Deyvid Frank Silva Sacconi "Xəzər Lənkəranda"!

Digər yeni transferimiz olan Deyvid Braziliyalı hücumameyilli yarımmüdafiəçidir. Deyvid Frank Silva Sakkoni bu gün komandamızın sıralarına qoşuldu.
26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandların heyətində çıxış edib. 3 il “Palmeiras”ın uğurları üçün çalışan Deyvid, sonradan “Qoias”, “Qremio”, “Nautiko” və son iş yeri olan “Branqantino” klubunun da formasını geyinib.
Klubla Deyvid Sakkoni arasında bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, bir müddət adları komandamızla birgə çəkilən futbolçunun rəsmi transferi haqqında klubun rəsmi saytı informasiya yayıb
 
Arxiv: Bosman.at.ua