10-cu dünya çempionatı, 1974-cü il. AFR (VİDEO və Sxematik)

Çempionat ərəfəsində elan olundu ki, baş mükafat bir daha heç kəsə əbədilik verilməyəcəkdir. Yarışların keçirilməsi qaydalarında da yenilik edildi. Final turnirində təsadüflərin qarşısını almaq üçün belə bir qayda tətbiq olundu: qruplarda yarışlardan sonra ¼ və 1/8 final oyunları əvəzinə 2 yeni qrup yaradılır və burada da rəqiblər dairəvi sistem üzrə bir-biri ilə görüşürlər. Qrupların qalibləri çempion adı uğrunda, 2ci yeri tutan komandalar isə çempionatda 3-cü yer uğrunda oyunlar keçirməli idilər.
Dünya çempionları – braziliyalılar və turnirin təşkilatçıları – AFR fubolçuları seçmə oyunlarından azad edilmişdilər. Avropadan final oyunlarına İtaliya, Hollandiya, ADR, Polşa, Bolqarıstan, Şotlandiya, İsveç və Yuqoslaviya vəsiqə aldılar. Cənubi Amerikada Uruqvay və Argentina fərqləndilər. Mərkəzi və Şimali Amerika ölkələri qrupundan Haiti, Asiya və Okaniya ölkələri arasından Avstraliya, Afrikadan isə Zair finalçı oldular.
Çempionatın 16 iştirakçısı, qabaqcadan müəyyən edilmiş sistem üzrə aşağıdakı qruplara ayrıldılar.
 
     1-ci qrup: 
ADR, AFR, Çili, Avstraliya
2-ci qrup: 
Braziliya, Yuqoslaviya, Şotlandiya, Zair
 3-cü qrup:
Hollandiya, İsveç, Bolqarıstan, Uruqvay
 4-cü qrup: 
Polşa, Argentina, İtaliya, Haiti
 
Birinci qrupda ADR və AFR futbolçuları qalib oldular. ADR komandası gələcək çempionu 1-0 hesabı ilə məğlubiyyətə uğradaraq (topu 77-ci dəqiqədə Şparvasser vurdu) qrupda birinci yeri tutdu.
Ikinci qrupda Zair futbolçuları bir xal belə qazanmadılar. 14 top buraxıb birini də vura bilmədilər. Lakin digər 3 komandanın bir biri ilə keçırdıyı oyunlar heç-heçə qurtardı. Onların hərəsi 4 xal topladı. Belə vəziyyətdə məsələni topların fərqi həll etməli idi, ikinci yer tutmaq və mübarizəni davam etdirmək üçün braziliyalılar son oyunda zairlilərə azı 3-0 hesabı ilə qalib gəlməliydilər. Jairzinyo, Rivelino və 82-ci dəqiqədə Valdomironun zərbələri məqsədə çatmağa imkan verdi. Birinci yeri isə 10 top vurub cəmi birini buraxan Yuqoslaviyalılar tutdular.
Üçüncü qrupda Hollandiya futbolçuları əla oyun nümayiş etdirdilər. Onlar uruqvay və Bolqarıstan komandalarını udaraq, yalnız İsveçlə görüşdə 1 xal itirdilər və inamla 1-ci yerə çıxdılar. 2-ci yer 4 xal toplayan İsveç komandasına qismət oldu.
Dördüncü qrupda Haiti komandası zəif idi və hər 3 görüşü uduzdu. Lakin Argentina və İtaliya futbolçularının imkanları yüksək qiymətləndirilsə də, qrupun qalibi Polşa oldu. Polşalılar hər üç rəqibə qalib gəldilər (Argeninaya 3-2, Haitiyə 7-0 və İtaliyaya 2-1). Argentina və İtaliya komandaları eyni miqdarda (3) xal topladılar. Topların daha yaxşı fərqinə görə ikinci yer Cənubi Amerika futbolçularına qismət oldu.
Ikinci mərhələdə iki qrup belə formalaşdırıldı:
 
        A qrupu:
Hollandiya, Braziliya, ADR, Argentina
 
    B qrupu: 
AFR, Polşa, İsveç, Yuqoslaviya
Hollandiyalılar A qrupunda yarışları 1 top belə buraxmadan başa çatdırdılar. Nəticə: Hollandiya 4-0 Argentina; Hollandiya 2-0 ADR; Hollandiya 2-0 Braziliya. Braziliyalılar isə iki qələbə qazanaraq (ADR ilə 1-0, Argentina ilə 2-1) ikinci yeri tutdular.
B qrupunda meydan sahibləri 1 xal da itirmədən finala vəsiqə qazandılar. AFR futbolçuları Yuqoslaviya komandasına 2-0, İsveç komandasına 4-2 və Polşa komandasına 1-0 hesabı ilə qalib gəldi. Polşalılar Yuqoslaviya komandasına 2-1 və İsveç futbolçularına 1-0 hesabı ilə qalib gələrək ikinci yer tutdular.
Polşa və Braziliya komandalarının çempionatda 3-cü yer uğrunda keçirdikləri oyunun taleyini 76-cı dəqiqədə Lyatonun mərkəzdən qapıyadək irəliləyərək vurduğu yeganə top həll etdi (1-0). Lyato çempionatda hamıdan çox – 7 qol vuraraq ən məhsuldar hücumçu oldu.
Finalda AFR və Hollandiya komandaları qarşı-qarşıya gəldi. Hesab 2ci dəqiqədə açıldı. Hollandiyalılar 11 metrlik zərbə ilə hesabı açdılar. AFR futbolçuları fasiləyədək hesabı bərabərləşdirdilər və irəli çıxdılar. Topları 26-cı dəqiqədə 11 metrlik zərbə ilə Braytmer, 43-cü dəqiqədə ilə Müller vurdular. Iki çempionatda (1970-ci və 74-cü illər) onun vurduğu qol sayı 14-ə çatdı.
Beləliklə Almaniya futbolçuları dünya çempionu adını qazandılar. Onuncu çempionat taamaşaçıların sayına görə əvvəlkilərin hamısını kölgədə qoydu: 1 milyon 774 min 22 azarkeş.
 
******************************
Daha sxematik olaraq bax
******************************
Videonu izlə:

Arxiv: Bosman.at.ua