Bildiyiniz kimi XXX turda futbolda görünməmiş biabırçılıq baş verdi. Yəni dünən əvəzedicilər də daxil “Xəzər Lənkəran”ın bu gün oynayan əsas heyətinin qapısına beş penalti təyin olundu. Əvəzedicilərin qapısına üç, əsas komandanın qapısına isə iki penalti təyin olundu. Maraqlıdır ki, ilk baxışda hansısa kubok oyununda penaltilər seriyası göz önünə gəlir. Amma yox, bu heç də belə olmayıb, oyunun əsas vaxtında olan biabırçılıqdır. Daha bir maraqlı məqam da odur ki, “Bakı” bu oyunlarda qapımıza 10, ya da heç olmasa, 6 qol vurmayıb ki, bunun 5-i penaltidən olsun. Vurulan cəmi 5 qoldur ki, bunların da hamısı penaltidən olmuşdur.
Maraqlıdır ki, “Bakı” – “Xəzər Lənkəran” oyunundan dəqiqələr sonra PFL-in rəsmi saytında saytında bu penaltilərin videogörüntüsü yerləşdirildi. Təsəvvür edirsinizmi ki, oyunda vurulan ikisi komandamızın olmaqla dörd qol yox, təkcə “Bakı”nın vurduğu iki penalti?! Bu isə ona işarədir ki,-“baxın bu penaltilər qərarı doğrudur!”
Elə, PFL-in öz gözü ilə çəkilmiş bu görüntüləri təqdim etməklə özlərini biabır etmiş olduqlarının fərqində olmayıblar. Bizim görüşümüzə görə epizodların heç birində penalti yoxdur və hakim qərarı hər iki epizod üçün yanlışdır. İlk epizodda Slavik Alxasov sanki rəqibə ayaqla zərbə endirir. Düşünmədən izlədikdə bu belə görünür və ona görə də həmin epizod təkrar-təkrar göstərilir. İkinci Skarlatakenin epizodunda isə qərar lap absurddur deyə onun təkrarı çox da göstərilmir.
İlk epizodda rəqib oyunçu ilə Alxasovun, yəni hər iki oyunçunun eyni anda mənimsəmək istədikləri top var və iki oyunçu da topa eyni zamanda toxunmaq istəyir. rəqib oyunçunun məqsədi bir hücumçu kimi topu rahlamaq idisə, Slavik Alxasovun bir müdafiəçi kimi zərbə ilə topu uzaqlaşdırmaq idi. Yəni Alxasov məqamı olduğunu görüb topa bərk zərbə vurmaqla onu uzaqlaşdırmaq istəyərkən, rəqib oyunçu kiçik toxunuşla topu ram etdi. Belədə artıq Alxasovun zərbə həmləsi topa yox, boşa çıxdı. Təbii ki, boşa çıxmış ayaq qarşıdan gələn oyunçuya dəyə bilərdi ki, dəydi də. Boşa çıxmış zərbə endirən ayağı Slavik harada gizlədə bilərdi ki? Bu, Slavikin rəqibin qarşısını ala bilməyib ona zərbə vurub yıxmaq anlamına gəlməyib, rast gələn bir oyun epizodudur ki, belə epizodlara nəinki penal verilmir, heç meydanın başqa yerində cərimə zərbəsi də verilmir. Sadəcə diqqətlə baxmaq yetərlidir.
İkinci epizodda isə rəqib özünü bilərəkdən yıxır ki, buna da penalti yox, simulyativ hərəkət kimi özünü yıxan futbolçuya sarı vərəqə verilməlidir. Epizoda diqqətlə baxdıqda Skarlatakenin ayaqlarının rəqibin ayaqlarına sərt toxunuşu yoxdur. Bunun penalti ola biləcəyini düşünən Skarla, hətta ehtiyatla ayağını geri də çəkir.
Hər iki epizoda diqqətlə baxdıqda bunun mənz belə olduğu anlaşılır ki, belə obyektiv qiymətlər isə bizdə yox Avropa futbolunda verilir. Bizim isə hakimlər buna görə Avropa matçlarına təyin olunmur!
