"Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi

 

– Az öncə Con Toşak istefa verdi. Uelsli mütəxəssisin gedişi necə alındı?
– Bildiyiniz kimi, komandamız Topaz Premyer Liqasının XIV turunda “Bakı”ya 0:3 hesabı ilə uduzdu. Təbii ki, bundan narazı qaldığımız üçün klubdaxili iclas keçirildi. Toşakla görüşdük. Özü getmək istədiyini söyləyib, komandaya uğurlar arzuladı.
– Toşak komandanın düşdüyü vəziyyətə görə hansısa üzrxahlıq elədimi?
– Təbii ki, nəticəyə baş məşqçi cavabdehdir. O, yaradılan şəraitə görə rəhbərliyə minnətdarıq etdi. İşlədiyi bir çox komandalarda belə şərait görmədiyini dedi. Ardından postundan getməyinin vacib olduğunu söylədi. Rəsmi şəkildə ərizəsini yazdı.
– Türkiyəli məşqçi Oğuz Çətin klubunuzun dəvəti ilə Bakıya gəlib, bu gün “Bakı”ya uduzduğunuz görüşü izlədi. Onun Toşakı əvəzləməsi mümkündürmü?
– Xeyr! O, qətiyyən baş məşqçi olmayacaq!
– Yeni baş məşqçi yenə əcnəbi olacaq, yoxsa yerli?
– Toşak indicə istefa verib. Təbii, komanda baş məşqçisiz qalmayacaq. Sabahdan məşqçi axtarışına çıxacağıq. Oğuz Çətinin oyunu izləməsinə gəlincə, əvvəllər Rıdvan Dilməni, Rüştü Rəcbəri də oyunlarımızı izləyib. Bu, o demək deyil ki, onları baş məşqçi olacaq. Onların hamısı bizim dostlarımızdı. Amma yeni çalışdırıcımız əcnəbi olacaq.
– Mirça Rednikin yenidən bu posta qayıtması mümkündür?
– Bu barədə klub prezidenti qərar verəcək.
Mənbə: apasport.az

20 thoughts on “"Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi”

  1. admin gelin anket kecirey baxay kime cox ses verirler?
    *****
    Anket keçirincə baş məşqçi yəqin təyin olunacaq. Həm də anketdə adı olmayan birisi.

  2. Tosak gedende Nildonuda Benamus-Benayunuda ozunle apar…
    *****
    Malik bəy, əsəbiləşməyin.

  3. Xəzərində yaxşı oyunları olub .amma dünənki kimi bərbad oyun görməmişdim . Bu yəqin ki 10-cu TORBA idi.kaş ki sonuncu olaydı . Vuruşub uduzanda belə çətin gəlmir insana .İnteri gördünüzdə 3-1 -in əvəzini çıxdı Neftçidən .Onlarda pis paşlamışdılar çempianata .amma özlərinə gəldilər .Biz də Balığımız başdan iylənib .ona görə də bir iki canladırııcı iynə vürsalada ,təsir etmir ,çürüyür BALIĞIMIZ.
    *****
    İnsanın özü-özünə etdiyini, heç düşmən də edə bilməz!

    • İnkarı olmayan çümlə!Allah köməyiniz olsun.
      Bir yaxşı fikir oxudum internedtə .
      “Danışanda elə danış ki ,qarşındakı cavab verə bilməsin .Susanda elə sus ,ki qarşındakıl danışmağa cəsarət etməsin ” Necə deyimdi.
      *****
      Bunun üçün fövqəladə biliyə yəni elmə və həmçinin helmə malik olmalıdır adam!

  4. Hörmətli DOKTOR! T.Nadirovun müsahibəsinin son sualı maraq kəsb edir. Ona görə ki, M.Rednikin “Xəzər Lənkəran”a baş məşqçi postuna qayıtması mümkünlüyü sualına cavabı Nadirov rəhbərliyin üzərinə atır və M.Rednikin gətirilməsini nə təgzib, nə də təsdiq edir.
    *****
    Çox hörmətli Qabil bəy, bununla bəlkə də azarkeşlərdən gələcək təpkini balanslaşdırmaq istəyiblər.

