Vaqif Rəşidov-44 Təbrik Edirik!

Bu gün artıq fəaliyyətini dayandırmış klub olan “Xəzər Lənkəran” camiəsində çox yaxşı tanınan Vaqif Rəşidov 44-cü doğum gününü qeyd edir. Vaqif bəy haqqında çox danışmaq olar. Onun Lənkəranda öz hesabına keçirdiyi bir neçə mühüm mini futbol turnirləri gənclərimiz arasında idmanın təbliği və gənclərimizə sağlam yolun göstəricisi, mayakı rolunu oynaması elə əsl bir vətənpərvərliyin göstəricisidir.
Beləliklə, bir neçə il öncə Vaqif bəy “Yay əfsanəsi” adlı mini futbol üzrə “12-ci oyunçu”nun azarkeş çempionatını təşkil etmişdi.  Daha sonra səhiyyə işçiləri arasında“Payız Əfsanəsi” adlı həvəskar mini  futbol turnirini, ardıyca daha böyük yarışma olan Lənkəran çempionatını keçirdi. Bu yarışmada Lənkəranın veteran futbolçuları da iştirak etmişdilər. Şəhid  Mübariz İbrahimovun xatirəsinə həsr olunan növbəti  turnirin final oyununda isə qalib komandaya  kuboku Rəşidovun ideyasına və ssenarisinə uyğun olaraq “Xəzər Lənkəran”ın o vaxtkı baş məşqçisi Mirça Rednik təqdim etmişdi. Vaqif bəyin keçirdiyi ən böyük turnir Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku” oldu. Beləki, bir neçə zonada, hər zonada da bir neçə liqalara bölünən və hər liqa daxilində də qruplarda yüzə yaxın komanda iştirak edirdi.
Daha sonra Rəşidov Lənkəranda Mirça Renikin 50-illik yubileyinə həsr olunan futzal turnirini də təşkil etdi. Həmin turnirdə 15-komanda mübarizə apardı ki, bu da simvolik olaraq Rednikin karyerası boyu futbolçu kimi oynadığı və məşqçi kimi çalışdığı 15-komandanın adları ilə bağlı idi. Elə hazırda Lənkəranda keçirilən Lənkəran Futbol Liqasının çempionatını da bütövlüklə Vaqif bəy təşkil etmişdir.İndiyə qədər Vaqif bəy bütün turnirlərin təşkilini heç bir dövlət və ya qeyri dövlət təşkilatının yardımı olmadan həyata keçirir və təmənnasız çalışıb. Qeyd edək ki, onun keçirdiyi turnirlərin hamısı12cioyuncu.info saytında mütəmadi olaraq işıqlandırılmışdır.
Ümumiyyətlə Vaqif Rəşidov haqqında çox danışmaq və yazmaq olar. Onun uşaq evlərindəki xeyirxah işlərindən tutmuş, məktəblilər arasında keçirdiyi müxtəlif yarışlar və viktorinalara kimi nə qədər desən yazmağa mövzu vardır.
Qeyd etsək ki, Vaqif bəy tükənməz enerji ilə cəmiyyətə təmənnasız xidmət etmək həvəsindən dönən deyil  yəqin ki, sayt izləyicilərində onun haqqında həqiqi fikirləri yarada bilərik.
Belə bir insan əlbəttə ki, Xan  Lənkəranda dünyaya gəlməli və bu şəhərdə də yaşamalı idi. Məhz 44-il öncə dünyaya göz açan Vaqif Rəşidov bu gün oktyabrın 15-də şad gününü yaşayır.
Biz “Bosman” olaraq, bu xeyirxah və nümunəvi insanı doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, istəklərinə çatmasında qarşısına çıxan bütün maneələri aşmaq yolunda uğurlar arzulayırıq.
“Bosman” fanklubu                                  15 Oktyabr 2016

3 thoughts on “Vaqif Rəşidov-44 Təbrik Edirik!”

  1. Salam .Mən də bu təbrikə qoşularaq, Allahdan Vaqif bəyə can sağlığı , uzun ömür arzulayıram.Fəxr ediləsi İnsandır.Belə geniş qəlbli insanlar az gəlir bu dünyaya.Yaxşı ki 12ci oyunçu və sizin saytlınızın vastəsi ilə Vaqif bəyi tanıdıq buna görə də Sizlərə təşəkkür düşür.
    Ad gününüz mübarək Vaqif bəy! İnşAllah ürəyinizdə nə arzunuz varsa həyat kecər.
    *****
    Vaqif müəllim, həqiqətən də dost kimi dost, yerli kimi yerli, vətən oğlu kimi bir vətən oğludur.

Comments are closed.