Komandanın ilk kapitanı kim olub?
Hər halda Lənkəran azrkeşi üçün maraq doğuracaq sualdır. Biz də bunu ayırd etmək üçün müxtəlif mənbələrə müraciət etdik. Amma ilkin olaraq bəzi anaşılmazlıq yarandı. Belə ki, qəzetlərdə dərc olunan materiallarda komandanın “8″ nömrəli oyunçusu Xanağa Məmmədov kapitan kimi təqdim olunursa, həmin illərin foto şəkillərində Məhəmməd (Mici) Məmmədov kapitan sargısını daşıyır. İstər 1968-ci il bürünc qazanan heyətlə çəkilmiş şəkillərdə, istərsə də “Qızıl Sünbül” turnirində komandanı matçlara kapitan sarğısı ilə Mici Məmmədov çıxarıb və bunu veteran futbolçularımız da təsdiq etdlər. Amma ikinci kapitan funksiyasını Xanağa Məmmədov daşıyıb. Biz də onların hər ikisi üçün səhifələrimizdə yer ayırmağı özümüzə borc bildik. Onlar bizim klub səviyyəsində ilk kapitanlarımız olublar.
******
ƏZİYYƏTDƏN DOGAN INCI …..
İlk kapitanımız – Mici Məmməd oğlu Məmmədov .
Onunla görüşüb birgə çay stolu arxasında oturanda o qədər sevinmişdik ki…, ”Xəzər”in ilk kapitanı ilə üz-üzə oturmaq, ona suallar ünvanlamaq, 1960-cı illərin sonunda Azərbaycan futbol meydanlarında barmaqla göstərilən bu bəstəboy, mehriban və mülayim kapitanımızla futbol barədə danışmaq nə qədər gözəl idi. Inanın ki, ürəyimizdə bu işi başa çatdırdıqdan sonra ərsəyə gələcək kitabı ilk olaraq beş nəfərə dərin nəfəs alaraq vermək istəyirdiksə onlardan biri – kapitanımız idi. Amma bu arzumuz, istəyimiz reallaşmadı. 2008-ci ilin aprel axşamında xanımı, ona daim dəstək olan ömür-gün yoldaş ilə doğulduğu Liman şəhərində naşi bir sürücünün səhlənksrlığı nəticəsində faciəli surətdə həlak olması onu sevənlərdən qəfil ayırdı. Bizim yaddaşımızda canlı olaraq Azərbaycanın 16-cı milli çempianatının “Masallı” – “Olimpik” görüşündə həyacanla meydandakı olayları izləyən Mici Məmmədovun sadə ömür yolu belə qaldı:
– 1943-cü il avqustun 23-də Lənkəran şəhərinin Liman qəsəbəsində anadan olub. Mərhum Oruc Baxşəliyevə qəni-qəni rəhmət , Micinin yetişməsində böyük əmək sərf edir. Sonralar digər mütəxəsisimiz Lənkəran futboluna həyatını vermiş Səyyad Cavadov onun püxtələşməsi üçün əlindən gələni əsirgəmir. Bu iki şəxsin çəkdiyi əziyyət Lənkaranın futbol tarixinə böyük inci bəxş edir. “Xəzər”in qələbələrində, qələbə toplarında, nailiyyətlərində Micinin öz yeri, öz imzası var.
Maraqlı bir nüans –Lənkəran futbolunun mayakı sayılan Əlisahib Heydərov onun haqqında maraqlı arayış verdi :
“Bunu çox düşünmüşəm,”mən əgər Micinin oyununu görməsəydim, bəlkə də böyük futbola gəlməzdim”. O elə bir futbolçu idi ki, biz yeniyetmələr onun oyununa baxa-baxa püxtələşdik və ən əsası futbolu sevdik”.
Onunla ilk görüşümüzdə iki saata yaxın yaxın söhbət etdik. Bir vaxtlar kapitan sargısı ilə meydana çixardığı futbolçu yoldaşlarının yanında elə sevincli, gümrah görünürdü ki… Keçirdikləri matçların ən şirin xatirələrini bir xeyli birgə bölüşdük. Bütün veteranlarımız kimi onun da narahat olduğu məsələ –Lənkəranın uşaq futbolu idi:
”Lənkəran futbolu son zamanlar futbolçu yetişdirmir. Bizim çox gözəl futbol ənənələrimiz var. Geriyə boylananda bu şəhərin şərəfini öz futbol məktəbimizin nümayəndələri qoruduğunu görərik. Gələcəkdə də belə olması üçün uşaq futbolunu gücləndirməliyik “.
Son söz əvəzi: Istədiyini yerinə yetirdik ustad! Səni kitabda oxuculara “Mici” kimi təqdim etdik . İnşAllah əsas arzun da gerçəkləşər –Lənkəran uşaq futbolu sürətlə inkişaf edib, ümidləri doğruldar.
Ruhun şad olsun – kapitan!
MƏNBƏ: “Cənub Bolgəsində Futbolun İnkişaf Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.
admin Xl bugun azalnan oyunu var onun xeberini verin saytda zehmet deyilse.
*****
Şağlaserli qardaşımız, siz yəqin ki, bu oyuncağa çevrilmiş komandaya qarşı bizim münasibətimizi bilirsiniz. AZAL-la oyun da göstərdi ki, Mustafa Denizliyə xəyanət edən Oğuz Çetindən bundan artığını gözləmək sadəlövhlük olardı…
Bəli. Zaman sizin düzgün mövqeyinizi təsdiq edib öz möhrünü vuracaq. Başa düşməyınlər anlayacaqlar, təbii ki bir qabiliyyət onlarda olarsa…
12cioyunçu da yazılmış şərhlərə baxın, reallıgı görməyənlərə nə deyəsən. İnanın ki, komandanın oyunuda heç nə dəyişməyib. Toplantıda sadəcə yaxşıca istirahət ediblər. Lap ürək bulanır, oyuna baxanda. Bircə düz işi Tounkara görüb. Sizcə o Fransadadır?
*****
Salam! Siz, Fransa xəyallı Sadio Fransua Tounkaranımı deyirsiz? O, Fransada ola bilər… Ancaq stadionda da olsa, tribunada sadəcə bir tamaşaçı kimi otura bilər! Arzulamaqla yox, layiq olmaqla iş başa gəlir!