Nəhəng, ancaq bizdə sürünən Futbol… (I-pərdə)

Onsuz da mövzularımız çox vaxt futbolla, “Xəzər Lənkəran”la əlaqədar olur. Sözü hara fırlatsaq da yenə futbola, yenə “Xəzər Lənkəran”a gəlib çıxır. Lap elə istəsək də istəməsək də… Çünki bu məmləkəti və idmanı sevirik. Gör onda bu məmləkətin, idmanın şahı olan futbolunu necə sevirik. Onda, “Xəzər Lənkəran” bizim üçün nədir? Sualı avtomatik öz cavabını tapmış olur!
Futboldan danışanda istər-istəməz, daha böyük klublar və təmsil etdiyi ölkələrin futbolunu göz önünə gətirməmək mümkün deyil. Futbolun yarandığı İngiltərəni, bu idman növündə rekordlar qıran Braziliyanı, Argentinanı, İlk dünya çempionu Uruqvayı, futbola öz töhfələrini vermiş Meksikanı, Almaniyanı, İtaliyanı, Hollandiyanı, Fransanı, son onillikdə düya və Avropanı fəth edən İspaniyanı xatırlamamaq olmur. İspaniya millisi ard-arda Avropa və dünya çempionluğunu hətta konfederasiyalar kubokunu heç kimə güzəştə getmir. Elə İspan klubları da o cümlədən. Bir az əvvəl təkcə, “Barselona” bir ildə dünyada futbol adına nə varsa, hamısına sahib çıxdı.
İspaniya Çempionu oldu, ölkəsinin Kubokunu qazandı, sonra da ölkə Superkubokunu qazandı. Bu ölkə daxilində maksimum nəticədir. Bununla ölkəsinin əngüclüsü olduğunu isbatlamış oldu.Bundan başqa titul yoxdur ki, onu da qazanaydı. Bu elədi üç titul.
Həmin mövsüm Çempionlar Liqasını qazandı, ardınca Avropa Superkubokunu da qazandı. Bu da Avropa qitəsində məndən başqa hökmran yoxdur!-deməklə, qitənin ən güclüsü oldu. Bu da növbəti iki titul. Qitənin ən güclüsü olmağın ardıyca dünyada özünü sübut etmək lazım idi ki, bu da FİFA dünya klublar kubokunda Braziliyanın “Santos”  klubu üzərində, Messinin 17, 82, Xavinin 24 və Fabreqasın 45 –ci dəqiqələrdə vurduqları qollarla 4:0-lıq parlaq qələbəsini qazandı və “Dünyanın ağası mənəm”-dedi. Oyunun baş hakimi də Xaqani Məmmədovun qulaqlarından uzaq, azərbaycanlı yox, özbəkistanlı Ravşan İrmatov oldu. Bu turnirində də İspanniya təmsilçisi bunu isbatladı və kuboka sahib çıxmaqla dünya birincisi oldu. Bir mövsümdə mümkün altı titulu qazanmış nəhəng!
Hakimlikdən söz düşmüşkən Xaqani Məmmədovdan fərqli olaraq, nəinki onların ölkəsində dünyanın heç bir yerində nəyisə örtbasdır eləmirlər, lap eləsələr də hakimbaşı çıxıb demir ki, top qapıya gedərkən rəqib oyunçu qapıçının görüş sahəsini bağlayıb deyə, bu qol qaydalara ziddir. Belə kütbeyin açıqlamaya cavab olaraq, heç irad tutan olmadı ki, qapı ağzında qarışıqlıq Türk demişkən, karambol anından hər gün qapılara qol vurulur və hesaba alınır. Daha orda kim-kimədir, kim-kimin önünü və ya arxasını kəsib bilinmir. Təki kobudluq, vurub yıxma, əllə oynama kimi xətalar olmasın. Bu nə gerizəkalılıqdır, bu nə dəhşətdir ki, futbol belələrinin əlində qan ağlayır. Gərək Elias topa başla zərbə vuranda dünyanın gərdişi bir neçə anlıq dayanaydı və Elias bütün komanda yoldaşlarına birbəbir söyləyəydi ki, bax mən