Katalin Doman: ”Xəzər Lənkəran” heç vaxt Rednikin vaxtındakı kimi güclü olmayacaq!”

Yeri gəldiyi üçün təkrar veriririk.
– Necəsiz?
– Yaxşıyam. Təşəkkür edirəm.
– Nə işlə məşğulsuz?
– Klubumla təlim-məşq toplanışındayam.
– Azərbaycanı unutmamısız?
– Yox. Heç unudaram?
– Ümumiyyətlə, ölkəmizlə bağlı nə xatirələriniz qalıb?
– Çox xatirələrim var. Ən əsası mən Bakını çox yaxşı xatırlayıram. Gözəl şəhər idi. Orada çox gözəl günlərim keçib. Lənkəran isə mənim üçün hələ də doğmadı. Oranın insanlarını unutmaq çətindi. Bizə qarşı çox gözəl və isti münasibət bəsləyirdilər. Həmçinin futbol aşiqi idilər. Onları unutmaq çox çətindi.
– “Rapid”də işləriniz necə gedir?
– Mənim üçün burada hər şey yaxşıdı. İndi hazırlıq keçirik. Çox gərgin məşqlər gedir. “Rapid”in heyətində demək olar ki, bütün oyunlarda oynayıram.
– “Xəzər Lənkəran” üçün darıxmırsız?
– Əlbəttə, darıxıram. Mənim o klubda 2 gözəl ilim keçib.
– Bəs nə üçün komandanı tərk etdiniz?
– “Xəzər Lənkəran”la müqaviləmin müddəti başa çatdı. Səməd Mustafayevə zəng etdim, dedim ki, mən daha 50 min avroya oynaya bilmərəm. Yüz min avro istədiyimi bildirdim. O pulu mənə versəydilər, klubda qalmağa razı olardım.
– Bəs o, sizə nə dedi?
– Yaxşı xatırlamıram… Yadıma düşdü. O dedi ki, klub prezdentinə deyim, sonra sənə cavab verərik. Üstündən bir-iki gün keçdikdən sonra mənə bildirdi ki, klub prezidenti o pulu sənə verməyəcək. Azad agentsən, gedə bilərsən.
– Bəs Yunis Hüseynov sizinlə söhbət etmədi? Qalmağınızı istəmədi?
– Mən heç Yunis Hüseynovla söhbət etmədim.
– Bəlkə o da sizin komandada qalmağınızı istəmirdi?
– İnanmıram. Məncə, Yunis Hüseynov mənim qalmağımı istəyirdi. Amma rəhbərlik o pulu mənə vermək istəmədi.
– Mais Məsnimovla özünüz niyə görüşmədiz?
– Əgər nəsə olsaydı, özü məni görüşə çağırardı. Mən fasilə yarandıqdan sonra ancaq Səməd Mustafayevlə söhbət etdim.
– “Xəzər Lənkəran”ın oyunlarını izləyirsiz?
– Yox. Amma onlar haqqında xəbərlər eşidirəm.
– Mirça Rednik “Xəzər Lənkəran”ı tərk edəndən sonra bu komanda özünə gələ bilmir…
– “Xəzər Lənkəran” heç vaxt Rednikin dövründəki kimi güclü olmayacaq.
– Sizcə, Rednikə qarşı haqsızlıq edilmədi ki?
– Onlar peşəkar ola bilərlər. Amma mən Lənkərandan narazı ayrıldım. Bəzi futbolçular var idi ki, heç orada qalmağı haqq etmirdilər. Amma onlar gizli işlər görüb komandada qaldılar. Mən isə ayrıldım. Əgər biz orda qalsaydıq, komanda yenə yaxşı oyun göstərərdi.
– “Xəzər Lənkəran”da əlaqələrinizi hələ də saxladığınız, danışdığınız futbolçu var?
– Arada Adrian Skarlatake ilə söhbət edirik.
– Nə haqqında söhbət edirsiz?
– Məsələn, ötən mövsüm ilk “altılığ”a düşə bilməməkləri, kubokun finalnda uduzmaqları haqqında danışıb.
– “Xəzər Lənkəran”dan gedəndən sonra xəbərlər yazılırdı ki, Doman içki düşkünü olub…
– Bunlar yalandı. Mən gənc futbolçuyam. Hələ 25 yaşım var. Karyeram qarşıdadı.
– Redniklə əlaqəniz var?
– Danışırıq. O, məni “Petrolul”da görmək istəyirdi. Amma ora getmək istəmədim. Bu komandada oynamaq mənim üçün problem olardı. Mənim üçün “Rapid” daha yaxşı variant idi.
– Bəzi futbolçular komandadan gedərkən onun əleyhinə danışmışdılar…
– Mən Rednik haqqında bir şey düşünürəm: o, əla məşqçi idi. Onun gedişindən sonra “Xəzər Lənkəran”ın nə vəziyyətə düşdüyü göz qabağındadı.
– “Xəzər Lənkəran”dan ayrılarkən Azərbaycanda başqa klublardan təklif aldınız?
– Aldım. AZAL rəhbərliyi bu komandada oynamağımı istəyirdi. Amma maliyyə məsələsində razılığa gələ bilmədik. Onlar çox az pul verirdilər.
– “Xəzər Lənkəran” azarkeşlərinə sözünüz var?
– Onları unutmamışam. Bu  klubun azarkeşləri Azərbaycanda bir nömrədilər. Onlar daim ürəyimdədilər.
 Mənbə: Futbolinfo.az

