LFT: Buçaç turniri

Lənkəran futbolunun tarixindən.
1969-cu ildə “Qızıl Sünbül“ turnirinin Azərbaycan üzrə zona yarışının çempionu Lənkaran futbolçuları olur.

Sovet dönəminin futbol üzrə hardasa tanınmış,stajlı turnirlərindən biri, “Qıızıl Sünbül”  Ümumittifaq turnirinin 1959-cu ildən sonra baş mükafatını almaga yenə Lənkaran futbolçuları yaxın olur. Turnirin Azərbaycanda keçrilən zona yarışında 1-ci yeri tutub çempion adını qazanan futbolçularımız son final mərhələsinə ciddi hazırlaşırlar. Nəriman Kərimov ,Rüstəm Tagıyev və Bakıdan müəxəsis kimi dəvət edilən Şirəli müəllim komandamızı məşqlərdə səylə çalışdırırlar. Bir müddət Bakıda qısa müddətli toplanış keçirən futbolçularımız nəhayət, son final mərhələsinin keçirildiyi məkana — Ukraynanın Ternopol vilayətinin Buçaç şəhərinə yola düşürlər.

Qatarla bir necə gün yorucu yol qət edən komanda heyətiturnirin final mərhələsi başlayan gün Buçaça çatır .
Keçirdiyi matçlardan yalnız birində məğlub olan komandamız baş mükafatı ala bilməsə də turnirin ən baxımlı futbol sərgiləyən komandası olur və 4-cü yeri qazanır.Maraqlıdır ki, bu gün də veteran futbolçularımız “Burçaç turniri”ndən həvəslə danışırlar.Turnirdə göstərdikləri oyunlarından,bir meydanda dayanmayan Vaqif Əliyevin turnir iştirakçıları tərəfindən maraqla izlənilməsindən qürurla söhbət açırlar. Turnirin favoriti sayılan Litva komandasını Lənkəranlıların 7:0 hesabı ilə məğlub etməsi isə böyük əks-səda dogurur.
Lənkaran futbolunu bu tunirdə təmsil edən heyət belə idi:
Feyruz Məmmədov, Rasim Əliyev, Firudin Məmmədov, Ramiz Məmmədov, Abdulla Axundov, Çingiz Haşımov, Əlisahib Heydərov, Mici Məmmədov(kapitan), V. Slavaqorodski, Vaqif Əliyev, Xanağa Məmmədov, Fərman Ismayılov,Vəlhəd Hüseynov,Vaqif Abbasov.
MƏNBƏ: “Cənub Bolgəsində Futbolun İnkişaf  Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.

1 thought on “LFT: Buçaç turniri”

  1. Salam Ağa!.Necəsiniz?.
    *****
    Çox sağ olun Zəfər bəy, Allahın izni ilə yaxşıyıq! Siz necəsiz?

Comments are closed.