Gözlərəm ey Mustafa…

Gözlərəm ey Mustafa, dersən, cavab oyununu,
Lakin, əmma dördgöz ol, qurd yeməsin qoyununu.
Bu nə qurddur ki, düşüb canımızı aldı tamam,
Bu qədər çirkabları, pak etməyə, yetməz hamam.
 
Sən Denizli, biz dəniz aşiqləri çıxdıq yola,
Qoy dənizdə düz dayansın, bu gəmi, hər nə ola.
Əvvəlində sakit üzdük, gör necə getdik önə…
Yandırarkən bu işıği, heç inanmırdıq sönə…
 
Qalxdı şahə dalğalar, gərçi hücum çəkdi yenə,
Əlhəzər etdik biz onda, agah olsun qoy sənə.
Bax bu hallar ki, bilirdik, yenə təkrar eylədi,
Neylədi özünə yox, sənlə bizə kar eylədi.
 
Sən bunun içində ikən, fürsəti vermə bada,
Heç bi sirr örtülü qalmaz, açılar bu dünyada.
Yıx bu müəmmaları, aşkar qıl əmmaları,
Bəlkə bundan sonra gəldi, bu işin bizə karı
 
Bir savab et bizlərə de, qoy açılsın pünhanım,
Həm də öz nüfuzuni endirmə, sənsən gümanım.
Bizləri dərddən qurtar, et ən böyük savabını,
Həm bizə günəş doğar, həm də qorursan adını.

17 thoughts on “Gözlərəm ey Mustafa…”

  1. Mustafani ele cetine saliblar ki hec bilmir nece etsin kime inansin Axiri bas goturub qacacaq cirkab komandadan..

  2. Deyərəm ey Mustafa!/- Hər an mən sözun duzunu,
    Cəkərəm çox xiffəti, punhan etmərəm sözunu,
    Yaxin gəl söyləginən, gizlini aşkar eylə sən.
    Batib dəryada gəmim, hali-peyşiman olmuşam
    Olmusan sən bixəbər ,mənki xəbərdar olmuşam.
    Deyərəm ya Mustafa! Salam olsun əhli-beytə,
    Edərəm mən duami haqqin sahibi- Kərəmə.
    Bizləri dərddən qurtar ey şəfaətlər təbibi
    Qalmasin qəlbimdə arzu,- yaşila tay olmuşam.
    Olmuşam çun-Xəzərli haqqa sadiq olmişam.

    • Qaranliq gecə kimi – qaranliqlardan keçirik
      Haqqa söykənənləri zulmətdə şeytan bilirik.
      Kubok oynunda məşqçini xain bilirik
      Aldanib demə mənə, indidə alim olmusan!?
      Olmuşam çun-Xəzərli haqqa sadiq olmişam.

  3. Axşamınız xeyirli olsun, DOKTOR! Bildiklərimizi və bilmədiklərimizi bir yerə toplasaq belə nəticəyə gəlmək olar ki, Mustafa bəyin düşdüyü vəziyyət heç də ürəkaçan deyil. Vəziyyət o qədər qəlizdir ki, bəlkə də M.Dənizli məşqçilik karyerasında belə mürəkkəb vəziyyətə düşməyib. Söz yox ki, kubokun təkrar oyunundan sonra bir çox suallara aydınlıq gələcək. Amma məni düşündürən “Xəzər Lənkəran”ın bu mürəkkəb vəziyyətdən hansı formalı itgilərlə çıxmasıdır. M.Dənizlinin istefa verəcəyi və ya qalıb yoluna davam edəcəyi təqdirdə “Xəzər Lənkəran” bundan nə qazanacaq və ya nəyi itirəcək?!.
    *****
    Bax elə sual da budur, Qabil bəy! M.Dənizlinin istefa verəcəyi və ya qalıb yoluna davam edəcəyi təqdirdə “Xəzər Lənkəran” bundan nə qazanacaq və ya nəyi itirəcək?!.

