"Neftçi" və "Xəzər Lənkəran" Naxçıvana azarkeş aparmayacaq

Məlum olduğu kimi, nəhayət, Superkubok oyununun tarixi və məkanı dəqiqləşdi. Futbolsevərlər uzun müddətdən sonra bu oyuna məhz Naxçıvanda tamaşa edəcəklər. Təbii, oyunun blokada şəraitində olan bir bölgədə keçirilməsi heç də pis ideya deyil.Amma bu məsələdə təşkilatçılıqla bağlı bir neçə suala cavab tapmaq lazımdı. Bu üzdən dünən hər iki klubun rəsmiləri ilə əlaqə saxlayıb həm təşkilatçılıq haqda fikirlərini, həm də görüşün Naxçıvanda keçirilməsinə münasibət öyrəndik.
Gündüz Abbaszadə, “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri: “Bizim üçün fərqi yoxdu. Naxçıvan da Azərbaycanımızın bir parçasırı, qədim şəhəridi. Əksinə, belə daha yaxşıdı. Naxçıvanlı azarkeşlərin futbol bayramı olacaq. Ümid edirik ki, oyun azarkeşlərin ürəyincə olacaq və Superkubok adına layiq küçiriləcək. Naxçıvanlılar da sözün yaxşı mənasında bu bayramdan paylarını götürəcək. Təşkilatçılığa gəlincə, ora təyyarə ilə getməyi planlaşdırırıq. Yəqin ki, oyundan bir gün əvvəl gedəcəyik. Qarşılaşmadan dərhal sonra da geri qayıtmağı planlaşdırırıq. Böyük ehtimalla, özümüzlə azarkeş aparmayacağıq. Naxçıvanda kifayət qədər azarkeş olacaq. Bilirik ki, orda “Neftçi”nin çoxsaylı tərəfdarları var. Həmin ərəfədə həm “Neftçi”nin, həm “Xəzər Lənkəran”ın, həm PFL-in, həm də mətbuat nümayəndələrinin ora gedəcəyini nəzərə alsaq və Naxçıvana təyyarə bileti almaqda problemin olacağını düşünsək, azarkeşləri aparmaqda çətinlik yarana bilər. Kimsə ğz hesabına gedəcəksə, bunun kluba aidiyyatı yoxdu. Biz klub olaraq heç bir azarkeş aparmayacağıq. Amma bilirik ki, orda dəstəksiz qalmayacağıq.”
Tuyqun Nadirov, “Xəzər Lənkəran”ın vitse-prezidenti: “Bizim üçün Superkubokun harda keçirilməsinin önəmi yoxdu. Naxçıvan da Azərbaycanın bir hissəsidi. “Xəzər Lənkəran”ı Naxçıvanda da sevən yetərincə adamlar, azarkeşlərimiz var. Təbii, nə azarkeş baxımından, nə də başqa məsələlərdə “Neftçi”dən geri qalacağıq. Nə oyunun tarixi, nə də keçirildiyi məkan bizə problem yaradır. Əsas odu ki, komandamız rəqibə qarşı gözəl oyun nümayiş etdirsin və qələbə qazansın. Təşkilatçılıqla bağlı planlarımız? Çox güman, komanda oktyabrın 19-da “Simurq”la qarşılaşandan sonra Zaqataladan birbaşa ora uçacaq. Oyundan sonra da birbaşa Lənkərana qayıdacağıq. Özümüzlə azarkeş aparmaq? Məgər Naxçıvan xarici ölkədi? Hansı azarkeş istəsə, ya maşınla İrandan keçməklə, ya da təyyarə ilə gəlib dəstəyini verə bilər. Bu sarıdan problem yoxdu. Ümumiyyətlə, “Xəzər Lənkəran”ın harasa azarkeş aparmağa ehtiyacı yoxdu. Çünki dünyanın hər yerində azarkeşlərimiz var.”
Səbuhi Nərimanoğlu
“Futbol+” qəzeti      10 oktyabr 2013
Fotoşəkli hazırladı “Bosman.az”

4 thoughts on “"Neftçi" və "Xəzər Lənkəran" Naxçıvana azarkeş aparmayacaq”

  1. Axşamınız xeyir Doktor! Superkubok oyununda qələbəni təmin etmək üçün komandamıza əlavə stimul kimi mütləq “Simurq” üzərində qələbə gərəkdir. Bu qələbə komandamıza əlavə güc verər.
    *****
    Tam razıyam.

  2. Sonuncu “Xəzər Lənkəran”-“Neftçi” oyunundan öncə də neftçili yaraşıqlı Tahir Süleymanov mətbuata açıqlamasında demişdi ki, Lənkərandaki oyuna azarkeş aparmayacaqlar. Sonrası hamıya məlumdur. Lənkərana gətirmədiyi azarkeşlərə görə hələ də beş azarkeşimiz cəza çəkir. Allah bilir Superkubok oyunu üçün “Neftçi”lər daha hansı planlar cızır.

  3. Salam!Men cox vaxt muşahideci movqeyinde dayaniram ve azarkeşlerin şerhlerini analiz ediir,ozum ucun bir neticeye gelirem.Sebr doqrudan gozel insani keyfiyyetdir.Cox azarkeşde bunu gormurem.Sayt rehberi hansi movqe tutursa,butun azarkeşlerin fikri 180 derece deyişir.Eslinde bele olmamali,hami oz fikrini serbest ve axira qeder subuta yetirmelidir.Xezer Lenkeranin son oyunlarinda gosterdiyi ezmkarliqi coxu gormur,ele bil ki,her oyunda qelebe bunlari qane edir.Lakin bu bele deyil.Kamanda vuruşur,doyuşur ve hec-hece edirse,yene qinaq obyektine cevrilir.Duşunurem ki,helede bezi azarkeşler realliqi derk etmirler.Futbolcularimizin daliyca edilen qarqişlari azarkeşimize sigişdirmiram.Onlarinda ailelerin yanina getmeye haqqi ,stirahet huququ var.Yene bezi azarkeçler qargişindan el cekmir.Kamandada oynayan her futbolcu oz qardaşimiz ve balalarimizdir.Bunlarin bele aqresivliyini nece izah edek?.Movzuya gelince demek isteyirem ki,her yer bize Lenkeran kimidir.Xezarin her yerde azarkeşi var.Allah biz talişlari birazda artirsin.AMİN!
    *****
    Gözəl mövqeyə görə alqışa layiqsiz. Xüsusən düşüncə tərzinə yanaşmanızla nümunə göstərmisiniz.

  4. Umbilnise nenenin cavabi: Bala!-PFL deyirler,ne deyirler bilmirem.Onu bilirem ki, oranin boyuyunede agah olub ki,Xezer mukafatcilar sirasina daxil olar.Eger bunu o hiss edibse,qalani hiss etmesede olar.

Comments are closed.