Buradasınız Əsas » Xarici Futbol » Dünya Çempionatı » 15-cü dünya çempionatı, 1994. ABŞ (VİDEO və Sxematik)
  • Bookmark and Share

15-cü dünya çempionatı, 1994. ABŞ (VİDEO və Sxematik) 

USA1994_Football_World_Cup_log

Dünya çempionatı ilk dəfə olaraq Cənubi amerika və ya Avropada deyil, Şimali Amerikada keçirildi. Çempionat ABŞ-ın 9 böyük şəhərini əhatə edirdi. Turnirin gedişatı çox maraqlı olsa da final oyunu istənilən səviyyədə keçmədi və qalibi ancaq oyun sonrası penaltilərlə müəyyənləşdirmək mümkün oldu. Turnirin keçirilməsi qaydaları əvvəlki iki çempionatda olduğu kimi qalsa da, qrup turnirində qələbəyə görə 3 xal verilirdi. Püşkatma nəticəsində formalaşdırılan 6 qrupun tərkibi aşağıdakı kimi idi:

 

A qrupu:

Rumıniya, İsveçrə, ABŞ, Kolumbiya

 

B qrupu:

Braziliya, İsveç, Rusiya, Kamerun

 

C qrupu:

 Almaniya, İspaniya, Cənubi Koreya, Boliviya

 

D qrupu: 

Nigeriya, Bolqarıstan, Argentina, Yunanıstan

 

E qrupu:

Meksika, İtaliya, Norveç,,İrlandiya

 

F qrupu:

Hollandiya, Mərakeş, Belçika, Səudiyyə Ərəbistanı

 

Bütün qruplarda maraqlı mübarizədən sonra qalib komandalar məlum oldu. Bundan sonra həm 1/8, həm də ¼ final oyunları da maraqlı keçdi. Yarımfinalda İtaliya komandası bolqarların qapısından birinci hissədə 2 qol keçirdi. (Roberto Bacco, 20 və 25-ci dəqiqələr). Bolqarıstan komandasının gücü ancaq fərqi azaltmağa kifayət etdi. Stoiçkov 42-ci dəqiqədə təyin olunmuş penaltidən fərqləndi.

Digər yarımfinal oyununda braziliyalılar İsveç komandasının müqavimətini 80-ci dəqiqədə qıra bildilər (Romario). Üçüncü yer uğrunda oyunda yarımfinalda uduzmuş komandalar – İsveç və Bolqarıstan üz-üzə gəldilər. Bolqarlar bu turnirdə çox qüvvə sərf etmişdilər. Elə bu səbəbdən onlar skandinaviyalılara layiqli müqavimət göstərə bilmədilər və 0-4 hesabı ilə məğlub oldular.

Final oyunun əsas və əlavə vaxtında hesab açılmadı. Dünya çempionatları tarixində ilk dəfə olaraq çempionu oyun sonrası penaltilər müəyyən etdi. Burada İtaliya komandasının ulduzlarının uğursuz zərbələri oyunun taleyini həll etdi. Barezi və bütün çempionat boyu gözəl oyun nümayiş etdirən Roberto Bacco, topu qapı çərçivəsindən kənara vurdular. Massaronun zərbəsini isə qapıçı Taffarel tuta bildi. Braziliyalı Romario, Branko və Dunqanın zərbələri dəqiq oldu. 3-2. Braziliya komandası 4-cü dəfə dünya çempionu adını qazandı.

 

***********************

Daha sxematik olaraq bax

***********************

Video izlə

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


doqquz − = 6