8 thoughts on “PFL-dən əlüstü hazırlıq”
Comments are closed.
Heç bir söz tapa bilmirəm .Sadəcə ölkə prezdenti bu biabrçılqlardan xəbər tutmalıdır .
Doğru analizdir. Futbol başbilənlərimiz hələ də dərk etmirlər ki, belə oyun idarəçiliyi ilə hakimciyəzlərimiz Avropada oyun idarə edə bilməzlər. Nəticə göz qabağındadır desəm yanılmaram. Xeyli müddətdir ki, FİFA peferilərimiz Avropada heç bir oyun idarə etmədən(yoldaşlıq görüşləri nəzərə alınmır) qocalırlar. Artıq T.Bəhrəmov, E.Əzimzadə, R.Rəhimov kimi referilərimiz keçmişdə qaldı. Müstəqillik dövründəki FİFA referilərimizsə başda Xaqani Məmmədov, Tahir Süleymanov və qovulan digər hakimlərin adları müxtəlif çirkli işlərdə hallanıb. İndi də gənc hakimləri çirkaba bulaşdırmaqla onların da Avropaya yolunu birdəfəlik bağlayırlar.
Möhtəşəm birinci yarı izlədik, bu isə o qədər də aqressiv olmayan yüksək hərəkətlilik hesabına komanda oyununun nəticəsi oldu. İkinci hissədə bütün bizə qarşı məqsədyönlü qeyri-obyektivliklərlə yanaşı komanda oyununun itirilməsi, orta və ön xətlərdən geri çəkilmə oyunun cərimə meydançamıza keçməsinə gətirdi ki, bundan sonra hakimə qalırdı əlverişli məqamlardan seçib bir cüt penalti fitləsin…insafən, yaxşı qurtardıq, bir gün qabaqkı kimi bir cüt, bir tək də ola bilərdi…
*****
Bir cütü vermək üçün dəridən, qabıqdan çıxan hakimin əslində, üçüncü penaltini də vermək üçün o biri iki absurd “qərar”ı kimi bəhanəsi əslində əlinə düşdü. Bunun üçün azı bir-iki “epizod” da oldu. Fəqət, alçağın da bir “cəsarət” limiti olur! Ona verilən limit heç-heçəni nizamlamaq idi. Üçüncünü o vaxt verərdi ki, “Xəzər Lənkəran” üçüncü qolunu vursun. Bunu ya saymayacaqdı, ya da rəqibə daha bir penalti “qazandıracaqdı”. Bax, bunların xisləti elə bu cürdür.
Muəllim!-Dunən “Baki”-“Xəzər Lənkəran” oynu bitəndan ta indiyə kimi özumçun bu oynu analiz edirəm.Əslində muəyyən fikirlərə gəlmişəm.Fikirlərimi tam bitərəf olaraq demək istəyirəm.
Zənnimcə bu oyun heç-heçə bitməli idi.Bu oyunda qələbə bəlkədə “Baki”-ya heçnə vermirdi.Lakin “XL” kamandasina onun azarkeşlərini sevindirmək və kubok oyun öncəsi əlavə motivasiya baximindan vacib görsənirdi.Butun bunlara baxmayaraq tam aydin olur ki ,bu oyun yuzə-yuz “Topaz”a qoyulub.”Baki” klubu asanliqla oynu əlinə alib və istənilən nəticənin formalaşmasini duşunduyu halda,meydanda “XL”-dan gözləmədiyi oynu gördu.Və anladi ki,bu oyunu heç-heçəyə daşimaq indi nə onlarin, nədə “Baki” kamandasinin oyunçularinin əlində deyil.Yalniz hakimlərlə danişmaq qalirdi ki …bunuda etdilər.
Fasilədə hakimlərə yuxaridan tapşiriği İ,Əliyev çatdirilmali idi və bunuda “qeyri-peşəkarliqla” hakimlərin otağina girməklə etdi.Nəticədə Huseyn bəy Cəbrayiloğlunun “kamerasinin obyektivinə duşdu”.
