"Xəzər Lənkəran" istirahətə buraxıldı

Oktyabrın 10-da keçirilən və əvəzedici heyətin üzvlərinin də qatıldığı ikitərəfli oyunla doğma şəhərdəki hazırlığını yekunlaşdıran “Xəzər Lənkəran” istirahətə buraxılıb. Komandamız oktyabr ayının 14-də Bakıda toplaşaraq “Simurq”la oyunun hazırlığına start verəcək. Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın X turu çərçivəsində oktyabrın 19-da  “Simurq” klubunun qonağı olacaq.
MƏNBƏ: lankaranfc.com