indi başla qapıya topu göndərəcəyəm. Xahiş edirəm ki, rəqib qapıçının görüş sahəsini heç kim kəsməsin və yalnız bu iclas qurtardıqdan sonra dünya durduğu yerdən ağır-ağır hərəkətə Xaqani Məmmədovun icazəsindən sonra başlayaydı. Bir də bir məsələ var oyunçunun vəzifəsidir ki, meydana çıxıb rəqibə qol vursun. Bunun üçün onun fiziki cəhətdən önünü də kəsə bilər lap elə görüntüsünü də. Bəs necə olur ki, hücumçuya topu mənimsəmək üçün imkan verməyən müdafiəçi, top qapı xəttindən çıxana qədər, bəzən lap 15-20 saniyə onun önünü, kürəyini hücumçuya sökəyərək kəsir. Xaqani Məmmədovun məntiqi ilə onda bu müdafiəçi sürgün edilməlidir.
Cərimə zərbələri! Heç onları demirik… Qapısına cərimə zərbəsi təyin olunan qolkiper, 9 metr 15 santimetr top vurulacaq nöqtədən iki və daha çox futbolçu olmaqla öz komanda yoldaşlarından canlı sədd qurur və bu məsafəni də hakim təyin edir. Bu canlı çəpər (stenka) qapıçının xeyli dərəcədə görüş sahəsini əngəlləyir. Əgər bu qaydalara ziddirsə, bunu hakimin köməyi ilə niyə qururlar? Deməli hakim qapıçının görüş sahəsini əngəlləməklə, dünyanın gözü qarşısında qaydalara zidd tədbir görür və “tüpürüm bu qapıçının görən yerinə”-deyərək fit çalır və zərbəyə işarə verir? Bunun üçün yazılmış FİFA futbol qaydaları boş yerə yazılıb? Ay xaqani Məmmədov! Sənin çürük məntiqinlə onda cərimə zərbələri yerinə yetirilərkən, qapıçının görüş sahəsi əngəllənir deyə, canlı sədd qurulmamalıdır və əgər belə hallardan qapıya top gedərsə, bu qollar qeydə alınmamalıdır?!
Nə isə mövzudan çox uzaqlaşdıq deyəsən. Bu ölkədə futbolun dərdi bir ya ikidir bəyəm? Danışdıqca uzanır.
Daha bundan sonra canlı çəpər (stenka) ləğv edilməlidir. Görünür FİFA prezidenti Jozef Blatter qojalıf ki, belə axmaq, futbola zidd siyasət yeridir. Əşşi, bəyəm ondan qabaqkılar, Joao Avelanj, Stenli Rous və ya da o birilər olsun. Elə hamısı qoja vaxtlarında FİFA prezidentləri olub da… Qoja qartallar ahıl vaxtlarında başlarını itirib gəlib FİFA kimi bir qurumun zirvəsinə qonurlar ki, axırda da belə olur da… Bu zarafat deyil e… İndiyə qədər Jozef Blatter də daxil FİFA-nın cəmi səkkiz prezidenti olub ki, bunların da beşi iş başında dünyasını dəyişib yəni ölüf. Bu da o deməkdir ki, hamısı qoja qartal olanda FİFA nın zirvəsinə qonublar.
Amma Xaqani Məmmədov onlara nisbətən cavandır və dediyi köklü dəyişiklikləri dünya futbolunda edə bilər. İndi bizim vəzifəmiz odur ki, Xaqani bəyi FİFA prezidenti olana qədər dəstəkləyək. Amma buna çox tez nail olmaq lazımdır ki, cənab X. Məmmədovda qojalıf, qoja qartalların gününə düşməsin. Yoxsa, dünya böyük futbol reformalarından məhrum ola bilər.
Bu bizim dünya futbolundakı vəzifəmiz. Öz futbolumuza gəlincə, lap yuxarıda bəhs etdiyimiz İngiltərə, Braziliya, İspaniya futbolundan niyə belə geniş giriş vermişik sualına yazının ikinci hissəsində tanış ola bilərsiniz.  Burda daha maraqlı mövzular olacaq ki, bunu mütləq izləyin!

