Dünya çempionatı maraqlı hadisələrlə zəngin oldu. Çempionatda ilk turdan etibarən sensasiyalı nəticələr qeydə alındı. Turnirdə yenə 24 komanda iştirak edirdi. Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi formalaşdırılmışdı:
1-ci qrup:
İtaliya, Çexoslovakiya, Avstriya, ABŞ
2-ci qrup:
Kamerun, Rumıniya, Argentina, SSRİ
3-cü qrup:
Braziliya, Kosta-Rika, Şotlandiya, İsveç
4-cü qrup:
AFR, Yuqoslaviya, Kolumbiya, BƏƏ
5-ci qrup:
İspaniya, Belçika, Uruqvay, Cənubi Koreya
6-cı qrup:
İngiltərə, İrlandiya, Hollandiya, Misir
Yuxarıda qeyd etdiyimiz kimi çempionat sensasiyalarla zəngin oldu. Elə birinci turda dünya çempionları-argentinalılarla, Afrika təmsilçisi-Kamerunkomandalarının görüşündə
Omam Biyikin vurduğu tək qolla ikincilər qalib gəldilər. Bu nəticənin təsadüfi olmadığını afrikalılar növbəti turda rumınları 2-1 hesabı ilə məğlub etməklə sübut etdilər. Qrupun axırıncı oyununda SSRİ komandasına uduzsalar da (4-0) kamerunlular növbəti mərhələyə yüksəldilər. Sovet futbolçuları əvvəlki turlarda Argentina və Rumıniya komandalarına eyni hesabla (0-2) məğlub olmuşdular və sonda iki xalla qrupda sonuncu oldular. Qeyd edək ki, bu, futbol üzrə SSRİ yığma komandasının dünya çempionatlarında ən pis nəticəsi idi. Əvvəlki çempionatda olduğu kimi 6-qrupun hərəsindən ən yaxşı iki kollektivlə yanaşı qruplarda 3-cü yer tutan və göstəriciləri daha üstün olan 4 komanda da növbəti
mərhələyə yüksəldi. Bundan sonra 1/8 və ¼ final oyunları da gərgin və maraqlı keçdi.
Daha sonra hər iki yarımfinal oyununun əsas və əlavə vaxtı eyni hesabla başa çatdı: İtaliya-Argentina və AFR-İngiltərə 1-1. Oyundan sonra təyin edilən 11-metrlik zərbələri argentinalılar və almanlar daha yaxşı yerinə yetirdilər.
Final görüşü sönük keçdi və oyunun 85-ci dəqiqəsində argentinalıların qapısına təyin olunan 11-metrlik zərbəni Breme dəqiq yerinə yetirdi və bu yeganə qol almanları dünya çempionu etdi.
Üçüncü yer uğrundakı oyunda, çempionluğa əsas namizəd hesab olunan İtaliya komandası ingilisləri 2-1 hesabı ilə məğlub etdi.
*************************
Daha sxematik olaraq bax
*************************
Video izlə
Arxiv: Bosman.at.ua