11 thoughts on “Katalin Doman: ”Xəzər Lənkəran” heç vaxt Rednikin vaxtındakı kimi güclü olmayacaq!””

  1. SALAM KOTOLIN DOMANIN DEDIKLERINDE HEGIGETLER VAR.GOZEL OYUNCU IDI.OZUDE GEYD ETDIYI KIMI 50 MIN EVEZINE 100 MIN ISTEYIB VE BU MEBLEGI BELE OYUNCUYA COX GORDULER.KOTOLININ GEYD ETDIYI KIMI ELE OYUNCULAR KOMANDAYA LAZIMSIZ OLDUGU HALDA, GIZLI ISLER GOREREK KOMANDADA GALIBLAR.BAX BU GIZLI ISLER XL BU GUNE GETIRIB CIXARTDI SEVIYYELI OYUNCULAR ISTEDIYI MEBLEGI ALMADIGDA ELBETDE KULUBDA GALMAZLAR.INDI ISEMILYONLARLAVESAIT DAGIDILIR AMMA ARADA HEC NE YOXDUR.
    *****
    Allah yolumuzu açacaq, İnşallah.

  2. Yaxşı oyunçudur, bir taymlıq idi bizdə oynayanda, yəqin ki, fiziki dəyanətini artırıb ötən müddət ərzində, hər halda inkişafının pik mərhələsinə daxil olan yaşdadır. Belə oyunçuların yanında özümüzkülər də öyrənirdilər.
    *****
    Çox düzgün dəyərləndirmə etmisiniz. Mən sizinlə 100%, razıyam.

    • Redniki əvəzolunmaz və ələgəlməz kimi “əmiuşağı” mövqeyindən qələmə verməsi başa düşüləndir.
      *****
      O, doğurdan da dahi mütəxəssisdir. Təsəvvür edin ki, “Standard” Liege-nin məşqçisi indi “Xəzər Lənkəran”da olarsa… Özü gedəndə bizimlə söhbətdə bunu demişdi:-“Mən daha güclü qayıdacağam!”

