Kapitana Məktub

Bizdən əvvəl də üzürdü, limanlara birinci çatan gəmi,
Üzən vardı, tufanlara sinə gərən, həm vardı batan gəmi.
Dəniz çətin, dalğa böyük, tufanlı bir zamanda,
Təlatümlü, burulğanlı, dəniz kükrəyən anda.
Səyahətlər etmək üçün, bizlərə də fürsət verincə zaman,
Çırmalanıb, gəmimizi qurmaq üçün, işə girişdik o an.
Toplaşaraq böyük heyət, seçildi bir kapitan,
Qurulurdu gözəl gəmi, adı – ‘’Xəzər Lənkəran’’
 
Uzaq, çətin səfərlərə hesablanıb quruldu,
Sanmayın ki, qurucular işlərindən yoruldu.
Limanımız Xəzərdədir, cənubdadır – Lənkəran,
Gəmimizi qəbul edir, yola salır hər zaman.
 
Səfərlərə həm çıxanda, həm də ki qayıdanda,
Qarşılayır on minlərlə insan onu limanda.
 
Bu gəmini hamı sevdi, hamı ondan danışdı,
Körfəzlərdən, dənizlərdən, okeandan danışdı.
Ilk səfəri uğurluydu, 2004-2005, keçdi sınaq illəri,
O şahanə üzə-üzə yorulmadı, fəth etdi könülləri.
 
Sonra bir az bilinmədən, sürətini o, nədənsə azaltdı,
Amma buna baxmayaraq, səbirsiz gözləyənlərlə dolu limana çatdı.
 
Bu möhtəşəm bir gəmi bəs nədən yorğun göründü?
Azca təmir olunaraq, dənizlərə,  yenə səfərə döndü.
 
Səfərlərdə yenə də o, lazımınca, həm arxayın üzürdü,
Yaxın, orta, uzaq olan dənizlərdə məharətlə süzürdü.
 
Yoxdu tayı, çox möhkəmdi, limanlara o birinci çatırdı,
Baxmayaraq, tufanlarda neçə-neçə başqa gəmi batırdı.
 
Bu il yenə lap sonacan yaxın idi, çatmaq üçün limana,
Heyət hamı söz vermişdi, and içib kapitana.
 
Heyhat, bu il gəmi ilk olaraq, çatmayınca limana,
Sual dolu üzlər hamı çevrildi kapitana.
Suallara cavab kimi, o kapitan acı sözlər danışdı,
Olanlardan limandakı gözləyənlər sanki bir anda çaşdı,
 
Həm gəmini, həm də onu gözləyəni çox sevirdi kapitan,
Birdən-birə acı sözlər bəs nədən idi o an?
 
Acı sözlər deyilmədi intizarla gözləyən insanlara,
Acı sözlər aid idi bütün buna səbəbkar olanlara.
 
Indi limandakı minlərlə insan,
Bir-birinə baxır çaşqınlığından.
 
Bax indi ətrafda olan gəmilər,
Özlərini çox əsaslı təmir elətdirirlər.
 
Belə olsa, biz onlardan çox qalarıq geridə,
Lakin bizim yerimiz daim var irəlidə.
 
Onlar bizdən güclü olub ətrafa söz salacaq,
Bizim gəmi zəifləyib çox geridə qalacaq.
 
Təhlükəli bir an gəlib, eşit bizi kapitan!
Bunu sizdən gözləyərək narahat min-min insan.
 
Danışardı bir zamanlar hamı bizim “Xəzər”dən,
Indi nədən geridəyik, biz qaçmışıq nəzərdən.
 
Öz adına, bizə layiq bir heyət formalaşdır,
Bizə zəif baxanları sən bircə anda çaşdır!
 
Yoxsa buna dözmək olmaz, qürurumuz yanacaq,
Çətinliyə dözməyərək çoxu alovlanacaq.
 
“Xəzər” bizim şərəfimiz, həm adımız, sanımız,
“Xəzər” bizim ürəyimiz, damardakı qanımız.
 
Biz güclüyük, güclü qalaq, buna var imkanımız,
Bunu sizdən gözləyirlər minlərlə insanımız
Bacarıqlı bir heyət qur, əziz kapitanımız!
 
Müəllif: Mirhafiz M. Babayev, 13.06.2010
 
Arxiv: Bosman.at.ua