Gözəllik çirkaba alışa bilməz, çirkab yaxın gəlsə, bulaşa bilməz!

Cənub mirvarisi “Xəzər Lənkəran”,
Nə gözəl bir yerdə etmisən məkan!
Lənkəran, Xəzərin yaxasından çiçək təki asılan bir mirvari, hər daşı canlı tarix, bir divarı, min bir tarixdən bəhs edən bir sənət incisi, qoynunda əzəmətli yadigarlara böyük sədaqətlə qucaq açmaqla, az qala yaşı qədər sirlər gizlədən qosqoca bir şəhərdir. “Xəzər Lənkəran” komandası ilə ölkə futboluna bəzək verən bir şəhər,  qürur yerimiz! Gözəlliyinə sığal çəkən cənubda yaşayan insanlar zəhmətkeş əllərilə indi onu dünyanın ən ğözəl şəhərlərindən birinə çevirib. Gözəlliyi gözlə görünsə də heç vaxt sözə gəlməz, bu gözəllik qarşısında söz deməyə dil aciz qalar, heyrətdən yalniz susar, saf urəklərdə həzin bir nəğməyə dönər. Hansı yandan ötsən, hansi tərəfdən baxsan, xəzərin nəğməsini eşidərsən…
İndi şəhərimiz gündən-günə dəyişən, yeniləşən, böyüyən, abadlaşan bir şəhərə dönub. Geniş və yaraşıqlı küçələrlə, abad yollarla, yamyaşıl meydanlarla, əsrarəngiz park və xiyabanlarla, bağlarla hər keçən gundə birazda böyuyur. Bir vaxtlar xarici ölkələrdə görüb heyrətləndiyimiz futbol məşqçilərini, futbolçularını indi şəhərimizdə görmək adi hala dönub. Əlbəttə bu qürurvericidir.
.“Xəzər Lənkəran”ın oyun günlərində gündüzləri bir aləmə dönər ki, bu şəhərin, sanki cənnəti xatırladar. Bu “cənnət”in cazibəsindən heç vaxt qopmaq olmaz. Gecələri isə bir başqa möcüzədir. Göyün ulduzlu bir parçasına çevrilir bu şəhər. Qızıl-qızıl düymələrə dönüb gecənin yaxasından asılan “Xəzər Lənkəran”ın “Fırtınalar Meydanı”nın sayrışan işıqları qaranlığın bağrını yarır, zülmətə qənim kəsilir, göydəki ulduzlarla bəhsə girir. Göy üzü də heyran olur yerdəki bu gözəlliyə, qibtə edir biz azarkeşlər kimi “Xəzər Lənkəran”ın işıqlı gecəsinin təntənəsinə. Hər yandan “Xəzər Lənkəran” himni, azarkeşlərin nəğməsi eşidilir bu şəhərdə. Biz azarkeşlərin sevincindən xumarlanır. Elə bil ala gözlü Xəzərimiz də. Bu bənzərsiz mənzərə Lənkəranın “Xəzər Lənkəran” gecəsinin musiqisini danışar hər kəsə…
Lakin bu nəğməni hakimlər komitəsi eşitməz. Ona görə eşitməz ki, qulaqları kar, gözləri də kor olar bu nəğmələrə.
Səhərisi, park və xiyabanlarda insanlar yalniz futboldan danışar. Hər yerdə eyni söhbət, hər yerdə “XƏZƏR LƏNKƏRAN”!  Gecələr insanların əl-ayağını küçələrdən yığa bilsə də, gündüzlər yenə eyni mənzərə ilə üz-üzə qalarsan. Azarkeşlərimizin futbol söhbətlərindən heç doyulmaz ki!…
Lənkəranın gözəlliyinə elə hər gün yeni çalarlar əlavə olunar: Bunu hamı görər və etiraf edər. Neynəmək olar ki, bunu indi “Xəzər Lənkəran” komandamızın çıxış etdiyi premyer liqa üçün demək olmur. Çünki bu quruculuq, sürətli yeniləşmə, hərtərəfli inkişaf gözlərimizin önündə futbolda baş vermir.Axi niyə?. Komandamızı yenidən yüksəkliklərdə görmək istəyir qədir bilən insanlarımız. Amma buna hakimlərin qərəzli mövqeləri imkan vermir. Bir vaxtlar Lənkəranın əzəmətli “Xəzər Lənkəran”ı indi əvvəlki əzəmətini heç cür bərpa edə bilmir. Addımbaşı hakim qərəzçiliyinin qurbanı olur, bəzi oyunçularımız haqsiz qırmızı vərəqə ilə “mükafatlandırılır”.  Hakimlərin qeyri-peşəkarlığı da baş alıb gedir. Lakin azarkeş səbr edir , hər keçən günə üzülür və sabaha inamla baxir. Ölkənin diqqət mərkəzində olan “Xəzər Lənkəran” indi sındırılmaqla çətin günlərini yaşayır.
Sonda sözümü futbolumuzun başbilənlərinə çatdırmaq istəyirəm. Daha bəsdir! Əsəblərimizlə oynadınız. Daha bəsdir ki, “Xəzər Lənkəran” komandasına haqsızlıq etdinniz! Daha bəsdir, bu iyrənclik, bu birtərəflik! Bəsdir! Bəsdir! Bəsdir!!!
Əgər futbolumuzun inkişafını istəyirsinizsə, imkan verin, qoy güclu qalib gəlsin. Vəssalam!
Müəllif: Zəfər Lerikli

