik Mirhafiz bəy.Ürəkağrıdan yazınızı ,həyacansız oxumaq olmur .Filovanyo ,özü axı uşaq üzünə həsrətdir ,Xanimi hamilə qala bilmir ,yəqin ki Elton Con kimi uşaq sahibi olmaq istəyir.bu onun hamilə olmaq istəy .
    Toşak kimi üzlü insan görməmişəm ,Axı bacarmırsansa get ,Ay qoca get .Amma onu da deyim ki belə rəhbərliyə belə də məşqçi lazımdır ,Bütün məşqçiləri bir anın içərisində qovurdular .İndi nə etsələr də buna nail ola bilmirlər .
    Bəlkə də belə yaxşıdır .Hər bir uğursuzluqda bir uğur var .Ürəyimiz ağrısa da .sonu gözləmək qalır ,Qəbəlı də Lənkarana 3 xal üçün gəlir ,Gəl Qəbələ gəl 5 top da sən vur ,Toşaka gırək ondan sonra necə olacaq.

  2. Bu yazını qələmə almaq üçün mütləqdir ki, qəlbində Allahın ədalətinə böyük bağlılıq və İlahi eşq olsun. Qarşınızda baş əyirəm, başqa heç nə deyə bilmirəm.
    *****
    Bütün qeyrətli oğullar da sizin kimi düşünərsə, bəlkə şərəfli xalqıq deyə bilərik, Valeh bəy!

  3. Salam.Bu yazı çox ali hislərlə yazılıb.Bütün bu olanlar XL rəhbərliyinin acizliyinin göstəricisidir.Toşaq deyib ki,kişilər yeniyetmələrlə oynadı.Belə götürəndə mən də Toşakın getməsində maraqlı olanlardan biriyəm.Lakin oyunçıları qəhraman adlandırmağın tam əlehinəyəm.Oyunçuların 20%ni çıxmaq şərti ilə qalan oyunşular XL kulubunun tələblərinə cavab vermir.Toşaq onları yeniyetmə adlandırmaqla demək istəyib ki,onlar onlara verilən tapşırıqları yerinə yetirməkdə acizdirlər.Toşaqın bu işdə yeganə günahı varsa o da onun gətirdiyi bivec oyunçuradır.Hal-hazırda XL iddiasız sıradan bir kulubdur.XLı da bu günə qoyan rəhbərlikdir.Toşaq qışda mütləq yola salınmalı və avazində Rednik gətirilməlidir.Mən şəxsən başqa yol görmürəm.Taşaqla rednikin fərqi ondadır ki,Toşaq hazır oyunçuya üstünlük verir,amma Rednik isə uyunçularla işləmayi və onları yüksək səviyəyə gətirməyi bacarır.Mən oyunçuları görub mövsümün əvvəlində XLnın rəsmi sayıtında yazmışdı ki,bu komanda yalnız 8-9cu yerlər üçun mubarizə aparacaq.Bu oyunçuların səviyəsi liderlər quqpunda mubarizə aparmaq üçün yetərli deyil.Baş məşqçi qocadır,50% gücü ilə işləyir.

  4. Salam, Mirhafiz müəllim! Əvvəldən axıra qədər faktlara söykənən yazı məni çox düşündürdü və həm də kədərləndirdi. Ona görə ki, məsələyə hər hansı bir müdaxilə edə bilmirəm. Çox vaxt başqalarına danışmağa imkan verməyən birisi kimi indi, Sizin yaziya şərh yazmağa söz tapa bilmirəm. Bircə onu deyə bilərəm ki, “ARXALI KÖPƏK, QURDU BASAR!”

  5. Ne yazasan,ne deyesen?.Kifayet qeder yazilib,besdi deyinceye qeder deyilib.Axi ne fayda?. Maraqli odur ki,cani ile bu kamandaya baqli olan ve hec bir temmenna gudmeyen ,kamanda şerefini oz şerefi bilen ,hemcinin bu yolda saqlamliqini duşunmeyen insanlarin movqeyi hemişe kamanda rehberliyi ucun arxa planda olub.Haqli soz aci qebul olunub,bu kamandani cox isteyenlerin fikirlerine laqeyd yanaşilib ve duşmen kimi alcaldilib.Serbest fealiyyet gorseden saytlarin rehberlerine,elecede azarkeşlerine ogey nezerlerle baxilib.Zaman ireliledikce haqli oz fikirlerinin duzgun cixmaqina uzulur,haqsiz ise mengenede sixildiqca tersliyinden donmur ve dahada agir duruma duşur.Ne qader haqli elini uzadib komeklik etmeye calişirsa,haqziz bir o qederde inadindan donmur.Kor tutduqunu buraxmadiqi kimi XL rehberliyide yanliş qerarlari vermeyini buraxmir.Artiq ele bir meqama catib ki,haqlida,haqsizda ne edeceyini bilmir ve araya şeytanlar girir.Onu deyim ki,Xezerin dalqalari altinda Flavinyolari hamile buraxib doqmaqa Brazilya qanciq itlerin yanina buraxmaqa gucumuz catar.Bu bu gunlerde olmasada,tez bir zamanda olacaq.Sadece bu haqsiz qerarlari,klub rehberlerinin passivliyini goren Flavinyokimilerde qadin hissiyatlari tez oyanib.Ele Uelslide ola bilsin ki,Flavinyokimileri hamile buraxmaq ucun futbolcularini hele yeniyetme bilib.Fakt odur ki ,Flavinyo hamiledir-cenab Toşak!-. Toşak demişken,dunene kimi meşqci deyişilikleri mende istememişem.Hec istemiremde.Amma bu meşqci rusvay olub geder,niye?-Ona goreki kişileri mavilerle ters salib.Kimi allatmaqa calişirsansa caliş amma azarkeşi allatmaq ,ozude Xezer azarkeşini allatmaq hecde asan deyil Toşak!?-Onda qerarini ver ve itil!