10 thoughts on “Nəhəng, ancaq bizdə sürünən Futbol… (I-pərdə)”

  1. Salam Müəllim! Bizə təqdim etdiyiniz yazının birinci hissəsi çox maraqlı, faktlar da ki, yerli-yerindədir. Bizim ölkə futboluna aid olan fikirlərə münasibətimsə belədir. Hakimbaşı Xaqaninin “top əli tapdı” və ya “əl topu tapdı,” “qapıçının görmə sahəsini bağlayıb” kimi çürük fikirləridir ki, Azərbaycan futbolunun çürüyünü çıxarıb.
    *****
    Salam, Qabil bəy! Təəssüf ki, belədir.

  2. Muəllim salam!.Bilirəm ki, sizində əhvaliniz “Qəbələ” ilə kubok oynundan sonra heçdə yaxşi deyil.Lakin necə olursada-olsun biz cavab qarşilaşmasini səbrlə gözləyirik.İnşallah kamandamiz mərhələni keçə bilər.
    Son zamanlar informasiya vasitələrində M.Dənizliyə hucumlar artib.M.Dənizlini söyuş söyməkdə və oyunçulari təhqir etməkdə gunahlandirirlar.Nəticəsi kimidə M.Dənizlinin kamandanin sukanini buraxib və getməyini məsləhət bilirlər.
    Digər məlumatlarda isə artiq M.Dənizli qara siyahisinda Vanderson Skarduelli, Zohair Banouahi, Junior Nildo, Nikola Qliqorov, Vyekoslav Tomiç, Alvaro Silva, Deyvid Sakkoni kimi oyunçularinin adi yazildiği bildirilir.Duşunmursunuz ki ,artiq M.Dənizli həqiqəti görməyə başlayib ?
    *****
    Salam, Zəfər bəy! Dəyirman artıq öz işini yekunlaşdırmaq üzrədir!

  3. Hörmətli müəllif Dünya futbolundan nümunələr, statistik məlumatlar və faktlar gətirməklə qələmə aldığı yazıda dünya futbolunun nə qədər gözəl bir idman növü olduğunu bir daha bizlərə xatırlatdı. Yoxsa, tısbağa kimi sürünə-sürünə gedən Ölkə futbolu və Ölkə futbolunda baş verən çoxmərtəbəli eybəcərliklər az qala bizi bu gözəl oyundan iyrəndirəcəkdi.

  4. ZƏFƏR qardaş, Salam! Bir neçə yerdə yazdığınız şərhdən belə qənaətə gəldim ki, komandamız kubokun təkrar görüşündə mütləq “Qəbələ”yə qalib gələcək. Komandamızın finalda oynayacağını o qədər inamlı deyirsiz ki, mən artıq “Xəzər”imizi finalda görürəm. Sizdə olan bu inamı təsdiqləyən məlumatınız varsa, əgər sirr deyilsə xahiş edirəm üstüörtülü də olsa saytda yazıb bildirəsiz. Qabaqcadan təşəkkür edirəm.

  5. Yazının sonunda ehtiyat edilən halın heç vaxt baş verməyəcəyinə əminəm, buna Təbiətin “sürünmək üçün doğulana uçmaq nəsib olmaz” qanunu kimi zəmanət vardır. Buradan gəldiyim nəticə belədir ki, bizim sürünən nə qədər qocalsa belə qartal ola bilməz, qartala tay da həmçinin.
    *****
    Qartala tay da həmçinin,
    Qalsın o tayda, həmçinin?