8 thoughts on “Gözəllik çirkaba alışa bilməz, çirkab yaxın gəlsə, bulaşa bilməz!”

  1. Axsaminiz xeyir.Hormetli Zefer bey bu yazinizda Lenkerani cox gozel terennum etmisiniz,Beli Lenkeranin tebiyyeti cox gozeldir,Insanlari ondanda gozel,[yollari ile razilasmiram],Lenkeran olke futboluna gozellik getirdi,Efsuslar olsun ki,bunu varlanmaga cevirenlerde alaq otu kimi peyda oldular,Allah insana meneviyat verib ve onun qidasini,Futbolumuzun basinda oturanlardan coxu bu idman novune qarin qidasi kimi baxirlar,Fikir verin AFFA,PFL, HK,komisarlar, AFFA numayendelerinde ne qeder futbol mutexessisi var?,’Xezer’-i ona gore istemirler ki,rusvet ala bilmirler.Bizde hakimlik pese sayilir amma,xaricde hobbi.Ona gore de hakimlere kim ne isteyir emir verir. Emir yerine yetirilmese o hakim oyun ala bilmeyecek.Zefer bey eseblesmek yazirsiniz yadinizdadirsa stadionlarda ‘istefa’ suari qadagan olunmusdu,sizde deyirsiz bizi eseblesdirmeyin. Sabah IK-qerar cixaracaq ki, stadionlarda eseblesmek qadagandir ,cerimeside cox boyuk.Qabil beyden xahis edirem oz fikirlerini yazsin.

    • Salam Mubariz bəy!.Duzu sizin fikrinizi oxuyanda uzumu xoş bir təbbəssum burudu.Vallah nə desəniz bu İK-sindən gözləmək olar.Ustəlik səhiyyə nazirliyidə stadionlarin qarşisinda belə bir yazida qoyulmaği gözlənilir.” Əsəbləşmək sizin sağlamliğiniz uçun zərərlidir”.Belə getsə əsəbləşmək uçundə İK-sindən icazə almaliyiq.Xoş fikirlərinizlə yaziya şərh vediyinizə görə təşəkkur edirəm, Mubariz bəy!

  2. Salam.Men Selimin cixisina axira qeder qulaq asa bilmedim.Ey onun terefdarlari. Sexsiyyeti olmayan, sozun duzene deye bilmeyenden yaxsi mytexessis ola bilermi? Onun qeyreti catmadi xeqaninin uzene yalanci oldugun desin.Rusvetxorun merdliyi olmaz.
    *****
    Mən ümumiyyətlə bu verilişə baxa bilməmişəm deyə, bir söz deyə bilmirəm.