  5. “Sportal.az”ın yazdığına görə bir vaxtlar “Kasımpaşa”nı çalışdırmış Metin Diyadin Lənkərana gələ bilər. M.Diyadin “Sportal.az” saytına açıqlamasında bunları dilə gətirib. “Mənə “Xəzər Lənkəran”ı çalışdırmaq təklif olunub. Mənim də bir neçə şərtlərim var. Əgər razılaşsaq niyə də işləməyim”.
    Belə çıxır ki, pəhbərlik tezbazar, kimi gəldi “Xəzər Lənkəran”a baş məşqçi təyin etmək
    istəyir.

  6. Men hec Tuyqunun musahibesine inanmiram cunki onun emelleri ve işi qaranliqdir.Ele malalamaq qabiliyyeti var onda ki, Eyfel qullesinde sehf tapmaq olar amma bu Tuyqunun malasinda yox!!

  7. Yaşasin Tuyqunlu XEZER LENKERAN!-Bu Tuyqunun musahibesine niye fikir bildiren yoxdur?-Hami bu movzudan qacmaq isteyir.
    *****
    Zəfər bəy onu da deyim ki, “Futbol+”un məlumatına görə T. Nadirov Noyabrın 20-də İngiltərəyə yollanıb. Səfərin əsas məqsədi Liverpul universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində eyniadlı şəhərdə Futbol İdarəçiliyi Təlim Proqramı üzrə növbəti seminarda iştirak etməkdi. Tədbir Noyabrın 28-dək davam edəcək. Özü də AFFA-nın baş katibi Elxan Məmmədov və “Sumqayıt”ın prezidenti Kamran Quliyevlə birlikdə. Sizcə bu nə məsələ ola bilər?

    • Bu mesele aydindi ve qaranliq mence bir meqam yoxdur.Affa-nin cocuqlarinin aralarinda su kecmez.”Sadiq qardaşlar”-di da.Yeqin Elxan meşqci seciminde yeni telimatlar uzre növbeti seminari kecirecek.Gözel meqam ,hemde qelebelerini qeyd etmek ucun e”la furset.Sumqayitda sonbeşikdide,melumdur.

    • Kul oldu “liverpul”un tepesine.Gor Futbol idareciliyine kimleri caqiriblar. Eger inden bele deseler ki ,Liverpulda meşqci deyişilikl baş verib.Buna tecublenmerem.
      *****
      Zəfər bəy, siz deyirsiniz ki, təcrübə mübadiləsinə gediblər?

      • Mirhafiz muellim !-Elbette! İngilterenin ele bilirsiniz ki ,mexfi keşfiyyata ehtiyaci yoxdur?.Tuyqun yeni texnalogiyadir .Bu texnalogiyadan yeqin ki ,behrelenmeye ehtiyac duyulub.Saq olsun AFFA-ya ki ,bele nadir şexsiyyetleri yetişdirir.

  8. O qədər dedik,o qədər yazdıq ki, “Xəzər Lənkəran”ın klub rəhbərliyində bir nəfər də olsun peşəkar futbol adamı yoxdur. Və nəhayət Nadirov cənablarının futbol savadını artırmaqdan ötrü İngiltərəyə(böyük futbolun vətəni) seminara göndərdilər. Deyirəm birdən Nadirov baş məşqçi olmaq sevdasına düşər. Niyə də olmasın? Bəyəm o dünyaca məşhur Maurinyo hansısa klubda futbol oynayıb? Əgər kimsə Maurinyonu əvvəllər hansısa komandada futbol
    oynayan görübsə mənə də desin. Deməli Nadirov da baş məşqçi ola bilər. Ona görə ki, hansısa peşəkar klubda Maurinyosayağı futbol oynamaq önəmli deyil.

