Qazanılacaq qələbə kimə həsr olunacaq?

Azarkeşlərimizdən təkliflər gəlməkdədir. Bu təkliflər nədən ibarətdir. Bilirsiniz ki, sabah Bakıda, “Bayıl Arena”da saat 17:00-da keçiriləcək “Simurq” – “Xəzər Lənkəran” matçı ilə bu mövsümün ikinci dövrəsinə start verilir. Komandamız qələbə qazanmaq əzmindədir. Çünki ilk dövrədə müəyyən psixoloji basqı altında olan komandamız, xeyli xallar itirib. Düzdü son 4 turda əvvəlkilərdən daha yaxşı oyun sərgiləyən və bunların ikisində inamlı qələbə qazanan “Xəzər Lənkəran” pərişan günlərini arxada qoymağa qadir olduğunu və bunu bacaracağını göstərib. Həm də kubokun finalında bərabər oyun göstərərək, yalnız penaltilər seriyasında məğlub olduğu rəqibi ilə daha bir Superkubok oyunu öncəsi, “Simurq”la oyunda qələbə qazanmasının nə qədər yaxşı mənada komanda üçün motivasiya olacağı da sirr deyil.
Azarkeşlərimiz də bunu nəzərə alaraq qazanılacaq qələbədə komandaya güclü dəstək vermək istəyirlər ki, bu qələbəni də amansız xəstəlikdən təzə qurtularaq evə buraxılan, “12-ci Oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlıya həsr etsinlər. Bu da onu göstərəcək ki, komanda üzvləri də öz sevimli azarkeşləri üçün döyüşür və qazanılacaq qələbəni İslam Cabbarlının timsalında azarkeşlərinə həsr etmək istəyir. Biz də komanda ilə əlaqə saxlayaraq azarkeşlərin belə fikirdə olması haqda onları bilgiləndirməyə çalışırıq. Vaxt qısa olduğundan belə bir tədbir planlaşdırılır ki, azarkeşlərimizin müəyyən qisminin qaldıracağı ağ kağızlarda tribunada “12” rəqəmi ifadə olunacaq. Futbolçularımız da qol vurarkən həmin “12” rəqəmini ifadə edən azarkeşlərə tərəf gəlib sevinclərini bölüşərlər.
Kimin əlavə təklifləri olarsa burada şərh vasitəsi ilə qeyd edə bilər və mümkünat dairəsində həyata keçirilməyə çalışılar.

14 thoughts on “Qazanılacaq qələbə kimə həsr olunacaq?”

  1. Elbette ki, oynanilmayan futbolu ve neticesi melum olmayan qarşilaşmani hec kime hesr etmek olmaz.Biz yalniz futbolculari oyuna motivasiya etmek ucun bele fikirler soyleyirik.Elbette ki ,neticesi Islam beye layiq olanini ona hesr ederik.Inşallah bu Simurqla oyunda alinar.Eks teqdirde Xezerin istenilen kamanda ile oynadiqi oyunda qazandiqi ilk qelebesini İslam beye hesr ederik.

  2. Salam, Dr. Mirhafiz bəy! Qazanılan qələbəni sözsüz ki, İslam qardaşımıza həsr edəcəyik. Ona görə ki, 12-ci oyunçu azarkeş qrupunda buna haddı çatan bir nömrəli şəxs elə İslam Cabbarlıdır. Bu bir azarkeş ordusunun ümdə arzusudur. Əsas məsələ isə bu arzunu gerçəkləşdirməkdən ibarətdir. İndidən Komandamızın əsas heyyət oyunçuları özlərini bu qələbənin qazanılmasına kökləməlidir. Belə olan halda qələbə sevinci ikiqat olacaq. Haydı “Xəzər Lənkəran”, bu ikiqat sevinci bizlərdən əsirgəmə!

  3. BU GÜN ODLAR YURDU AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ GÜNÜDÜR. MUSTƏQİL BİR ÖLKƏNIN VƏTƏNDAŞI OLDUĞUNUZA GÖRƏ HAMINIZI TƏBRİK EDİRƏM!
    *****
    Biz də bu təbrikə qoşuluruq!

  4. Təşəkürlər sizlərə.3 aydirki mən internetdən uzaqidim.Məndə İslam bəyin xəstəliyini eşidəndə çox kövrəldim.Mübariz bəy Allah sizdən razi olsunki bizi xoş sözlərnən sevindirirsiniz.Həqiqətəndə İslam bəyçin biz çox darixmişiq.Həqiqətəndə 12-ci oyunçu qurupu Azərbaycanda yek saytdir.