Niyə bu oyun heç-heçə bitməliymiş?
Məsələ ondadir ki, heç kim “XL”-nin qələbəsinə inanmirdi.”Topaz”-həvəskarlari “Baki”nin qələbəsinə inanirdilar.Bu oynun heç-heçə bitmə şansida real görunmurdu.Belədə bir nəticəyə varmaq olur.Bu oynun belə hesabla bitməsi “Topaz”in istəyinə hesablanmişdi.Heç kim ağlina gətirməsin ki ,bu rəhbərlik “Atletiko Madrid” kamandasinin oynuna təsir etmək gucundədirlər.Bilirsiniz, onda İspaniyada nələr baş verə bilər.
Sponsoru qumarxana olan ,Premyer liqanın baş qubarbazın müavini ( yəqin ki gözəl məhd oldu) Xəqani Məmmədovun dedikləri onun necə “bilici” olduğu göstərir/
Salam,Doktor.Sizin bu penaltilər haqdakı izahatınız təqdirə layiqdir.Bu tamami ilə düzgün bir analizdir. Bütün bunları görəndə adam futboldan irgənir.Mən 1ci penaltini heçcürə qəbul esə bilmirəm.Mən yenə əvvəl söylədiyim fikrimdə qalıram ki,azərkeşlərdən ibarəthansısa bir qurum təşkil olunsun.Ümumiyətlə komandamıza aid olan hər hansı mübahisəli məsələlərə azərkeşlər adından müdaxilə etməyə imkanları olsun.Mənim zənnimcə bu haqda düşünməyə dəyər.
*****
Salam, Rakif bəy! Biz bu formada hələ ki, komandamıza bacardığımız köməyi göstərməyə çalışırıq. Gələcəkdə daha da təşkilatlanmağın hər hansı formasını zaman göstərər. Təşəkkür edirəm!
Rakif beyin fikrine serikem.Ictimai qaydada tesir etmek olar.Teskilati isi kimse boynuna gotursun biz de destek verek.Heyasizin qarsisina sivil qaydada cixaq.Muellim bizim qapimiza o qeder penal veribler qapicimizin reaksiyasini hami bilir.
*****
Rakif bəyin təklifi çox geniş müzakirə olunmalıdır.
SALAM REHMAN VERLISE MENDE BAXDIM GORURSEN TUTEKBASI NECE BALA TUTEKCALANLARI MUDAFIYE EDIR APARICI RAFIKOGLU YALTAG T….DIR MEN ONUN FUTBOL OYUNLARININDA NECE BAKI K LUBLARINA ACIG AZERKESLIK ETDIYININ SAHIDIYEM GORDUNMU KEKILDEYE KEKILDEYE DANISAN MIRCAVADOV DA HEGIGETI DEMEDI BUNLARIN HEYATDA HER SEYI OLA BILER HER CUR SIFET BUNLARDA OLA BILER BIR SIFETDEN BASGA KISI UCUN EN ALI OLAN GRURLU KISI SIFETI HEGIGETIN UZUNE BAXA BILEN SIFET BUNLARDA YOXDUR , CUNKI BUYRUG GULLARIDILAR KURSULERINI ITIRMEKDEN GORXAN TV…LARDIRLAR
FUTBOLA SERH VERENLER
C….LASIB GEDIRSIZ
HEGIGETE KOR BAXIB
YALANLARI DEYIRSIZ
GABAGCADAN BIRLESIB
BOHTANARA KECDINIZ
VERILEN PENALLARA
HAGG DONU GEYDIRDINIZ
KEKILDEYEN AGAMIZ
DEMEDI HEGIGETI
UZUMUZE DURARAG
ALDATDI BU MILLETI
YOX HEGIGET EDALET
FUTBOLUMUZ SAXTADI
AFFA PFL NE VARSA
RUSVETLE BIR TAXTDADI
HAGGI DUZU DEMEYE
DILINIZ HEC YATMAYIR
HEGIGETI ACMAGA
KISILIYIZ CATMAYIR