"Xəzər Lənkəran" fanklublarının və "Bakı" fanklubunun PFL prezidenti Ramin Musayevlə görüşü (YENİLƏNİB)

PFL-de_gorus
Bu gün 21 may 2010 cu il tarixində AFFA-nın binasında PFL prezidenti Ramin Musayevin dəvəti ilə “Xəzər Lənkəran” fanklublarının rəhbərləri eləcə də “Bakı” fanklubunun nümayəndələri görüş keçirmişlər. Görüş saat 11:00-a təyin olunmuşdu və vaxtında Ramin Musayevin kabinetində göstərilən tərəflərin iştirakı ilə baş tutdu. Görüşə giriş sözü ilə Ramin Musayev başladı və Azərbaycan futbolu haqqında və bu ilki çempionat haqqında ətraflı məlumat verdi. Çempionatın gedişindən və fulbolla əlaqədar məsələlərə fanklub rəhbərlərinin rəyini dinlədi. Daha sonra mövsümün sonuncu matçı 18ci Azərbaycan kubokunun finalı haqqında geniş məlumat verərək bu matça marağın həddən artıq böyüklüyünü göstərmək üçün hətta ölkə prezidenti İlham Əliyevin də canlı izləyəcəyini görüş iştirakçılarının nəzərinə çatdırdı. Fanklublara hansı məsələlərdə kömək lazım olduğunu soruşan PFL rəhbəri “Xəzər Lənkəran” və “Bakı” azarkeşlərinə ayrılan sektorlarlar haqqında da məlumat verdi. Onun sözlərinə görə 17-24-cu sektorlar “Xəzər Lənkəran” azarkeşləri üçün nəzərdə tutulmuşdur. Sektorlardan asılı olmayaraq biletlərin qiymətinin 1 manat olduğunu dedi sonra hədiyyə olaraq hər fankluba 100 bilet təqdim etdi. Görüşdə PFL nümayəndəsi Aslan Şahgəldiyev də iştirak edirdi.
 
Biz “Bosman” fanklubu olaraq bizə müraciət etmiş məhz bu oyunda “İnter” azarkeşlərinin müəyyən hissəsinin “Xəzər Lənkəran”ı dəstəkləyəcəyini nəzərə alaraq PFL tərəfindən verilmiş biletlərin 50 ədədini onlara hədiyyə edəcəyik ki, onlar da bizimlə birlikdə komandamızı dəstəkləsinlər. Yerdə qalan 50 ədəd bilet də “İnter”in Zadəgan dərnəyi üzvlərinə hədiyyə olunur. Beləliklə PFL tərəfindən “Bosman” fanklubuna hədiyyə olunmuş 100 bilet bütünlüklə qonaq azarkeşlərə paylandı.
P.S. görüşdə “Xəzər Lənkəran” rəsmi fanklubunun prezidenti Samir Qasımov şəxsən iştirak etməsə də, onu əvəz edən Hafiz Veravullu iştirak edirdi. 12-ci oyunçu azarkeş klubunun rəhbəri İslam Cabbarlı şəxsi işləri ilə əlaqədar görüşə gələ bilməyəcəyini əvvəlcədən bildirmiş və öz adından səlahiyyətləri “Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayevə həvalə etmişdir. PFL tərəfindən hədiyyə olunan biletlər “Bosman” fanklubuna(Biz artıq biletləri hədiyyə etmişik), “Fırtına” fanklubuna və bir də “Bakı” fanklubuna hər fankluba 100 bilet olmaqla verildi.
 
Arxiv: Bosman.at.ua