"Xəzər Lənkəran" bu gündən hazırlıqlara başlayır

Klubdan aldığımız məlumata görə, əvvəlcədən də bildirildiyi kimi komandamızın futbolçuları bu gündən yəni – 07.06.2010 tarixindən hazırlıqlara başlayacaq. Hazırlıqlar, Avroliqa öncəsi komandamızda olan futbolçuların tibbi müayinədən keçməsi ilə başlayacaq. Bu iki gün ərzində yerinə yetiriləcək və Bakı şəhərində həyata keçiriləcək. Bundan sonra futbolçularımızın fiziki testlər verəcəyi bildirilib. 10 iyunda isə komandamız Avstriyaya getməyi planlaşdırıb. Burada 15 gün ərzində hazırlıq keçəcək  komandamız yeni təklif olunan futbolçuları da məşq və yoxlama oyunlarında sınaqdan keçirəcəyi istəyində olduğu bildirilib.
Bir fanklub olaraq, komandamıza bütün mərhələlərdə uğurlar arzulayırıq.
Uğurlar deyirik, “Xəzər Lənkəran”! 
Sən bizi sevindir hər zaman, hər an.
 Başlayaq ard-arda, qələbələrə,
 Bil ki, səninlədir, yenə də “Bosman”!
 
 
Arxiv: Bosman.at.ua