    • həddindən ziyadə şərəfdir sürünən üçün qartalın gününə düşmək, qojalmış olsa belə, hətta ölmüş olsa belə bu ucalıq və qürur rəmzi olan ornitofauna nümayındəsi…
      *****
      Tərifini və düsturunu doğru çıxarmısınız.

  6. Qabil qardaş salam!-Bunun bir cavabi var. Bu mənim qəlbimdən keçən inamdir.İnam gərək ki, sönməyə.Gediş varsa ,demək yolun sonuna hələ çox var.

  7. Futbol azarkeşliyimdə belə bir cərimə zərbələri görmuşəm ki, hakim cərimə meydançasinda qapiya 6-7 metr məsafədə qayda pozuntusu qeydə alir.Və bu vaxt penalti yox,qapiya sərbəst zərbə təyin edir.Bu vaxt oyunçular qapiçi meydançasina dolur və bəziləridə qapi xəttində dayanir.Yaxud kunc zərbələri zamanida bu kimi hallar baş verir.Görəsən “Xəqani bucaği” bu kimi hallarda pozulmur ki…

  8. Bu dəmdə bizim futbolun unikal sayıla bilən məqamlarından biri yada düşdü, bilmədim gülsəm, yoxsa gülməsəm yaxşıdır. XL-in oyunçusuna XL-də oyunçu olmuşun şillə çəkməsini XL-ə qənim kəsilən hakimin cəzasız saxlamasına münasibat bildirən XL-in ordenli məşqçisi olmuş fikrini təxminən belə ifadə etdi: hakim Ramazan bayramına görə cəza vermək istəmədi.
    *****
    Və elə o zaman növbəti turda komandamızın başına gətirilənlərə “Bosman.at.ua” saytında bu şeirlə cavab verdik.
    *****
    Kaş ki, bayram olaydı,
    Oxuyaydıq, güləydik.
    Bayramın ləzzətini,
    Dərk edəydik, biləydik.
    *****
    Qoydu ki, mərdimazar?
    Canına olsun azar!
    Saldı adi bir günə,
    Bizləri etdi bezar.
    *****
    Bayram özgə bir gündü,
    Adi gündən üstündü.
    Sevin, əylən, lap oyna,
    Keyfin tamdı, bütündü.
    *****
    Bayramda alqışlanır,
    Cəzalar bağışlanır.
    Kimsə cəza verərsə,
    Şeytan təki daşlanır.
    *****
    Sarı almışdı Doman,
    İkinci olar, yaman.
    Fariz qağa qıymadı,
    Onu da etdi əyan.
    *****
    Çünki adi bir gündü,
    Bayram daha üstündü.
    Farizi qınamırıq,
    Qərarında bütündü.
    *****
    Demirik sarı deyil,
    Fariz də etdi meyl.
    Bayram günü olsaydı,
    Deyərdi sarı deyil!
    *****
    Azlıqda qalmaz idik,
    Heç-heçə almaz idik.
    Bayram günü olsaydı,
    Oyun olardı bizlik.
    *****
    Fikirləşib neyləyək,
    Dərdi kimə söyləyək?
    Yalnız bayram günündə,
    Oynat, xahiş eyləyək?
    *****
    http://bosman.at.ua/news/kas_ki_bayram_olaydi/2011-11-25-590

  9. Salam. Kitabla tanışlığa başlamışam. Əlamdar Mahirin yazdıqlarını oxudum. Allah rəhmət etsin hər ikisini atam da 32-ci ildən idi. Atanız haqda maraqlı məlumatlar öyrəndim. “Munacat” o qədər xoş gəldi ki, sanki namazdan sonra bir duadır.
    Bir də o vaxtlar toylarda xanəndələr bir təsnif oxuyurdurlar. “Ana ürəyi” haqda. Həmin sözlər atanıza məxsus imiş. Şeirlərdən bəzi məlumatlar da öyrəndim.
    Çox yaxşı ki, siz kitabı bağışladınız. Böyük savab iş görmüsünüz.
    *****
    Allah, sizin atanıza rəhmət eləsin.

Comments are closed.