  6. 12ci oyunçu .info .İslam Cabbarlının səhhəti barədə yazmağa borcludur .Onun vəziyyətin azərkeşlər üçün çox əhəmiyyətlidir .Saytın Admini haqda bilmək istifadəçiləırin haqqıdır.
    *****
    Düz buyurursunuz. Amma inanmıram ki, komandanın bu vəziyyətində onun səhhəti elə də yaxşı ola. Çünki mən özüm də sağlamlığımı artıq nəzarətdə saxlaya bilmirəm.

    • Heç olmasa siz xəstələnməyin ,Özünüzü qoruyun ,axı siz həkimsiniz .Bir xəstə bəsimizdir Zaman ən böyük loğmandır ,Özü Xəzərimizin dərdinə çarə qılacaq .
      *****
      Çox təşəkkür edirəm.

  7. Axşamınız xeyir, Mirhafiz bəy! Nə vaxta qədər Mahir, Rəşad, Flavinyo kimi qoduqlar etdiyi tərbiyyəsiz hərəkətlərə görə cəzasız qalacaqsa, bu xəmir hələ çox su aparacaq. Ona görə ki, ölkənin idman mətbuatı, idman saytları onların havadarlarından qorxub çəkindiyinə görəmi və ya onlardan “şirinlik” aldıqlarına görəmi səslərini çıxarmır, susmağa üstünlük verirlər. Əgər bu cür həyasızcasına tərbiyyəsizlik hər hansı bir klubun futbolçusu tərəfindən edilsəydi çoxdan haray-həşir salıb məsələni aylarla gündəmdə saxlayardılar. Məncə o qoduqların sayının günü-gündən artmasına səbəb cəzasızlıq və idman ictimayyətinin, idman yazarlarının susub ağızlarına su almasıdır.

  8. Bu yazini oxuyandan sonra cox pis oldum ele bil icimden kimse meni bogur. Bu hissleri bu boguntunu hec Kulub rehberliyi kecirmeyib. Cunki onlarin hecne veclerine deyil. Vallah mende raziyam bacarmirsinizsa baglayin kulubu. Heyif Bele azerkesleden Heyif MIRHAFIZ kimi dahi insandan.

  9. Bilirsiniz ,Bizim futbol hələ 4 ildə bu gündə olacaq ,Ta ki AFFA.HK.PFL -ə yeni həm də doğurdan da futbolun inkişafını və vətəninin qeyrətini çəkən insan stul başında oturanacan .İndi futbol qurumlarında işləyən heç bir kəs bu stula layiq deyil .
    Xəzərdə də rəhbərlikdə köklü dəyişiklik olmasa ,Bu komanda irəli getməyəcək ,
    Hörmətli azarkeşlərimiz sakitləşib irəli baxmaq lazımdır İnanıram ki Xəzər Neftçidən bu məğlubiyyətlərin əvəzin çıxacaq ,Bu il olmasa da .gələn il .

  10. Məlumdur ki, “Neftçi”-“Xəzər Lənkəran” oyunu qonaq komandanın azarkeşi olmadan keçirildi. Bunun nəticəsidir ki, “Böyük oyun” çox sönük alındı. Məhz bu oyundan sonra belə bir fikir ortaya çıxıb ki, məlum qadağa ləğv olunacaq. Məsələ ilə əlaqədar PFL prezidenti Ramin Musayev öz fikirlərini açıqlayıb: “Mən həmişə azarkeşlərin tərəfdarı olmuşam. Amma qərarın qüvvəyə minməsi və ya ləğv olunması mənim səlahiyyətimdə deyil. Yəqin ki, “Neftçi” Lənkərandaa bir dəfə azarkeşsiz oynayar, daha sonra bu qərar ləğv olunar”.
    Beləliklə özləri bir daha təsdiq edirlər ki, azarkeşə qarşı çıxardıqları bu qərar absurddur.

Comments are closed.