  4. SALAM ZEER GAEDAS YAZ SERLERDEN MENI DE HEVESLENDIR KOMANDA UDUZANDAN SONRA ELIM GELMIR YAZMAGA . MEN ELE BILIRDIM KOMANDAMIZ GALIB GELER VE MBILLA HAGGINDA BIR 10 KUPLET TERIF YAZMAG FIKIRINDE IDIM AMMA NESIB OLMADI INSALLAH TEKRAR OYUNDA GELEBE GAZANARAG BUNU REALLASDIRARAM. YAVAS YAVAS BURA YAZILAR YAZMAGA BASLAYIRAM HELE BURDADA 12 OYUNCUNUN MEGALECILERI YAZYRLAR ,YAVAS YAVAS ORGESIREM

  5. Saytlar yazmışdı ki Musatafa bəy Qəbələyə cəsus göndərib .Bu cəsusun da kimliyini bilirik .Mən məktəb illərində kəşfiyyatla bağlı kitablari çox oxuyurdum ,onların həyatı maraqlı gəlirdi .Bir kitab oxumuşdum Məşşur Zorge haqqında .Bu kəşfiyyat məsələsi məni düşücələrə yaman sürükləyir .Həmin kitabdakı olan məqamarın işartıların hiss edirəm .Orda bilmirdin kim hansı ölkənin agentidi .Amerkan Almaniyanın Rusiya agenti bir də gördün ingilis cəsusu çxdı .İndi deyirəm bəlkə bizim həmin agentimiz də ……………!!? Mirhafiz bəy bilmirəm fikrimi deməyi bacardım ya yox.
    *****
    İfadə etməkdən əlavə çox söz demisiniz.

  6. Dənizlinin sözlərinə inanmaq ,həddən artıq sadəlöhlük olardı .Bəlkə də Xəzər qalib gəldi amma Finala Qəbələ çıxacaq.Bu futbolçuların nəəsə möcüzə edəcəyinə inanmaq … bu boş shbətdir.Mətbuat konfrasında deməyə elə söz tacaq ki …

      • Zəfər bəy .sizin yəqinliklə demyəiniz .Xosrobv və Şirin poemasından ,Xosrov və Fərhadın dialoqu yadıma saldı –
        Xosrov –Arxayın ol bu xəyal xamdır .
        Fərhad –Arxayınlıq bizə haramdır.
        Bilmirəm yeri olsa da olmasa da bu misralar yadıma düşüdü .

  7. Hormetli R.S qardas siz duz deyirsiz inanmaq sadelovlukdur amma,”umud sonda olur’-meselide var.Gelin azarkesleri coxda ruhdan salmayaq.Bizim elimizden geleni komanda namine edek.Belke allah surpirizi bize gosterdi. Komandanin pis gununde de sevgimizi reqiblerimize gosterek.Qoy hemise “Xezer”-e hesed aparsinlar.

  8. Serhimdeki komandamiza olan sevgimizi reqiblere gostrek oxnmalidir. Sehve gore uzur isteyirem.

  9. Axşamınız xeyir, Müəllim! Ölkə çempionatının bitməsinə 6-tür qalmış dövriyyəyə buraxılan bu informasiyanı oxuyanda, xəbərin həqiqət və ya dezinformasıya xarakterli olması bir yana, hardan qaynaqlanması əhəmiyyət kəsb edir. Çünki, mühüm kubok oyununun təkrar görüşü ərəfəsində bu informasiya komandanın əleyhinə işləyəcək. Əksər saytlarda yer alan bu informasıyaya görə ölkə çempionatı bitən kimi legionerlərdən V.Skarduelli, Z.Benuahi, J.Nildo, N.Qliqorov, V.Tomiç, A.Silva, D.Sakkoni klubla vidalaşacaq. Bu futbolçular əvvəl-axır komandadan gedəcək. Amma məsələ ondadır ki, göndəriləcəklərini bilə-bilə təkrar kubok oyununda ürəklə oynamayacaqlar. Səbəb də klubdan göndərildiklərinə görə və zədələnməsinlər deyə oynamayacaqlar. Nəzərə alsaq ki, adları hallanan futbolçuların demək olar hamısı əsas heyət oynçusudur. Deməli, klubdaxili məxfi toplantılarda gedən məxfi söhbətlər, hansısa məxfi agent tərəfindən vaxtından əvvəl mətbuata ötürülür. Belə çıxır ki, klub daxilində məxfi “agent” fəaliyyət göstərir.
    *****
    Axşamınız xeyirli olsun, Qabil bəy! Bu agent işindən çox sızdırılmaya oxşayır. Dəyirman öz işini artıq yekunlaşdırır.