      • Bilmirem nedendi,bezen deye bilmediyimi cox besit sözlerle,bezende özumde yeni amerika acib ağlima gelen qeribe menbe görsetmekle ifade edirem.Qelbimde narahatciliq var.Yazilan şerhlerde bu narahatciliqa son vere bilmir.Ele bilirem ki ,neyise duz ede bilmirik.Cox fikirleşmeli oluram,yene tapa bilmirem.Duşunurem axi mene, hemcinin onminlerle azarkeşlere ne duşub ki,esebleşirler.Bu esebden xeste olurlar,taniya bildiyi ve taniya bilmedikleri klub calişdiricilari tenqid edirler.Xezer uduzan kimi ele bil dağ boyda daş başimiza duşur,ehvalimiz deyişir,hamimiz perişan oluruq.Bu idman növu ile maraqlanmayan adamlardan ise maraqli sözler eşitmeli olursan.Futbol sene pul,cörek yoxsa vezife verir?-Futbol nedir ki, men ona göre dilxor olum?.Bu kimi adamlar hec vaxt menevi zenginliyi ve qururu ya anlamir,yada yalniz özunu duşunur.Heqiqeten futbol bir xestelikdir desem-yeqin sehf etmiş olaram.İndiki anda futbol nedir!?-hec cavabinida duz-emelli tapa bilmirem.Yeqin,ele meni narahat eden bu sualdir.Kim bu suala cavab tapsa,belke menimkimilerin narahatciliqina son qoyub,savab qazana biler.En azindan bu suala cavab vermekle ya menimkimileri heqiqi azar tutmuş xeste yada …
        *****
        Zəfər bəy, komandada olan bəzi xoşagəlməz hallarla yəqin ki, əvvəllər çox da ciddi maraqlanmamısınız. Hər şeyə saf yanaşmısınız. Bu sizin son zamandakı şərhlərinizdən hiss olunur. Bu sizin təmizliyinizdən irəli gələn keyfiyyətlərdir. İndi siz də müəyyən şeyləri yaxından izlədiyinizdən, depressiyaya uğraya bilərsiniz bizi kimi. Bu isə doğrudan insanın sağlamlığı bahasına başa gəlir. Bunu mən öz təcrübəmdən deyirəm. Gəlin özümüzü bir az qoruyaq. Klubdakı işlər də nə vaxtsa düzələr İnşallah.
        Qaldı fikirlərinizin ikinci hissəsinə, hər şey necə olmalıdırsa, onda gözəldir. Futbol da necə olmalıdırsa, onda gözəl olur! Onda bu idman növü sevilir. Biz də bunun üçün mübarizə aparırıq.
        Kamil bir palançı olsa da insan,
        Yaxşıdır yarımçıq papaqçılıqdan!
        İndi bir tarix muzeyinə getsək, orda qədim minilliklərin kamil ustalarının toxuduğu palan görə bilərik. Amma onun yanında yarımçıq sənətşünaslığa cavab verməyən bir papaq görə bilmərik. Deməli, yarımçıq şey heç kimə lazım deyil və tarixdə də qalmaz! İndi bugünki futbola xərclənən pullar, şərəfli bir tarix yazmırsa, deməli boşuna xərclənir. Həmçinin bu yöndə xərclənən əsəb və sağlamlıq da boşuna gedir. Həmin adamlara deyin ki, biz bunları düzəltmək istəyirik. Qoy tarixdə bir xoş şey qalsın. Tarixdə cəmiyyət üçün öz rolunu, öz məsuliyyətini dərk edən şəxslər olmasa, bəşəriyyətin heyvanat aləmindən fərqi olmaz! Belə də deyin onlara!

        • Qocalar ucun klub acilib lənkeranda,deyirlər.Mister bu kluba qonaq gəlmişdi,iki gun əvvel cox zad öyrənib getdiyini dedilər. İndi 64 yaşli qocada gəlir,turk demişkən xoca!Bilmirəm bu gəliş dez xəbərdi yoxsa düz xəbər.Onu bilirəm ki bu xəberlər ya məni azar tutmuş xəstə yada …adəm eylər.Egər məni adəm eyləmesəde,yəqin klubu adam edər.

  9. MİRHAFİZ müəllim, Salam! “Tarixdə cəmiyyət üçün öz rolunu, öz məsuliyyətini dərk edən şəxslər olmasa, bəşəriyyətin heyvanat aləmindən fərqi olmaz!” Bu dahiyanə deyimə görə Sizə ürəkdən ÇOX SAĞ OLUN deyirəm. Mənim üçün gözəl futbol oyununa baxmaq (bildiyiniz səbəblərdən bura Ölkə futbolun daxil etmirəm) gözəl teatr tamaşasına və ya incəsənət əsərinə baxmaq kimi bir şeydir. Yəni səhnə, arena ayrı-ayrı olsa da alınan zövq eynidir.
    *****
    Qabil bəy, əvvəla fikirlərimizə dəyər verdiyinizə görə təşəkkür edirəm. Sonrakı fikirlərinizlə tam rəzıyam.

Comments are closed.