Mustafa Denizlinin transfer açıqlamalarına münasibət

Son günlərin ən maraqlı mövzüsu “Xəzər Lənkəran” edəcəyi transferlərdir. Komandanın baş məşqçisi transferlər haqqında son məlumatı aşağıdakı açıqlamasında bildirib:
“Hazırda heyətimizə iki futbolçu qatmaq üçün çalışırıq. Bundan əlavə heç kim transfer olunmayacaq. Sercan Yıldırım və İbrahim Toramanın komandaya gəlişi yalan söhbətdir, belə futbolçular bizim transfer siyahımızda yoxdur. Onu da deyim ki, komandaya qoşulacaq futbolçular Türkiyədən deyillər”.
Mənbə: Sportal.az
Bizim dəyərləndirməmiz isə aşağıdakı kimidir:
Türkiyənin ən tanınmış məşqçilərindən biri olan Mustafa Denizli Premyer Liqanın qış fasiləəsinə lap az qalmış komandamıza baş məşqçi gəldi. Getdikcə “sönən” bir komandanı belə ərəfədə qəbul etmək nə qədər çətindirsə, bir o qədər də bu vəziyyətdən start götürüb sonda ilk üçlükdə olmaq haqqında danışmaq bir o qədər də risklidir. Biz bunu özümüzdən demirik. Mustafa bəyin açıqlamaları əsasında söylədiyimiz bu fikirlərə, “ikinci yarımdövrədə tam başqa “Xəzər Lənkəran” görəcəksiz”, iddiaları da xeyli düşündürücü suallar qoyub getdi.
Mustafa bəyin  bu açıqlamalarından sonra, sadə məntiqlə götürsək ölkə mediası da onun komandada çox güclü dəyişikliklər edəcəyini əsas götürərək, bu transer ərəfəsində bir çox futbolçuları, haradansa “Xəzər Lənkəran”a “gətirdilər”. İngiltərə Premyer Liqasından, Türkiyə Superliqasından və  bir çox ölkələrdən daha kimləri, az qala Ueyn Runilərin komandaya artıq Şok! transferlər kimi sırımağa başladılar və bu hələ də davam edir…
Lakin “Xəzər Lənkəran” azarkeşi son illərin təcrübəsinə uyğun olaraq, bütün bunlara inanmır, amma arzularının əsiri olmaqdan da qurtula bilmirlər. Bir gündə neçə yüksək səviyyəli futbolçunun komandaya gəlişini bayram etmək istəyirlər. Belə xəbərlərin də ardı-arası kəsilmək bilmir ki, bilmir. Mustafa bəyin təqdim olunan son açıqlaması isə biz xəyalpərəst azarkeşlər üçün bir qədər “soyuq duş” effekti verdi. Xəyalları, şayiələri bir kənara qoymaq vaxtı gəldi.
Biz xeyli əvvəldən, yəni komandanın son transferlərindən sonra demişdik ki, “Xəzər Lənkəran”a qış fasiləsində daha üç Mbilla Etame səviyyəsində transferlər olunsa, komandanın qarşısına Premyer Liqada çıxa bilən başqa bir komanda ola bilməz. Görünür Mustafa Denizli də belə düşünür. və əgər belə düşünürsə, zənnimizcə haqlı düşünür. Lakin azarkeşlərin rəğbətini qazanmaq istəyirsə, Nildo və qismən Benouahi haqqında düzgün qərar verməlidir. Əgər sehirli çubuğu varsa və bunun vasitəsi ilə adıçəkilən futboçulardan başqa, Tounkara da daxil bir neçə oyunçunu, futbolçu etməlidir. Əgər bunu bacararsa, azarkeşlərin könlünü ala biləcək. Yox əgər onun da sehirli çubuğu kəsərsizdirsə, onda elə bu futbolçular onun “Xəzər Lənkəran”da sonunu yaxınlaşdıracaqlar.
Həqiqətən də adıçəkilən futbolçuları çıxmaqla Etame səviyyəsində daha üç, futbolçu komandaya cəlb olunarsa, bu çox effektiv bir heyət təşkil etmək deməkdir. İndi Mustafa bəyin açıqlamasına inansaq, iki ftbolçu almaqla, heyətin  digər bəzi üzvlərinə futbolu ağılla oynamağı öyrətməlidir. Məsələn Tounkaranın futbola baxışında inqilab etməyə bərabər dəyişikliklər olunmalıdır. Bu halda deyə bilərik ki, qış fasiləsindən sonra tamam “başqa bir “Xəzər Lənkəran” görə biləcəyik”. Hələ ki, gözləyirik…

7 thoughts on “Mustafa Denizlinin transfer açıqlamalarına münasibət”

  1. Mirhafiz müəllim! Komandamızın ikinci dövrədə daha da güclənməsi üçün Siz ən doğru yolu göstərmisiz. İndi növbə M.Dənizlinindir. Bizə isə dediyiniz kimi yalnız gözləmək qalır və közləyirik.

