Mbilla Etame və Sadio Tounkara "Xəzər Lənkəran"ın "Top-10"da!

Topaz Premyer Liqasının XXI turu “Xəzər Lənkəran”ın 2 futbolçusu üçün yubiley qolu ilə əlamətdar olub. “Qəbələ” ilə səfər oyununda bərabərlik qolunu vuran Sadio Tounkara ağ-yaşıl formada 10-cu dəfə rəqib qapısına yol tapıb.
Malili futbolçu qollarından 8-ni çempionatda vurub: 2011/12 – 1 qol, 2012/13 – 5 qol, 2013/14 – 2 qol. Yarımmüdafiəçi digər iki qolunu cari mövsüm Azərbaycan kuboku yarışında rəqib qapısından keçirib.
Qəbələdəki matçda komandamızın ikinci qolunu vuran Etame Mbilla da 10-a çatıb. Lakin legionerimiz bununla kifayətlənməyib və qələbə qolu ilə 11-ci dəfə “Xəzər Lənkəran” fanatlarını sevindirib. Bununla da Etame ötən tur 11-ci qolunu vuran Skarlatakeyə çatıb.
Mbilla bütün qollarını cari mövsümdə vurub. Legionerimiz 8 dəfə çempionat, 2 dəfə kubok, 1 dəfə Superkubokda topu qapıdan keçirib.
Mbilla_Tounkara_10
“Xəzər Lənkəran” tarixində 10 və daha çox qol vuranlar:
 

1Zaur Ramazanov44
2Samir Əliyev34
3Rahid Əmirquliyev27
4Mario Souza26
5İvan Tsvetkov24
6-8Vüqar Nadirov18
Rəşad Abdullayev18
Oqtay Dərəlioğlu18
9-10Allan Lalin14
Branimir Subaşiç14
11Edmond N’Tiamoa13
12-14Emin Quliyev12
Alim Qurbanov12
Uinston Parks12
15-18Etame Mbilla11
Adrian Manuel Skarlatake11
Junior Osvaldo11
Emeka Opara11
19Sadio Tounkara10

 

3 thoughts on “Mbilla Etame və Sadio Tounkara "Xəzər Lənkəran"ın "Top-10"da!”

  1. Hücumçu kimi Etame Mbillanın “Xəzər Lənkəran”ın top-10″da daha çox irəliləməsinə şansı boyükdür. Nəzərə alsaq ki, Etamenin komandamızda hələ bir ili tamam olmayıb. Odur ki, Etame bundan sonra vurduğu qollarıyla hələ bizi çox sevindirəcək.
    *****
    Onu da bildirək ki, çempionatın bombardiri olma şansı da Etame Mbilla üçün əlçatmaz deyil. Hal hazırda Mbillanın çempionatda 8-qolu var və bombardirlər sırasına başçılıq edən, “İnter”li Vaqif Cavadovdan (10 qol), iki qol geridə qərarlaşıb.

  2. Salam DOKTOR! Bir faktı da mən əlavə edim. Faqif Cavadovun vurduğu 10- qoldan səhv etmirəmsə üçü 11-metrlik cərimə zərbəsindən vurulub. Etame isə 8 qolun hamısını oyun vəziyyətlərindən vurub.
    *****
    Bu da ona ümid verir ki, Komandamız belə davam edəcəyi təqdirdə, Etame Mbillanın bombardirlik şansını da artırır.

Comments are closed.