Buradasınız Əsas » Xarici Futbol
  • Bookmark and Share

Xarici Futbol

11-ci dünya çempionatı, 1978. Argentina (VİDEO və Sxematik)

AFR – dünya çempionu və Argentina – meydan sahibi komandaları final oyunlarına birbaşa qatıldılar. Seçmə turnirləri nəticəsində Avropadan 9, Amerika qitəsindən 3, Afrikadan 1, Asiyadan da 1 komanda Argentinaya getmək hüququ qazandılar. Püşk nəticəsində aşağıdakı qruplar yaradıldı:      1-ci qrup:  İtaliya, Argentina, Fransa, Macarıstan     2-ci qrup:  Polşa, AFR, Tunis, Meksika      3-cü qrup:  Avstriya, Braziliya, İspaniya, İsveç   Davamını oxu

10-cu dünya çempionatı, 1974-cü il. AFR (VİDEO və Sxematik)

Çempionat ərəfəsində elan olundu ki, baş mükafat bir daha heç kəsə əbədilik verilməyəcəkdir. Yarışların keçirilməsi qaydalarında da yenilik edildi. Final turnirində təsadüflərin qarşısını almaq üçün belə bir qayda tətbiq olundu: qruplarda yarışlardan sonra ¼ və 1/8 final oyunları əvəzinə 2 yeni qrup yaradılır və burada da rəqiblər dairəvi sistem üzrə bir-biri ilə görüşürlər. Qrupların qalibləri çempion adı uğrunda, 2ci Davamını oxu

Doqquzuncu dünya çempionatı, 1970-ci il. Meksika (VİDEO və Sxematik)

Seçmə mərhələdə Avropadakı səkkiz qrupda Rumıniya, İsveç, Çexoslavakiya, SSRİ, İtaliya, Belçika, Bolqarıstan və AFR komandaları qalib gəldilər. Çempionatın final oyunları 1970-ci il mayın 31-də başladı.Həmin gün Meksika və SSRİ komandaları meydana çıxdılar. Onlar birinci qrupa daxil idilər. Qrupların tərkibi belə idi:    1-ci qrup:  Meksika, SSRİ, Belçika, Salvador    2-ci qrup:  İtaliya, Uruqvay, İsveç, İsrail    3-cü qrup:  Braziliya, İngiltərə, Davamını oxu

Səkkizinci dünya çempionatı, 1966-cı il. İngiltərə (VİDEO və Sxematik)

Bu çempionatın iştirakçıları arasında meydan sahibləri, ingilislər və dünya çempionları braziliyalılar seçmə oyunlarda iştirak etmədən qatıldılar. 1966-cı il yanvarın 6-da Londonda final turnirinin iştirakçıları arasında püşk atıldı. Qrupların tərkibi belə idi:   1-ci qrup: İngiltərə, Uruqvay, Meksika, Fransa   2-ci qrup: AFR, Argentina, İspaniya, İsveçrə   3-cü qrup: Portuqaliya, Macarıstan, Brazilila, Bolqarıstan   4-cü qrup: SSRİ, KXDR, İtaliya, Davamını oxu

Yeddinci dünya çempionatı, 1962-ci il. Çili (VİDEO və Sxematik)

Çempionatın final mərhələsində iştirak etmək üçün 56 komanda sifariş vermişdi. İlkin oyunlar ərəfəsində 5 ölkə öz namizədliyini geri götürdü. Lakin 51 iştirakçı da dünya çempionatları üçün rekord rəqəm idi. Braziliya çempion, Çili isə ev sahibi olduğuna görə ilkin oyunlar keçirmədilər. Müxtəlif Qitələrdə seçmə oyunlar keçirildi. Dünya çempionatına vəsiqəni təmin etmiş komandalar püşk yolu ilə çempionatın qruplarına salındılar.    A qrupu:  SSRİ, Yuqoslaviya, Davamını oxu