  2. Salam, Mirhafiz müəllim! M.Dənizlinin transfer açıqlamalarında yeni alınacaq qapıçı barəsində heç bir söz deyilmir. Belə çıxır ki, qapıçı transferi olmayacaq və komanda yay transferinə kimi yenə cavan, təcrübəsiz Orxanın ümidinə qalacaq. Düz iki ildir “Xəzər Lənkəran” qapıçı məsələsini birdəfəlik həll edə bilmir. Qapısı etibarlı qorunan komandanin müdafiəsi də etibarlı olur. Mqdafiəçi görəndə ki, qapıçım etibarlıdır, o da sərbəst oz oyununu oynayır. Əks təqdirdə müdafiəçi qapıçısına arxayın olmayanda həmişə qorxaq futbol oynayır, rəqibin hücumu zamanı nə qədər təcrübəli olsada belə özünü itirir və səhvə yol verir. Nahaq yerə demirlər ki, etibarlı qapıçı komandanın yarısıdır.
    *****
    Sizinlə razıyam. Dahi mütəxəssis Aleks Ferqyusson belə bir təcrübədən məharətlə istifadə edirdi. Fikir vermisinizsə, ser Aleks qapıda həmişə yaşlı və təcrübəli qapıçılara yer verirdi. O belə təcrübəli qapıçılara ikinci, yəni meydanda olan məşqçi kimi səlahiyyət verirdi. Çünki qapıçı ən arxada durur və önündə gedən bütün oyunu əlinin içi kimi görür. Belədə kimin yaxşı oynayıb, kiminin də səhvlər buraxdığını görür. Bu zaman meydandakı bütün oyunçulara necə çıxış etməyi başa sala bilir. Hansı mövqeyə çəkilməsini də birbaşa oyundaşlarına başa sala bilir. Məşqçinin kənardan müdaxiləsi yubanma xarakteri daşıdığından, əlbəttə bu operativ üsul çox effektli olur. Fikir vermisinizsə, əvəzetmədən daxil olan oyunçu, meydana daxil olan kimi digər oyunçulara hansı mövqelərə çəkilmək üzrə məşqçinin tapşırıqlarını çatdırır. Amma bu şans oyun ərzində üç dəfə baş verir. Görün qapıçının rolu nə qədər böyükdür. Həm də qapıçı komandada yaşlı biri olanda, eyni zamanda avtoritet olur. Hamı yaşlı və təcrübəli oyundaşının sözünü dərhal qəbul edir. Bu həm də bütün futbolçulara əvvəlcədən məşqçi tərəfindən tapşırılır. Bunu mən özümdən demirəm. Bunu mən Ferqyussonun təcrübəsindən öyrənmişəm.

  3. Belə doğru baxışa nəsə əlavə ola bilməz.Bİzdən ancaq gözləmək qalır .
    Bircə onu deyim ki əgər yaxşı transfer olmazsa yəqin ki siz demiş Dənizli “sehrli çubuğ”una inanır.

  4. Mən sizinlə tamamilə raziyam.Kamandamizda baş verənlər nə qədər bizi ruhlandirmağa səsləyirsə başqa bir hiss isə bizi həvəsdən salir.Yadinizdadirsa Toşak gələndə hami kimi məndə sevinir və böyuk ruh yuksəkliyi ilə kamandamizin daha ağir gunlərinin arxada qalmasina inanmişdim.Cox təssuf ki alinmadi.Ya zəlzələdən yada vəlvələdən.Hər halda onda Nildo və Zohairin gəlməsi vəlvələyə oxşadi və hələdə davam edir.Mustafa Dənizli gəldi,Toşak getdi amma bu transferlərə əl uzadan ***** gedənə oxşamir.Klubda yer alan bu “nadir” insanlar əməlli-başli öz yerlərini etmişlər.İndi Antalyada təlim-məşqdə olan kamandamiza yəqin ki namizədlərini deməyə gedib.Mən artiq səviyyəli transfer ediləcəyinə inanmiram.Qovulan futbolculara verilən pulla elə yenə elə oyuncular alinar.Əgər Mustafa Dənizli öz strategiyasini yeridə bilsə uğur qazanar, yoxsa vay halina MUSTAFA!

  5. Mirhafiz müəllim, ser Aleks Ferqyussonun dahi təcrübəsindən nümunə gətirdiyinizə görə Sizə minnətdaram. Ser Aleks 25-il əvvəl də elə indi də mənim ən çox sevdiyim, xoş niyyətlə qiptə etdiyim baş məşqçidir. Şərhə bildirdiyiniz fikirlər yerli-yerindədir və cavabınız mənə ləzzət elədi.
    *****
    Qabil bəy, həmişə ləzzətli günləriniz olsun.

  6. Mence Xezer-Lenkeranin mesqicisi REDNİK olmalidir. O,qeder futbolu yaxsi bilirki, Mustafa Denizliyede umud etmirem

Comments are closed.