Tuyqun Nadirov: Bizi nədə günahlandırırlar?

“Başa düşmürəm, məgər həmin oyunda meydana kənar adam çıxıb? Bəlkə rəqib komandanın futbolçusu xəsarət alıb?” Bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Bu gün Premyer Liqada avqust ayının ən yaxşı oyunçusu və ən gözəl qolunun müəllifinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə jurnalistlərin suallarını cavablandıran Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev IV tur çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra yaşanan qalmaqala da toxunub.
Musayev azarkeşlər arasında yaşanan qarşıdurmaya görə, “Xəzər Lənkəran” rəhbərliyinin günahkar olduğunu bildirib. Nadirov isə hesab edir ki, bu cür açıqlama vermək PFL prezidentinə yaraşmır:“Bizi nədə günahlandırırlar? Əgər rəqib komandanın nə futbolçusunun, nə də azarkeşinin burnu qanamayıbsa, harada səhvə yol vermişik? Vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Biz baş verənlərin qarşısını almaq üçün əlimizdən gələni etmişik. Fikrimcə, işimizin öhdəsindən gəlmişik. Qalmaqalı heç kim istəməzdi. İndi durub bir-birimiz ittiham etmək yersizdi. Bu, nə PFL rəhbərliyinə yaraşar, nə də bizə”.
MƏNBƏ: Apasport.az

5 thoughts on “Tuyqun Nadirov: Bizi nədə günahlandırırlar?”

  1. Salam, hər vaxtınız xeyir ADMİN! Dünən bu mövzu ətrafında 12-ci oyunçuda öz fikirlərimi yazmışdım və yenə həmən fikrimdə qalıram. T.Nadirovun R.Musayevə verdiyi cavabı məni tam qane etmədi. Əvvəla ona görə ki,kubokun finalında olan biyabırçılıqlara təşkilatçı kimi birbaşa PFL rəhbəri R.Musayev ösü cavabdehlik daşıyırdı. Onları ort-bastır etməkdən ötəri keçırtdiyi tədbirə heç bir aidiyyəti olmayan Lənkərandakı olayı ortaya atıb kubokun finalındakı olayları malalamaq istəyirdi. İndi hadisəlrdən müəyyən zaman keçib və hadisələrin əsas məzği T.Nadirova da bəlli olmamış deyil.Odurki, Nadirov bu mövzuda daha tutarlı cavab verməliydi. Təvazökarlıqdan uzaq olsa da bunu deməliyəm. Ovaxtlar 12-ci oyunçu, Bosman və bizə yaxın olan bir neçə saytların apardığı araşdırmalar, verdiyi bəyanatlar hər iki hadisəyə daha tutarlı cavablar idi. Bu mənim gəldiyim şəxsi fikrimdir və Siz mənimlə razılaşmayada bilərsiniz.
    *****
    Diqqətli olduğunuza görə minnətdarıq. Məsələnin tamam başqa tərəfləri də var. Artıq araşdırma da aparmışıq, münasibət də bildirmişik, yazı hazırdır. Məqamı gələrsə, saytda verəcəyik.

  2. admin evezedicilerin oyununa harda baxmaq olar?
    *****
    Belə deyirlər ki, əsas komandanın da oyunu heç bir televiziya kanalından verilməyəcək. Yalnız rəsmi saytın internet xətti ilə baxmaq olacaq. Qalmışdı ki, əvəzedicilərin oyunu.

  3. Axşamınız xeyir, Admin qardaş! Məsələnin tamam başqa tərəflərini zatən mən də özüm üçün aydınlaşdırmışam. Sadəçə olaraq çox açıqlama verməmişəm. Əgər istəsəniz lap adlarıyla açiqlayaram. Sizin araşdırmalarınızdan bilirəmki, məsələnin tamam başqa tərəflərini məndən qat-qat yaxşı bilirsiniz və kimin kim olduğunu da. Mən də Sizə minnətdaram.

Comments are closed.