XXVI Tur, Sumqayıtdan üç xalla, özü də minimalla, onu da bir penalla, Zəfər bəy bu minvalla

XXVI tur “Xəzər Lənkəran” Sumqayıt şəhərinin eyniadlı komandasınım qonağı oldu. Bir neçə tur idi ki, rəqiblərimizin xal itkisinə baxmayaraq, yaranmış olan münbit şəraiti komandamız dəyərləndirə bilmirdi və ardıcıl heç-heçələr və məğlubiyyətlərlə özü də xeyli xal itkisinə məruz qalırdı. Bu tur Sumqayıt səfərindən minimal hesablı qələbə ilə buna nəhayət ki, son qoya bildik.
III dövrənin üç matçında qənaətbəxş nəticələr sərgiləyən və iki səfər və bir ev oyunuyla üç tura yeddi xal əldə edə bildi. Bunlar, “Qarabağ” 0 -1 Xəzər Lənkəran”, Xəzər Lənkəran” 2 – 2 “Neftçi” və “Qəbələ” 2 – 3 “Xəzər Lənkəran” oyunları idi ki, bura qədər komandamız yaxşı köklənmişdi.
Sonrakı turda, nöbəti ev oyununda “Bakı”ya 0:2 məğlub olan və bununla da özünü toparlaya bilməyən komandamız səfərdə AZAL-la 2:2-lik bərabərliyin ardından, gəlib yenə evdə “İnter”lə 1:1-lik heç-heçə etdi. Ardınca “Rəvan”ın qonağı olan komandamız 2:1 məğlub oldu ki, bu da ümumilikdə 10 xal itkisi demək idi. Hal hazırda komandamız 34 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşır və bu itirilən 10 xal olmasaydı, indi turnir cədvəlində komandamız 44 xalla üçüncü pillənin sahibi olardı ki, bu da tam ayrı mənzərə olardı və qalan 10 turda daha irəliləmək imkanı vəd edərdi və ya Mustafa Denizlinin arzuladığı, heç olmasa ilk üçlüyün təmin olunmasına gətirib çıxarardı. XXVI turdan sonra olan turnir cədvəlini təqdim edirik və daha aydın görünməsini istəsəniz üzərinə klik edin.
Turnir Cedveli_XXV Tur
 
XXVI turun isə digər nəticələri aşağıdakı kimi olub və onu da nəzərinizə çatdırırıq:

Sumqayıt 0-1 Xəzər Lənkəran
16.03 15:00   Hakim: Alik Yunusov – Stadion: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İnter 0-3 Qarabağ
16.03 17:00   Hakim: Fariz Yusifov – Stadion: Şəfa stadionu
Bakı 1-1 Qəbələ
16.03 14:00   Hakim: Əliyar Ağayev – Stadion: Bakı FK-nın təlim-məşq bazasının stadionu
Neftçi 2-1 AZAL
16.03 17:30   Hakim: Rauf Cabbarov – Stadion: Bakcell Arena
Simurq 2-0 Rəvan
16.03 15:00   Hakim: Ömər Paşayev – Stadion: Zaqatala şəhər stadionu

 
Premyer Liqanın XXVI turunda “Xəzər Lənkəran” səfərdə “Sumqayıt” klubu ilə üz-üzə gəldi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 15:00-da start götürən qarşılaşma “Xəzər Lənkəran -TV” vasitəsi ilə canlı yayımlandı. Qarşılaşmanı aşağıdakı hakimlər briqadası idarə edirdi: Alik Yunusov, Azər Əsgərov, Coşqun Həsənov, Tahir Əhmədov.
“Xəzər Lənkəran”ın start heyəti:
19. Vyekoslav Tomiç
2. Slavik Alxasov
5. Tieqo de Xesus
6. Rasim Ramaldanov
8. Dejan Blajevski
10. Elnur Abdullayev (k)
12. Junior Nildo
23. Nikola Qliqorov
27. Manuel Skarlatake
30. Elias Ribeiro
55. Ağabala Ramazanov
 
Ehtiyat oyunçular:
1. Orxan Sadıqlı
7. Sadio Tounkara
11. Zohair Banouahi
14. Rahid Əmirquliyev
16. Adrian Pit
20. Etame Mbilla
42. Kamran Abdullazadə
Oyundan görüntüləri Zəfər bəyin köməyi ilə təqdim edirik:
 
 

7 thoughts on “XXVI Tur, Sumqayıtdan üç xalla, özü də minimalla, onu da bir penalla, Zəfər bəy bu minvalla”

  1. Azal da deyəsən bizim dərdədir .Çox istərdim ki Xəzər də olan bəlanıın necə deyərlər adın familyası deyilsin .
    Mübariz bəy kulubun rəhbərliyini də türklərə tapşıra bilər .Bu rəhbərliklə bağlıdırdsa