  10. Biri duzəlir, bəs o biri…?
    Son zamanlar problemlər burulğaninda çapalayan “Xəzər Lənkəran” klubunun fəaliyyətinə nəsər salanda, adama elə gəlir ki, bu klub nəsə eləmək istəyir və ya hələdə heçnə eləmək fikrində deyil.Əslində bəzi fəaliyyətlər azarkeşləri sevindirməyə bilməz. “Cani çixmiş canli yayim” və ““Qalmışam mat-məətəl….Bu mənəm , ya mən deyiləm?”-kəskin yazilardan sonra klub bu barədə xeyli irəliyə yaxşi mənada addim atmali oldu.”Xəzər Lənkəran”-nin mətbuat katibi H.Cəbrayiloğludan az sonra cavab gəldi: “Azarkeş saytında gedən müzakirələrdə futbolsevərlərin sərt reaksiyasından xəbərim var. Amma bizim də deməyə sözümüz var. Məsələ ondadır ki, “XL” TV-nin yüksək səviyyəli fəaliyyəti üçün bir çox texniki işlərə start verilib. Hazırda “HD” formatında yayımların təşkilinə keçirik, bunun üzərində iş gedir. Xaricdən bahalı kameralar, aparaturalar alınıb, quraşdırılır. Bu arada onu da qeyd edim ki, bəzən azarkeşlər digər klublardan misallar çəkib yayım keyfiyyətini müqayisə edirlər. Buna da aydınlıq gətirmək lazımdır. Belə ki, həmin klublardan fərqli olaraq “XL” TV-nin yayımı bir deyil 4-kameranın çəkilişi ilə qurulur. Bundan əlavə, qış fasiləsində Türkiyədə təlim-məşq toplantısında olarkən “XL” TV komandanın iki yoxlama oyunundan canlı yayım təşkil etmişdi. Antaliyadan canlı yayımı təşkil edə bildiyimiz halda necə olur ki, bu Lənkəranda keyfiyyətli alınmır. Deməli burada internet problemləri də az rol oynamır. “Qəbələ” ilə oyunda da internet şəbəkəsindəki problemlərə görə yayımın tezliklərində məcburi dəyişikliklər edilmişdi. Əslində bu ötürücülüyün yaxşı alınmasına xidmət etməli olsa da nəticədə yayımın keyfiyyətini korlamışdı. Ümumiyyətlə qeyd etmək istərdim ki, görülən işlərin nəticəsi olaraq yaxın zamanlarda çox keyfiyyətli yayımın şahidi olacaqınız, sadəcə bir az səbirli olmaq yetər”.
    Bizdə səbrli olduq və yuksək mənada Huseyn bəyə inandiğimizdan bunun real olacağina əsla şubhə etmədik.Bugunku “Xəzər lənkəran”-“Azal” oynuda youtube.com sayti ilə canli yayimlandi və bu quruculuq işlərinin duzgun yolda olmasinin şahidi olduq.
    Məni birdə narahat edən İnter.az televiziya kamalinda Rufət bəyin son verilişlərin birində canli yayim barəsində tutduğu mövqe idi.Rufət bəy deyirdi ki ,azarkeşlər gərək canli yayim məsələsini qabartmayaydilar.Onsuzda klub internetlə oynu hər vasitə ilə olsada yayimlamağa çalişirdi.Amma Rufət bəyin deyəsən son yayimin bərbad olmasindan yəqin xəbəri olmayib.Nədənsə, mən bu barədə azarkeşlərin əsəbindən yazdiği şərhləri heç təkrarlamaqla luzum bilmədim, əzizimiz Rufət bəy!
    Indi quruculuq işləri gedirsə söz yox ki, gələn canli yayimlarin dahada yuksək səviyyədə təşkil olunmasinda muəyyən işlərin təkmilləşməsi real görunur.Bununla belə klub kamandanin oyunçularinada bir əl gəzdirsəydi, lap yerinə duşərdi.İndi hamimiz bir sual qarşisindayiq; biri duzəlir bəs o biri… Bəli,indi yenə gözləyirik.Gözləyirik ki, klub rəsmilərindən biri indi qabağa çixib bu suala cavab versin.Bəlkə bu dəfə cavab Tuyqun Nadirovdan gələ..İndidə səbrli olmaq uçun sizcə bu cavab gələcəkmi!? Halbuki indiki sualimiz gecikmiş sayila bilər. Dahada gecikməsinə zamani və vaxti tukəndiyi bir zamanda…Onda sadəcə gözləyək.

    • Muəllim salam” -Bu yazimi şərh kimi verməyinizi xahiş edirəm.Bu gunku oyunla bağli saytda yazi getmədiyindən şərhimi “bura” yazdim.Təşəkkur edirəm.kopya: 12cioyunçu.info saytina vermişəm.

Comments are closed.