  3. Salam Mirhafiz müəllim! Zəfər qardaşımız Lənkərani gözəl tərənnüm edib. Lənkəran və onun insanları haqqında nə qədər yazılsa belə yenə azlıq təşkil edər. Zəfər qardaşımız da bir cənublu kimi üzərinə düşəni edib.Keçmişdə Lənkəran Talış xanlığının mərkəzi olduğu kimi, elə indi də Cənub regionunun baş şəhəridir və burda futbola maraq ölkənin digər bölgələrindən və paytaxtdan fərqlidir. Bu fərq yalnız cənublulara məxsusdur hansı ki, futbolla nəfəs alırlar. Bir Allah, birdə məni tanıyanlar bilir,elə bir gün yoxdur ki, biz futboldan danışmayaq.Futbolla bağlı insanlarda belə bir kütləvi xüsusiyyət bizdən başqa digər bölgələrin insanlarında ola bilməz. Bir misalla fikrimi yekunlaşdırım. “Xəzər Lənkəran” yenidən qayıdışından sonra ölkə futbolunun reytinqi qalxıb, çempionata maraq artıb,(baxmayaraq ki, bu inkişafı istəməyənlər istəyənlərdən çoxdur) ildən-ilə klublar heyətlərinə səviyyəli məşqçi və legioner futbolçular dəvət edir. Bu saydiqlarımın da ilkinə həmişə “Xəzər Lənkəran” imza atıb. Bunu hamı dərk edir ki, günü bu gün komandamız çempionatdan imtina edərsə ölkə futbolunda heç bir maraq qalmayacaq.
    *****
    Salam, Qabil bəy! Dediklərinizlə razıyam. Amma bir məsələni qeyd etməliyəm ki, son vaxtlar deyəsən bu ab-hava öləziyib. Bəzən fanklubları, onların saytlarını komanda üçün bir iş görməməkdə qınayanlar deyəsən bir şərh belə yazmaqda əziyyət çəkirlər. Son penalti hadisələrinə bildirdiyimiz münasibət, etdiyimiz obyektiv analiz və onun “Bosman.az”, bir də “12cioyuncu.info” saytlarındakı nümayişinə, birində 8, birində də ondan bir dənə əskik, yəni 7 şərh gəlməsi bizi çox məyus etdi. Əslində komandasını sevən azarkeşlərin buna saysız hesabsız şərhləri olmalıydı. Biz daha nə etməliyik ki? Belə münasibətdən sonra HK-nin sədri Xaqani Məmmədovun televiziyadakı sərsəmləmələrinə də münasibət bildirmək fikrindən vaz keçdik. Bir tərəfdə komandaya qarşı haqsızlıq və digər tərəfdə də, “komanda mənim həyatım, canımdır” deyən çox insanların susqunluğu. Bizi nədəsə ittiham edənlər, görəsən bu susqunluqlarından utandımı?

    • Muəllim!-Bilirsiniz nəyə çox təssuflənirəm?.Azarkeşin məqaləsinə qisqancliq hissini hiss eləməmək mumkun deyil.Elə gərək həmişə problemlərimizi başqasi desin!?-Başqasi deyəndə nə dəyişir ki..Azarkeş kim hami fikrini məqalə halinda sayta göndərərsə və bunun məsuliyyətini öz uzərinə göturərsə -onda hansi sayt rəhbəri bu cani və qani bizlərdən olan azarkeşə şərait yaratmaz!?.Bəlkə belə hallar olub, bilmirəm.Amma mənə olan təzyiqləri 12cioyunçuda hiss edirəm.Onu bildirmək istəyirəm ki ,ey oxucu!
      Haqqi deyən dil susmaz.Haqqi deyən dil susarsa , mutləqdir ki, yenisi dilə gəlsin.Onuda bizi gözu göturməyənlər bilsin ki ,Susmuş bildikləri dil gunun birində gözləmədiyi bir anda yenə dinəcək.Ya bu futbol duzələcək yada heç olmayacaq.

  4. Salam, MÜƏLLİM! MÜBARİZ qardaşımı salamlayıram. Mənim fikrimi onsuzda mən deməmişdən qabaq bilirsən ki, mən nə deyəcəyəm. Ölkə futbol təsərrüfatında hansı olayların planlaşdırılıb dövriyyəyə buraxılmasını özün çox yaxşı bilirsən. Hələ 15-il bundan əvvəl ölkə çempionatının birinci dəstəsində futbolçu kimi çıxış etdiyin dövürlərdən bunların əksəriyyətini tanıyırsan.Vəzifələri dəyişsə də xüsusiyyətləri və xasiyyətləri dəyişməz qalıb.Doğru deyirsən ki, idarəçilər futbola qazanc mənbəyi kimi baxir. Bunların nə vaxt futbola marağı pula olan hərisliklərini üstələyərsə onda futbolumuzda əsl inkişafı görə bilərik.

  5. Hörmətli DOKTOR! Şərhinizlə hesablaşmaya bilmərəm. Həqiqətən də komandamızın düşdüyü vəziyyətə təsir edə bilən yazıları gündəmdə saxlamaqdan ötrü maraqlı fikirlərli,təklifləri şərh vasitəsiylə bildirmək əvəzinə, çoxları susmağa üstünlük verir. Komandamız haqlı olduğu halda kimlərsə TV-verilişlərinə çıxıb haqqsızı müdafiə edirsə və biz bu haqqsızlığa adicə şərh yazmaqla etiraz belə etmiriksə,susuruqsa deməli, onların dəyirmanına su tökürük. Onlarla razılaşırıq çünki, susmaq razılıq əlaməti sayılır,məncə.
    *****
    Qabil bəy, Həzrət Əli Əleyhissəlam, deyib ki, “Haqsızlığı görüb dinməmək, zülmün yanında olmaqla bir tutular”.