  3. Axşamınız xeyirli olsun, Doktor! Katalin Domanın “Xəzər Lənkəran”da oynadığı dövrdə gənc olmasına baxmayaraq perspektivli oyunçu idi. Sürətli cinah keçidləri indi də yadımdadır. Hazırda “Rapid” komandasında futbolçu ömrünün ən yaxşı dövrünü keçırən Domanı təkrar komandamızın heyətində görmək istərdim. Ümumiyyətlə M.Rednikin komandamıza cəlb etdiyi legioner oyunçuların ayrı-ayrılıqda hər biri yaxşı idi. İndi həmin heyət üçün el misalı “burnumun ucu göynəyir”. Elə bilirəm ki, M.Rednik qayıtsa özü ilə bəyəndiyi oyunçular da gətirər. Bəlkə onda adlarını çəkmək istəmədiyim xeyli oyunçudan canımız birdəfəlik qurtardı.
    *****
    Axşamınız xeyir, Qabil bəy! Bu yazını verəndə mən də sol cinahda Katalin Domanın xarüqələrin yadıma salmışdım. Ümumiyyətlə Rednikin komandamıza cəlb etmək istədiyi, lakin ondan asılı olmayan “səbəblərə” görə cəlb edə bilmədiyi futbolçuları da gətirsə idi “Xəzər Lənkəran”ın qarşısına çıxan ümumiyyətlə olmazdı. Lap 5 hakim də oyuna girsə idi.

  4. SALAM BU GUNKU LAZIMSIZ OLAN GELEBENI, LAZIMLI DUZGUN HEYYET SECIMI GAZANDI. OGUZ CETINE ALGISLAR DUSUR. AMMA BU O DEMEK DEYILDIR KI KOMANDA GOZEL OYNADI. SADECE REVAN ZEIF OYNADI UMUDLU OLARAG, RADNIKLE MOHTESEM GELEBELERIMIZ OLAR. AXI BUNA OZU SOZ VERIB DEMISDI.,,MENIM XEZERE GAYIDISIM MOHTESEM OLACAG,,

  5. Bu gün “Xəzər Lənkəran”-“Rəvan” görüşündə “Fırtınalar meydanı”nda heç vaxt görmədiyim barmaqla sayılan qədər azarkeşin olduğunun şahidi oldum. Bu səhnəni görmək ürəkağrıdıcı idi. Hansı ki, vaxtiylə komandamızın adicə gündəlik məşq prosesini bundan iki-üç dəfə çox azarkeş izləyirdi. Bir sözlə “Xəzər Lənkəran” da azarkeş sarıdan o biri komandaların gününə qaldı…

  6. OYUNU IZLEYERKEN MEYDAN BOM BOS GORSENIRDI. BU DOGURDANDA ACINACAGLI HAL IDI.XL AZERKESLERI HEC VAXT BELE KOMANDANI TEK BURAXMAMISDILAR.AMMA NE EDESEN DEYIRLER OZUYIXILAN AGLAMAZ. KOMANDANIN OYUNCULARI OZLERI BUNUN GUNAHKARLARIDIR.
    BOS GOREREK MEYDANI AGLIM CIXDI BASIMDAN,
    XEZER BELE TARIXI, GORMEMISDI YASINDAN.
    DOGULACAG YENISI, PUC OLSADA ARZUMUZ,
    BOSALAN MEYDANCANI, DOLDURACAG ORDUMUZ.

  7. Oyunu cənub qapı arxasındakı sektordan seyr etdiyim yerdə tamaşaçı var idi, azarkeşlər də yox deyildi. “S” sektorundan fikirlərinə hörmətlə yanaşdığım azarkeşlərimiz iki-üç dəfə VİP lojaya üz tutub Redniki səsləyən azarkeşlərimizə baxanda birdən yadıma düşdü ki, daha bir nəfər tanıyıram ki, onun göz önünə gətirilməsi XL-in gözəgəlimli günlərini xatırladır…və özümü saxlaya bilməyib, daha doğrusu saxlamaq istəməyib, “Xeybər! Xeybər!” səslədim…qışqırdıme əməlli başlı!!!

