Çempion "İnter"-in azarkeşlərinə Təbrik!

Azərbaycan premiyer liqasının çempionunun müəyyən olunması bir neçə oyun uzana bilmə ehtimalının olmasına baxmayaraq (qızıl oyun və ya mini turnir), turnir 32 turda bitti və çempion müəyyənləşdi. Bütün klubların azarkeşlərinin öz doğma klublarını çempion olaraq görmə haqqı var idi. Və hər mövsüm bu kiməsə nəsib olur. Bu mövsümün, yəni 2009/10 Azərbaycan çempionu olmaq şərəfi Bakının “İnter” klubuna nəsib oldu. Biz “Xəzər Lənkəran”ın azarkeşlərinin bir hissəsi—yəni “Bosman” fanklubu olaraq çox isti münasibətlərdə olduğumuz “İnter” azarkeşlərini – Ruslan bəy, Elçin bəy, Oktay bəy və başqa dostlarımızın simasında bütün “İnter” azarkeşlərini bu çempionluq münasibəti ilə təbrik edirik! Bu sevinc hamının haqqıolduğu kimi, onların da haqqıdır.
Biz bir daha “İnter” azarkeşlərini təbrik edir , klublarının daha da güclənməsi ilə Azərbaycan çempionatına həmişə özünəməxsus rəng qatmalarını arzulayırıq.
“Bosman” fanklubu.                  16/05/2010
 
Arxiv: Bosman.at.ua
 

4 thoughts on “Çempion "İnter"-in azarkeşlərinə Təbrik!”

  1. (17/May/2010 09:18)
    Cempionluq sansi oz elinde oolan sevimli komandamizdan ferqli olaraq Inter klubu hem de diger oyunlarin neticelerine bel baglamaliydi. Yeni Xezer Lenkeran oz meydaninda, eyni zamanda Qarabag da seferde xal itirmeli idi. Buna baxmayaraq Inter meydana bizden ferqli olaraq inamla qelebe ucun cixdi ve layiq oldugu qelebeni qazandi.
    Men de deyilen tebrike qosuluram. Inter klubunun azarkeslerini urekden tebrik edir, avrokuboklarda onlara ugurlar arzulayiram.

  2. (21/May/2010 13:42)
    salam Bosman fan klubunun uzvleri ve hormetli Mirhafiz muellim.Tebrike gore cox saq olun.men de Inter fan klubu adindan sizlere final oyununda uqurlar arzulayiram.

Comments are closed.