Altıncı dünya çempionatı, 1958-ci il. İsveç (VİDEO və Sxematik)

İsveçdə Braziliya komandası futbolda taktiki yenilik edərək, yeni oyun sistemi nümayiş etdirdi. Bu sistem müdafiədə 4 futbolçunun oynamasına əsaslanır. Altıncı çempionatda SSRİ-nin yığma komandası dünya birinciliyi uğrunda mübarizəyə qoşuldu. 49 ölkənin komandası çempionatda iştirak etmək istəyini bildirmişdi. Onlardan ikisi-yarışların təşkilatçısı olan İsveç və son dünya çempionu AFR seçmə oyunlardan azad edildi Burada da komandalar həm qrup və həm də sonrakı mərhələlərdə çox gərgin mübarizə apardılar. Final oyunu meydan Davamını oxu

Beşinci dünya çempionatı, 1954-cü il. İsveçrə (VİDEO və Sxematik)

Dünya çempionatlarının gözəlliyi ondadır ki, bu turnir gözlənilməz nəticələrlə, yeni parlayan futbol ulduzlarının çıxışları ilə zəngin olur. Həmişə əvvəlcədən favorit hesab olunan komanda çempion olmur. Bu çempionatda da məhz belə oldu. Bu çempionata iki komandaya – yarışların təşkilatçısı olan İsveçrəyə və 1950-ci ildə dünya çempionu olmuş Uruqvay komandasına birbaşa vəsiqə verildi. Final turnirinin keçirilməsi qaydaları yenə dəyişdirildi. 4 qrupun hər birində Davamını oxu

Dördüncü dünya çempionatı, 1950-ci il. Braziliya (VİDEO və Sxematik)

1946-cı ildə FİFA-nın konqresi keçirildi və dünya çempionatlarını bərpa etmək qərara alındı. 1946-cı ildə SSRİ Futbol Federasiyası da FİFA-ya qəbul olundu. Braziliyalılar çempionatın final mərhələsini yeni qaydalar üzrə keçirmək təklifini irəli sürdülər. Bu təklifə görə ilk mərhələdə 16 finalçı, hərəsində dörd komanda olmaqla, dörd qrupa bölünməli, dairəvi sistem üzrə oyunlar keçirilməli idi. Qrup qaliblərindən ibarət yeni qrup yaradılmalı və burada da dörd Davamını oxu

Üçüncü dünya çempionatı. 1938-ci il. Fransa (VİDEO və Sxematik)

Avropadan sonra növbəti çempionat Cənubi Amerikada keçirilməli idi. Hətta konkret ölkə – Argentina da nəzərdə tutulmuşdu. Lakin bu ölkənin futbolunda gərgin vəziyyət yaranmışdı. Peşəkar klublarla federasiya arasında münaqişə yaranmışdı. Ona görə FİFA əvvəlki fikrindən vaz keçməli oldu. Bu məqamda fransızlar öz xidmətlərini təklif etdilər. Üstünlük Fransaya verildi. Dünya çempionu final oyunlarına seçmə yarışlarda iştirak etmədən dəvət olundu. Bu qayda uzun müddət Davamını oxu

İkinci dünya çempionatı. 1934-cü il. İtaliya (VİDEO və Sxematik)

İkinci çempionatda da meydan sahibləri qalib gəldi. Birinci çempionatda Avropa təmsilçilərinin sayı 4 idi. Bu dəfə isə əksinə, Cənubi Amerikanı cəmi iki ölkə təmsil edirdi. Bunlar Braziliya və Argentina komandaları idi. İlk dünya çempionları-uruqvaylılar bu çempionatda iştirakdan imtina etmişdilər. Şimali Amerikadan ABŞ komandası yenə də çempionatda iştirak edirdi. İkinci çempionatda otuza yaxın ölkənin komandası iştirak etmək istəsə də çempionatın final Davamını oxu