Buradasınız Əsas » Video qalereya
  • Bookmark and Share

Video qalereya

Dördüncü dünya çempionatı, 1950-ci il. Braziliya (VİDEO və Sxematik)

1946-cı ildə FİFA-nın konqresi keçirildi və dünya çempionatlarını bərpa etmək qərara alındı. 1946-cı ildə SSRİ Futbol Federasiyası da FİFA-ya qəbul olundu. Braziliyalılar çempionatın final mərhələsini yeni qaydalar üzrə keçirmək təklifini irəli sürdülər. Bu təklifə görə ilk mərhələdə 16 finalçı, hərəsində dörd komanda olmaqla, dörd qrupa bölünməli, dairəvi sistem üzrə oyunlar keçirilməli idi. Qrup qaliblərindən ibarət yeni qrup yaradılmalı və burada da dörd Davamını oxu

Üçüncü dünya çempionatı. 1938-ci il. Fransa (VİDEO və Sxematik)

Avropadan sonra növbəti çempionat Cənubi Amerikada keçirilməli idi. Hətta konkret ölkə – Argentina da nəzərdə tutulmuşdu. Lakin bu ölkənin futbolunda gərgin vəziyyət yaranmışdı. Peşəkar klublarla federasiya arasında münaqişə yaranmışdı. Ona görə FİFA əvvəlki fikrindən vaz keçməli oldu. Bu məqamda fransızlar öz xidmətlərini təklif etdilər. Üstünlük Fransaya verildi. Dünya çempionu final oyunlarına seçmə yarışlarda iştirak etmədən dəvət olundu. Bu qayda uzun müddət Davamını oxu

İkinci dünya çempionatı. 1934-cü il. İtaliya (VİDEO və Sxematik)

İkinci çempionatda da meydan sahibləri qalib gəldi. Birinci çempionatda Avropa təmsilçilərinin sayı 4 idi. Bu dəfə isə əksinə, Cənubi Amerikanı cəmi iki ölkə təmsil edirdi. Bunlar Braziliya və Argentina komandaları idi. İlk dünya çempionları-uruqvaylılar bu çempionatda iştirakdan imtina etmişdilər. Şimali Amerikadan ABŞ komandası yenə də çempionatda iştirak edirdi. İkinci çempionatda otuza yaxın ölkənin komandası iştirak etmək istəsə də çempionatın final Davamını oxu

Birinci dünya çempionatı, 1930-cu il, Uruqvay (VİDEO və Sxematik)

Okeanın o tayında keçirilməsi Avropa komandaları üçün çətinlik törədirdi. Bundan əlavə  Avropanın peşəkar klubları öz oyunçularını bu çempionata buraxmaq istəmirdi. Üstəlik Britaniyanın 4 futbol cəmiyyəti FİFA-dan çıxmışdlar və bu 20 il davam etdi. Beləliklə çempionatda Avropa cəmi dörd ölkənin komandası ilə – Fransa, Yuqoslaviya, Rumıniya və Belçika komandaları ilə təmsil olundu. Digər iştirakçılar Amerika qitəsini təmsil edirdilər. Argentina, Braziliya, Uruqvay, Davamını oxu

Penalti seriyası olmayan və heç-heçə bitən final matçı və ya “Fair Play Bakı” (Video)

Penalti seriyası olmayan və heç-heçə bitən final matçı və ya “Fair Play Bakı”  18-ci Azərbaycan kubokunun finalı, 23 may 2010-cu il saat 20:00, Bakı şəhəri T. Bəhramov adına stadion, “Bakı” – “Xəzər Lənkəran”.   T.Bəhramov adına stadiona çoxdan idi ki, sayı iyirmi mindən artıq azarkeş toplanmırdı. Bu qədər azarkeş bu final matçını canlı olaraq izləməyə, bir final zövqü yaşamağa toplaşmışdılar. Davamını oxu

17 Fevral 2010 “Neftçi”-“Xəzər Lənkəran” matç sonrası (Video)

Mediaya, o cümlədən http://12cioyuncu.com saytına təqdim olunan bu bəyənat videogörüntü ilə birlikdə göndərilmişdir. Bəzi saytlarda bu göndərilmiş görüntülər fotoşəkil kimi təqdim olunmuşdur. “Xəzər TV”-nin “Futbol Saatı”nda isə video şəklində nümayiş etdirilmişdir. “Bosman” fanklubuna məxsus müvəqqəti http://Bosman.at.ua saytında da bu videonu izləyə bilərsiniz. 17 fevral 2010-cu il tarixində “Neftçi”-”Xəzər Lənkəran” matçından sonra baş vermiş hadisə ilə bağlı “BOSMAN” fanklubunun bəyənatı Bu videomaterialı təqdim etməkdə bizim məqsədimiz heç Davamını oxu

Qəlbləri Fəth Edən “Xəzər Lənkəran”

Sevimli komandamıız olan “Xəzər Lənkəran”ın elə gözəl oyunlar, oyunlarda elə gözəl epizodlar və qol epizodları yaradıb ki, bunları yaddan çıxarmaq mümkün deyil. Bütün bunlar yaddaşlarımızda xoş xatirə kimi qalsa da müasir texnologiyanın köməyi ilə videotəsvirlərdə də əbədiyyətə çevrilə bilir. Belə epizodlarla zəngin bir süjetə bir də baxmağa dəyər.Davamını oxu