  2. Salam, Mirhafiz müəllim! Həmişəki kimi Zəfər qardaşımızın göndərdiyi videorolikdə penaltini təkrar izləmək şansı qazandıq. İnsafən deyim ki, Dejan penaltini mükəmməl yerinə yetirdi. Gərək penaltiləri qaçırmaqla komandanı mühüm xallardan məhrum etmiş Nildoyla Tounkara Dejandan nümunə götürsün. Onu da deyim ki, oyun çox sönük keçdi. Ümumiyyətlə son oyunlarda komandamız heç özünə oxşamır. Komanda daxilində gedən proseslər nə qədər gizli saxlanısa sonda ziyanını ancaq “Xəzər Lənkəran” çəkəcək. Mənə elə gəlir ki, son turlar M.Dənizli komandaya əvvəlki dək həvəs göstərmir. Çünki neçə turdur ki, eyni oyun üslubu, eyni səhvlər, bəzi oyunçuların komanda oyunundan çox fərdi oyuna üstünlük verməsi və Dənizlinin dönüş yaratmaması bunu deməyə əsas verir. Bəlkədə mən yanılıram, təki mənim fikirlərim yanlış olaydı…
    *****
    Axşamız xeyir olsun, Qabil bəy! Söylədikləriniz çox məntiqlidir.

  3. Tomiçin oynunu necə qiymətlindirmək olar .özünə inamlı görsənirdi .Amma matça normal baxa bilmədiyimdən dəqiq nəsə demək olmur .

  4. Bilmirəm kimin yadında necə qalıb və çox sevdiyi futbolçular var Xəzər dəş Katali Doman ən çox oyununa valeh olduğum futbolçu idi .ö qədrə gözəl oynayırdı ki .oyunudan zövq almaq ,əsl futbol zövqü . .Onun bütün matçlarda eyn ürək və eyni istək ilə oynayırdı .Pitdə pis deyildi .sonra xarab oldu .Heyf o gözəl oyunlu günlərdən .

  5. Salam Qabil bəy,Sizin fikirlərinizə Dənizli demək olar ki, cavab verib.Dənizli özü də XLnın sərgilədiyi oyunu bəyənmir və bizə tövsiyəsi odur ki,biz bir qədər də səbirli olmalıyıq.Dənizlinindediklərinə mən hardasa bəraət qazandırmaq istərdim,lakin bu mümkün deyil.Dənizli Nildonu niyə meydanda 90 dəqiqə oynadır,bax bu suala mən cavab tapa bilmirəm.Niyə əvvəldə olduğu kimi indi oyunçular rəqibə pressinq tətbiq etmədən oynayirlar?Sumqayıtla oyunda rəqib bizdən fərqli olaraq çox yaxşı təsir bağışlayırdı.Penalti olmasaydı oyun bəlkə də heç-heçə qurtarardı.Bir sözlə mən şəxsən deyərdim ki,XLda heç bir artım yoxdur.

  6. Salam! .Mən bir-iki kəlmə kamandamizin hazirki durumu haqqinda danişmaq istəyirəm.Duşunurəm ki, M,Dənizli tam komplektləşmiş heyəti qurmaqda cətinlik cəkir.Özu ucun muəyyən heyət qurub, lakin bundan artiğini eləmək ucun əlində yaxşi materiali yoxdur.Hal-hazirda butun diqqətini kubok oyunlarina yönəldən M.Dənizli ,Sumqayitla oyunda bəzi oyunculari qorumağa calişirdi.M,Dənizlinin əsas heyətindəki oyunculardan bir və ya bir necəsinin zədə, yada vərəqə limitinin dolmasi ilə cətin vəziyyətdə duşməsinin şahidi oluruq.Kamandaya qatilan yeni oyuncular tezliklə nəticə verəcəklər.Sadəcə, hələ iki-uc yeni guclu oyuncularada ehtiyac duyulur.Kuboku qazana bilsək, biz mutləq əvvəlki kamandani yenidən doğulmasinin şahidi olariq.Tənbəl bə özunu doğrultmayanlarla yollar tezliklə ayrilacaq.Buna ən azi inanmaq lazimdir.Gələcəyə inam olmasa ,bu gunu yaşamağa dəyməz.

  7. RAKİF qardaş salam! Elə mən də onu demək istəyirəm ki, M.Dənizli komandaya qarşı bir qədər laqeydləşib.Məncə nəsə yenilik etmək fikri də yoxdur. Çünki, 90-dəqiqə heç bir oyunla yadda qalmayan oyunçu növbəti oyunda yenə 90-dəqiqə meydanda olur. Əslində isə o artıq ehtiyat oyunçular skamyasının sakini olmalıydı. Əgər hər oyun meydanda zəif təsir göstərənoyunçuları biz görürüksə bəs M.Dənizli niyə görmür? Bu faktın özü də müəmmalıdır.

Comments are closed.