Hamılıqla “Xəzər Lənkəran”ı çempion görmək istəyirik

Stadionumuz_dolu
Azərbaycan çempionatının son 32-ci turu yaxınlaşdıqca və yaranmış şansı dərk edən “Xəzər Lənkəran” azarkeşləri komandalarını çempion olaraq görmək üçün demək olar hər şeyə hazırdırlar.
 
Bütün fanklublar özlərinə məxsus şəkildə bu oyuna hazırlaşır və komandalarının çempion olmasını səbirsizliklə gözləyirlər. Fanklublara daxil olmayan fəal azarkeşlər də bir yandan müxtəlif tədbirlər planı hazırlayırlar ki, buna da əsasən “Xəzər Lənkəran”ın “12ci Oyunçu” Azarkeş klubu ilə məsləhətləşmələr əsasında həyata keçirirlər və təbiidir ki, “12ci Oyunçu” Azarkeş klubu da bu fəal azarkeşlərin planlarını müəyyən məcraya salıb, daha effektli şəkildə həyata keçirilməsinə yardımçı olur.
 
Biz “Bosman” fanklubu olaraq bu oyunla bağlı xüsusı tədbirlər hazırlamışıq ki, bu tədbirlərin bəziləri Azərbaycanda ilk dəfə həyata keçiriləcək. Öz tərəfimizdən fəal azarkeşlərə təşəkkür edir və lazım gələcəyi təqdirdə onlara öz təcrübə və köməyimizdən yararlanmaqla yardımçı olacağımızı təklif edirik.
 
Təki “Xəzər Lənkəran”ımızın çempionluğunu birlikdə bayram edək.
 
 
 
“Bosman” fanklubunun idarə heyəti
 
Arxiv: Bosman.at.ua