Mirça Rednik "KAA Gent"dən ayrıldı

Belçika mətbuatının yazdöğına görə hələ Mirça Rednik “KAA Gent” klubunun başındadır və buradakı işindən ayrılmayıb. Amma son üç günün məlumatlarını nəzərdən keçirdikdə bunun heç də belə olmadığı anlaşılır və Rednikin Belçika komandasının texniki skamyasında artıq yer almadığı görünür.
Çempionluq uğrunda pley-off mərhələsinin ardınca, avroliqaya vəsiqə verən daha bir pley-off mərhələsinə zəif start verməsi ilə əlaqədar olaraq, “Ostende” və Lyors komandalarına 1-0 məğlubiyyət komandadan ayrılmağa səbəb olub ki, bu da rumıniyalı məşqçinin 52-ci doğum günü ərəfəsində baş verib.
Bununla Mirça Rednik 14 ildə 13-cü komandasını dəyişib ki, bunlar: “Rapid”, TSM “Bakeu”, “Astra”, CFR Cluj”, “Dinamo”-Buxarest, “Plueşti Petrolul”, “Universtatya” Krayova, “Vaslui”, “Əl-Nəsr”, “Alaniya”-Vladiqafqaz, “Xəzər Lənkəran”, “Standard” və “Gent” klublarıdır.
Gent klubunda Mirça Rednikin yerini, Piter Balette tutub ki, onun da köməkçisi Bernd Teys olub. “Gent” klubu bununla əlaqədar 14:30-da mətbuat konfransı keçirəcək. Bu haqda “Sportz” agentliyi məlumat yayıb.
Xatırladaq ki, həftənin üçüncü günü rumıniyalı mütəxəssis 52 yaşını qeyd edib. Belçika klubuna onun gəlişi 1 oktyabr 2013-cü ildə baş tutmuşdu ki, bu postda o, Viktor Fernandesi əvəzləmişdi.
Mənbə: Prosport.ro
Kaa Gent-vikirednic aooo

3 thoughts on “Mirça Rednik "KAA Gent"dən ayrıldı”

  1. Axşamıanız xeyirli olsun, Doktor! Ürəyimə damıb ki, Mirça Rednik yenidən “Xəzər Lənkəran”ın sükanı arxasına keçəcək. Buna öncəgörmə deməzdim, məncə M.Dənizli səhətiylə bağlı Lənkəranda çox qalmaz.
    *****
    Axşamınız xeyirli olsun, Qabil bəy! Sizin və çoxlarının bu arzusu reallaşarsa, öncə onun burada iyrəncliklərlə qarşılaşmaması üçün kimdən qarantiya almalıyıq? Ya da hamımız onun qorunması yolunda sipər olmalıyıq. Bu yalnız başı bəlalar çəkmiş “Xəzər Lənkəran” və camiəmiz naminə olunmalıdır!

  2. Her vaxtiniz xeyirli olsun.
    Men bu gun Rednikin gelmesin istemirem.Iki ildir ki “kimse” Xezer Lenkarandan bash achmir.Duchar oldugu bu ugursuzlugun sirri sanki Bermud Uchbucagina oxsayir.Bir terefde Tufan, diger terefde Sunami, o bir terefde ise Mulayim hava,…Amma bu Mulayim hava Tufanla Sunamiye hech cure uygunlashmir….
    Qoy bu üçbucağın (TilSiM) sirri açılsın.Sora gelsin Rednikimiz.YOxsa yene torba ……
    P.S. H2O hidrogen oksigenden ayrilanda deyesen yaxshi neticelenmir.Ona gore qoy Hidrogeni de qeyd edim.

  3. Bununla da 14 ilə 14 komanda-absolyut göstəriciyə nail olacaq nadir tapıntımız.
    *****
    Siz hardan bilirsiniz ki, Rednik bu il hansısa komanda ilə müqavilə bağlayacaq? Bəlkə o, bir və yaxyd da iki il istirahət edəcək. Bununla da rəqəmlərin proporsiyası nəinki bərabərləşər, hətta bir az da uzaqlaşar.

Comments are closed.