  5. Islam beyin bugunku veziyyeti barede cox narahatciliq kecirdirem.Bir melumatiniz olsa,lutfen bizimle paylawmaqinizi rica edirem!
    *****
    Dünən müxtəlif müayinələrdən keçən İslam bəy, nəticələrlə tanış olarkən qorxu hissi keçirib. Bu istər-istəməz belə olur. Bir az da evdə hərəkət edərək gəzib, təbii ki, müayinələrə getmək özü də bir hərəkətlilikdir ki, bu da əslində olmaz! Dünən xeyli bu işlərlə məşğul oldum deyə yazı da gecikdi. İnşallah qismət olsa bu gün.

    • Bəs bildirmişdim ki ona görə xəstəxana daha tez sağalacağına şərait yaradacaqdı . Evdə pəhriz saxlamaq çox çətin olcaq ,bu xəstəliklə zarafat etmək olmaz .
      Mirhafiz bəy həmin saytda yazılıb ki əməliyyat üçün imkan yoxdur ,bəs nə etmək lazımdır ,yəqin ki istifadəçilərdən də kömək etmək istəyən olar.
      *****
      Əməliyyat olunması həkim tərəfindən bu günlərdə yox, yaxın iki, üç həftədən sonra olunması məsləhət görülüb. Klubdan kömək olmalıdır İnşallah. Olmayacağı təqdirdə nəsə fikirləşmək lazımdır yəqin ki!

  6. İnşallah kömək olar ,Mübariz Mənsimov belə işlərdə yardımçı olub .Siz çox sağ olun ki pisxaloji köməyinizdə əsirgəmirsiniz ,
    Bir də bu qələbəni İslam bəyə həst etmək .ideyasından yəqin ki xəbərləri olub .futbolçuların .Ağağla Ramazanovun müsahibəsin də- qolu kimə həsr edirsiniz -,sualı veriləndə ,12-ci oyunçunun rəhbəri İslam Cabbarlıya deməli idi .bu çox pis təsie edir insana ,Axı o da Xəzərin bir parçasıdır ,Bu da ona bir sevinc bəxş edərdi .Yəqin ki İslam bəyin bu məsələdən xəbəəri var .

  7. Mirhafiz bəy ,Vaqif Rəşidov ,İ.Cabbarlının sənədlərini Ramiz X.aldığını ,deyir. Sənədləri hansı xəstəxanaya aparacaq ? Harada əməliyyat olunacaq ? Əlbəttə əgər mümkünsə bildirərdiniz .
    *****
    Bu yaxın 1-2 günə bilinəcək və əlbəttə ki, məlumat verəcəyik.

  8. Mirhafiz bəy İslam bəyin vəziyyəti necədir ,?onun necə olmasından xəbər yoxdur ,Bu da narahat edir ,Yəqin ki telfon işlətmir ,əlaqə saxlaya bilmisinizmi ,?
    *****
    Dünən axşam tərəfi danışmışam özünü o qədər də pis hiss eləmirdi. Əvvəlki günlərdən gümrah hiss olunurdu. Sadəcə xəstəliyin xarakteri belədir ki, onu bəzən ümidsizləşdirir. Xüsusən də biri bir söz deyəndə və ya yüngül ağrı hiss edəndə və s. Klubun köməyi də bu gün sabah deyə deyə uzanıb gedir. Bu da onu üzür.

  9. Ürək əməliyyatı 5-6 min arası olur .Bu kuluub üçün elə böyük məbləğ deyil .Baloğlan Ə üçün .50 min olub .Bəlkə kubok oyununu gözləyirlər.
    *****
    Elə belə də deyiblər. Kuboku alsaq, mükafatlar verilsə, mükafatlardan bir şey qalsa,….

  10. Əgər onlar eməsə ,kömək emək istəyənlər var ,nəsə etmək olar .Bu insan həyatıdır .Özüdə necə bir insan ,Özünü fəda edən bir insan ,Bəs Allah niyə insanların toplum halaında yaşamasını istəyib ,Bİr -birlərinə kömək etmək üçün .İnşallah gözləyək ,görək nə olur Sizin sözünüz ona ümid verər ,səbrli olmağın deyin .

Comments are closed.