LFT: Kitab rəfindən boylanan kapitan

Onu Lənkəranda gözəl tanıyırlar. Uzun illər rayonda kitab satışı ilə məşğul olsa da bu onun “Futbolçu Xanağa” ləqəbinin yaddaşlardan silinməsinə səbəb olmayıb.
Şəhərin 5-saylı məktəbində oxuya-oxuya məhəllələrində hər gün top qovub. 1962-ci ildə isə Lənkəranın Gənclər futbol komandasına cəlb olunub. Tezliklə əsas komandanın sıralarında möhkəmlənən Məmmədov uzun illər “8″ nömrəli maykada “Xəzər”in uğurları üçün tər töküb. Onunla görüşümüz bir neçə dəfə təxirə salındı. Vaxtı ilə 90 dəqiqə meydanda əzmlə mübarizə aparan kapitan, indi xəstəlikdən əziyyət çəkirdi deyə suallarımıza cavab vermək gücündə olmadığından görüşlərimiz hər dəfə növbəti günə təyin olunurdu. Nəhayət, görüşdük. Çətinliklə yeriyən nitqindəki cümlələrin rabitəsizliyini düzəltməyə çalışan Xanağa əmi karyerasını, Lənkəran futbolunun 60-cı illərini belə xatırladı:
-“Xəzər” adı ilə çıxış etdiyimiz ilk çempionatda “bürünc” qazandıq. Komandamız çox güclü idi. Bütün Azərbaycan bizim texnikalı oyunumuzdan danışırdı. Həqiqətən bu illər möhtəşəm oynayırdıq. Rəqabətdə güclü idik. Amma karyeramın sonuna qədər “8” nömrəni heç kimə vermədim” .
“Xəzər”in adının qoyulması ilə baglı onun xatirəsi də maraqlıdır:
-Kollektiv hamılıqla komandaya “Xəzər” adının qoyulmasını qərara almışdı. Belə oldu ki, o vaxt rayon partiya komitəsinin birinci katibi Məhəmməd Babayevin qəbulunda komanda adından çıxış edib bu qərarı ona da açıqladım. Adı bəyənən Babayev daim komandamıza köməyini əsirgəmirdi. Futboldan gedəndə də narahat deyildim. Çünki o vaxt güclü gənc nəsil yetişirdi. Perespektiv vəd edən bu yeniyetmələr Lənkəran futbolunu çiyinlərində dashıyacaq gücdə idilər”.
MƏNBƏ: “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.
********
12cioyuncu.info-dan QEYD: “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabı çapdan çıxanda artıq Xanağa Məmmədov dünyasını dəyişmişdi.

1 thought on “LFT: Kitab rəfindən boylanan kapitan”

  1. 1-1 Xəzər Lənkəran
    09.08 20:00 Hakim: Rəhim Həsənov – Stadion: AZAL Arena
    Bakı -:- (-:-) Simurq
    09.08 18:00 Hakim: Orxan Məmmədov – Stadion: Bakı FK-nın təlim-məşq bazasının stadionu
    Araz Naxçıvan 3-0 Neftçi
    10.08 18:00 Hakim: Fariz Yusifov – Stadion: Naxçıvan MR stadionu
    İnter 4-0 Qəbələ
    10.08 20:00 Hakim: Əliyar Ağayev – Stadion: İnter Arena
    Sumqayıt 3-0 Qarabağ
    10.08 20:00 Hakim: Rauf Cabbarov – Stadion: Kapital Bank Arena

Comments are closed.