Azərbaycanda yeni fanat layihəsi olan "Avropa.az" və "Avropa.tv"

Bu gün 08.06.10 tarixində saat 15:00-da “Gəncəli Plaza” otelində “Avropa.az” və “Avropa.tv” saytlarının təqdimetmə mərasimi keçirildi. “Avropa.az” və “Avropa.tv” lahyəsinin təşkilatçıları “İnter”in rəsmi fanklubu və tanınmış yumor aktyoru Faiq Şadlının aparıcılığı ilə açıq elan olundu. Konfransa müxtəlif fanklubların rəhbərləri və üzvləri, həmçinin mətbuat nümayəndələri və digər şəxslər dəvət olunmuşdular. Dəvət olunanlar içərisində “Bosman” fanklubunun rəhbəri və üzvləri də var idi.Ilk olaraq konfransı açıq elan edən Faiq Şadlı layihə barəsində ətraflı məlumat verdi. Sonra “İnter” fanklubunun prezidenti Ruslan Muradov və vitse prezidenti Elçin Həsənov layihə barəsində bəzi fikirləri də əlavə etdilər. Deyilən fikirlərdə “Avropa.az” və “Avropa.tv” layihələrinin həyata keçirilməsində məqsəd azarkeşləri canlı olaraq internet radio vasitəsilə və gələcəkdə mümkün olacaqsa internet televiziyası vasitəsilə izləməsinə şərait yaratmaqdır. Bəzi matçların televiziya vasitəsilə yayımında mümkünsüzlüyünü nəzərə alan layihə təşkilatçıları “Avropa.az” və “Avropa.tv” vasitəsilə bunun aradan qaldırılmasına çalışacaqlarını bildirdilər. Hələ planlarını daha da genişləndirəcəklərini bildirən təşkilatçılar çıxışlarından sonra yarana biləcək suallara cavab verməyə hazır olduqlarını bildirdilər.
Daha sonra görüş iştirakçılarına söz verildi. Ilk olaraq “Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayev rəy bildirdi. O, görüş iştirakçılarını salamlayaraq layihə iştirakçılarına uğurlar arzuladı. Çıxışında premyer liqa matçlarının canlı yayımında zaman-zaman problemlər olduğunu bildirən Mirhafiz bəy, bu baxımdan bu layihənin vacibliyini göstərərək layihənin həyata keçirilməsində operativlik və peşəkarlığın vacibliyini vurğuladı. Daha sonra onun bu layihəyə niyə məhz “Avropa.az” və “Avropa.tv” adlandırılması sualını ünvanladı. Azərbaycan futbolunun son illərdə Avropaya yaxınlaşması ilə əlaqədar olaraq belə bir seçimin edildiyi təşkilatçılar tərəfindən vurğulandı. Sonra digər görüş iştirakçıları da öz təbrik və fikirlərini çıxışlarında qeyd etdilər.Daha sonra layihənin artıq fəaliyyət göstərə bilmə imkanlarını nümayiş etdirən görüşün təşkilatçıları Türkiyənin İzmir şəhərində yerləşən “Can.az” saytının rəhbəri Məhmət bəylə Skype vasitəsilə canlı videoəlaqə yaradıb, qısa dialoq qurdular. Həmçinin “Can.az” internet televiziya saytının “Avropa.az” və “Avropa.tv”nin ilk əməkdaşı olduğu məlum oldu. Görüş bağlı elan edildi. Qeyri-rəsmi olaraq çay süfrəsi arxasına davam etdi.
Arxiv: Bosman.at.ua