Nəhayət, bu mövsümdə keçiriləcək ilk Böyük oyun gəlib yaxınlaşır. Bu ilk qarşılaşma avqustun 25-də Lənkəranda keçiriləcək. Böyük oyun adı, “Xəzər Lənkəran”ın bərpasından və milli çempionatda çıxışlarına başladıqdan sonra, mətbuat tərəfindən, konkret desək, ölkənin bir nömrəli idman nəşri olan “Futbol+” qəzeti tərəfindən bu oyuna verilib. Bu da təsadüfi deyildi. Papasının gül balası “Neftçi”nin önündəkiləri min bir hoqqayla əzişdirdiyi vaxt, bərpasının ilk ilindəcə qarşısında “Xəzər Lənkəran”ı görməsi oldu. Böyük oyunları çox seyr etmişik. Üzüldüyümüz də olub, üzüntülərimizi parlaq qələbələrimizə sevinərək, unutduğumuz da…
Edu Oriol Qarsiya ”Xəzər Lənkəran”da!
Kamerunlu Mbilla Etamenin transferindən sonra, “Xəzər Lənkəran” Futbol Klubu daha iki futbolçunun transferini rəsmiləşdirdi. Bunlardan