Avstriyadakı yoxlama görüşlərinin vaxtı və rəqiblərimiz məlum oldu

Əvvəlcədən də məlum olduğu kimi komandamız Avstriyada təlim məşq toplanışında olacaq. “Xəzər  Lənkəran”ın Avstriyada toplanışda olduğu müddətdə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin hamısı müəyyənləşib. Komandamız, iyunun 19-da Almaniyanın aşağı divizyon klubu “Burqhauzen”lə, ayın 23-də isə 2007-ci ildə “Neftçi”ni UEFA kubokundan kənarlaşdıran Avstriya “Rid”iylə üz-üzə gələcək. Komandamızın ayın 16-da “Şaxtyor”la qarşılaşacağı isə bir müddət əvvəldən məlum olmuşdu.
Bir fanklub olaraq doğma “Xəzər  Lənkəran”a uğurlar arzu edirik.
Arxiv: Bosman.at.ua