Mbilla Etame Serj Flavier ”Xəzər Lənkəran”da!

“Xəzər Lənkəran” Futbol Klubu heyətini kamerunlu forvardla gücləndirdi. Komandamızla 2 illik müqaviləyə imza atan Mbilla Etame Serj Flavier bundan sonra ağ-yaşıl formada çıxış edəcək.

25 yaşlı afrikalı forvard 2008-ci ildən etibarən Türkiyənin 1-ci liqasının təmsilçisi olan “Adanaspor”un uğurları üçün çalışıb. Çıxış etdiyi ilk mövsümdə rəqib qapılarına 10 qol vurmuş Mbilla komandasının aparıcı oyunçularından birinə çevrildi. Ümumilikdə, Türkiyə təmsilçisinin heyətində 61 qola imza atmış hücumçu 2010/2011 mövsümünün yekunlarına əsasən Türkiyənin 1-ci liqasının ən yaxşı bombardiri mükafatına layiq görülüb. Maraqlıdır ki, yeni transferimiz imza atdığı qollardan yalnız birini penaltidən vurub.
Yaxın saatlarda futbolçunun “Xəzər Lənkəran”ın oyun öncəsi məşqinə qoşulacağı gözlənilir.
Mənbə: Lankaranfc.com

1 thought on “Mbilla Etame Serj Flavier ”Xəzər Lənkəran”da!”

  1. Axşamınız xeyir Admin! Səhv etmirəmsə Mbilla Etame “Adanaspor” komandasında mərkəz hücumçusu ampulasında çıxış edirdi. Bizim mister Toşak isə onu yarımmüdafiədə oynadır. Admin qardaş, Sizcə Toşak tərəfindən bu yerdəyişmə düzgündürmü? Bəlkə Etame mərkəzdə, Nildo cinahda oynasa, daha effektli olar. Onsuzda Toşakın eksperimentləri komandamızı sonuncu pilləyə məhkum edib.
    *****
    Gəlin Toşakın bu işlərinə qarışmayaq. O, kifayət qədər təcrübəlidir. Bəzən müdafiədə oyunçu olmayanda məşqçi onun yerində hücumçunu oynadır. Məcburiyyətdən qapıçının yerinə də hər hansı mövqedə oynayan oyunçunu da qoya bilirlər. Toşakın bu dəyişiklikləri də məncə bu qəbildəndir.

Comments are closed.