  8. FERGI YOXDUR BASLAYIM,SOLUMDAN YA SAGIMDAN,
    BIRAZDA YAZACAGAM,OZ TALIS TORPAGIMDAN.
    YEDDI RAYON BIRLESIB,YARADIB GOZEL MEKAN,
    BIZIM CENUB BOLGENIN, MERKEZIDIR LENKERAN.
    BIR TEREFI DENIZDIR,DIGERINDE DAGLARI,
    CENNETE OXSATDIRAN,VARDIR GOZEL BAGLARI.
    VALEH EDIR INSANI,YASIL CAYLI TARLASI,
    UZUN OMUR VERDIREN,TEMIZ DAGIN HAVASI.
    ZEHMETKESDIR MILLETI, OLSADA COX ZILLETI,
    HARAM TIKE ISTEMEZ,CUN DUZ OLUB TINNETI.
    DININDE DUZ YOLDADIR,ONLAR ONDE GEDIRLER,
    REBBINE ASIG OLUB ONA SECDE EDIRLER.
    BU TORPAG YETISDIRIB, COXLU GEHREMANLARI,
    BABEKDEN BASLAYARAG, SADALAYIM ADLARI.
    ONUN DOGMA YURDUDUR, BIZDEKI BEZ GALASI,
    BU TORPAGLAR UGRUNDA, COX OLUBDUR DAVASI.
    GECE GUNDUZ YAZARAM,BUNLARIN EMELINDEN,
    CUNKI DUZGUN YOLDADIR, TALISLAR TEMELINDEN.
    DOGULAN GEHREMANDIR, CENUBLUNUN OZUNDE,
    HEZI VE MUBARIZ DE NUMUNEDIR BU GUNDE.
    VETENE MEHEBBETI, HER AN SUBUT EDIBLER.
    CEKINMEDEN BU YOLDA OLUME DE GEDIBLER.
    TARIXLERE IZ SALIB,HEZI ASLAN DOYUSU,
    CENUBLU MUBARIZIN, DUSMENE TEK YURUSU.
    VETEN TEKI SAG OLSUN FEDA ETDI CANINI,
    TEKBASINA TOKEREK NECE DUSMEN GANINI.
    ORNEKDIR BU GUN BIZE, MUBARIZ VE HEZIMIZ,
    VETENPERVER OLMAGLA GEHRAMAN MILLETIMIZ
    BUNDAN GABAG SEIRIMI YARIMCIG SEHFEN GONDERMISEM XAHIS EDIREM ONU SILESIZ

  9. Salam, Mirhafiz müəllim! “Sportinfo.az” saytı xəbər verir ki, indicə “Xəzər Lənkəran”la bağlı olduqca maraqlı məlumat almışıq. M.Dənizli ilə yollarını ayırmaq üzrə olan klub rəhbərliyi baş məşqçi postuna gətirmək istədiyi M.Redniklə danışıqları bu gün başa çatdırıb. Rumıniyalı çalışdırıcı klubla iki illik müqaviləyə imza atacaq. Anlaşmaya əsasən, M.Rednikə böyük səlahiyyətlər verilib.Onun ölkəmizə nə vaxt gələcəyi və işinə başlayacağı barədə yaxın saatlarda geniş məlumat verəcəyik.
    Müəllim, bu məlumat nə dərəcədə səhihdir? Sizdə bu haqda əlavə məlumat varmı?
    *****
    İnşallah yaxşı olar!

  10. Salam.Doman musahibesinde kecmisde olan hadiseler qeyd olunub.Beli Doman ovaxti cox genc idi,geleceyi olan oyuncu oldugunu gostermisdi.O vaxti Rednik onu 2 hissee cox vaxt buraxirdi.Oyunu deyise bilen oyuncu idi.Qalsaydi komandaya cox xeyir vererdi.Ne olub onu biz bilmirik,Domanin da dediyinde birterefli netice cixara bilmerik.Amma Doman deyir ki/ Xezer Rednikin vaxtindaki kimi guclu olmayacaq/Bu sozleri demekde o sehv edir.Hele bilmek olmaz bundan sonra’ Xezer’nece olacaq.Mircavadovun vaxtinda ‘Xezer’cox guclu idi. neyin ki Rednikin vaxtinda.Insallah kim gelir gelsin baximli futbol oynatsin,incimis azarkeslerin ureyin ovundura bilsin.

Comments are closed.