  6. Salam Zefer gardas Butun bu yazdiglarivi tutekbasi kimiler derk elemez, Onlar ne bilirler cennet nedir bu yazdiglarivi bu cennetin icinde yeni dogma diyarimizda yasayanlar biler . Onlar ne ganirlar vetene millete komandaya garsi sevgi nedir .Onlari ancag vezive ve pul dusundurur Duz de yazirsan ki onlarin gozleri kor ve gulaglari kardir Zefer gardas butun bu yazdigin ustun terefler ALLAH terefinden bize verilib ve ALLAHDAN basga hec kim onu bizlerden ala bilmez ,Amma menfi cehetleri ise bize tutekbasi kimiler bexs edir Butun bu teziglere hacansa son goyular Men bu torpagin ogluyam ve talishlarla fexr edirem BIZIM CENUB BOLGESI hemise merdliyi ile duzluyu ile secilerek Hezi kimi Mubariz gehremanlar yetisdirib , BU milletim her cur terife layigdir ,ALLAHUTALAH ebes yere bu memleketin en gozel gusesini ve gozel torpagini bize bexs etmeyib ;MENSIMOV 20 millyon dollara oz halal pulundan bu millete stadion tikib. BUDUR milletine garsi sevgi budur esl xeyriyecilik isi buda ki bizim bolgede ola bilir, TUTEKBASI kimiler ancag kursulerinden yapisarag kreslso garisig ele bil o dunyaya kocecekler ,ZEFER gardas senin yazdiglariva serik olarag bu milletin her cur terife layig bir millet oldugunu men derk edirem ve senin yazdiglarivi esas tutarag milletimi bu cur terile algisladim ,Amma cox gisa bir vaxt oldugyna gore bilmirem yazsi alinar ya yox . REY BILDIRMEY XAIS EDIREM
    CENUBLU DIYARININ
    MERKEZIDIR LENKARAN
    BURDA TALIS MILLETI
    GEDIMDEN SALIB MEKAN
    UCA TALIS DAGLARI
    BIR TEREFI DENIZDIR
    TORPAGIN HER GARISI
    BU MILLETE EZIZDIR
    VARDIR COXLU SERVETI
    YASIL CAYLI TARLASII
    PORTAXALI LIMONU
    EL TIKISLI XALCASI
    GEHREMAN YETISDIRIB
    CENUBLULAR OZUNDE
    HEZILER MUBARIZLER
    NUMUNEDIR BU GUNDE
    BABEKIMIN YURDUDUR
    BIZDEKI BEZ GALASI
    GEHRAMAN MILLETIMIN
    TARIXDE VAR SEDASI
    ZEHMET SEVENDIR XALGI
    YALAN HEC VAXT DANISMAZ
    HEGIGETI YALANA
    SATANLARLA BARISMAZ
    IDMANI SEVEN XALGDIR
    BIZIM CENUB MILLETI
    GULESCI CEBRAYILDA
    VARDIR KISI GEYRETI
    GECE GUNDUZ YAZARAM
    MILLETIN EMELINDEN
    CUNKI DUZGUN YOLDADIR
    TALISLAR TEMELINDEN
    HAKIMDIRLER NEFSINE
    GALIB OLUB TAMAHA
    DINDE IBADETIYLE
    SECDE EDER ALLAHA
    COX XEYIRXAH ISLERIN
    SAHIBIDIR MUBARIZ
    BIR XEYIRXAH EMELDEN
    YARANDI XEZERIMIZ
    COX AZERKES ORDUSU
    VAR GOZEL MEYDANCASI
    REGIBI OYNATMAGA
    VARIDIR KAMANDASI
    GOZEL GELEBELERLE
    ALEME SES SALMISIG
    GOZLERI GOTURMEYIR
    UC KUBOKU ALMISIG
    AFFA PFL BIRLESIB
    YAGDIRIR GRADLARI
    ONLARAI DESTEKLEYIR
    ROVNEGIN GULDURLARI
    TUTEKBASI ADINI
    SAXTA YOLLA ALMISAN
    AFTAVA DASIMAGLA
    VEZIFEDE GALMISAN
    BUTUN BU HAGSIZLIGA
    XEZERIMIZ DOZECEK
    FINALDA SON SOZUNU
    SIZE HOKMEN DEYECEK

Comments are closed.