İslam Cabbarlı xəstəxanaya yerləşdirilib

“12cioyuncu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlı xoşagəlməz halla üzləşib. Cənub bölgəsinin ən böyük azarkeş qrupunun və “12cioyunçu.info” saytının rəhbəri xəstəxanaya yerləşdirilib.
Bu barədə əməkdaşımıza Cabbarlının yaxın dostu Vaqif Rəşidov məlumat verib.
O bildirib ki, infarkt keçirən İslam bəy Novxanıdakı 2 saylı xəstəxanaya yerləşdirilib: “Hamımızın sevimlisi olan İslam bəy hazırda reanimasiyayadır. Vəziyyəti yaxşı deyil. Onun yanına heç kimi buraxmırlar. Mən də çox çətinliklə ona baş çəkdim. Həkimlər Cabbarlının danışmasına icazə vermirlər”.
Rəşidovun sözlərinə görə, həkimlər Cabbarlının hələlik xəstəxanada qalmasını tələb ediblər: “İslam bəyin xəstəxanadan nə vaxt çıxacağı məlum deyil. Həkimlərlə danışdım. Dedilər ki, ola bilsin, bir həftəyədək xəstəxanada qalsın”.
Mənbə: Apasport.az
“Bosman” fanklubu olaraq İslam bəyə tezliklə şəfa diləyirik. Ailəsinin və “Xəzər Lənkəran” camiəsinin yanında olmağı arzulayırıq. İslam Cabbarlı “Xəzər Lənkəran” camiəsi üçün əvəzedilməz şəxsdir. Allah şəfa versin!

14 thoughts on “İslam Cabbarlı xəstəxanaya yerləşdirilib”

  1. Her vaxtiniz xeyirli olsun.Allah shefa versin.Cox uzuldum.Inshallah sag salamat qurtular.Allah komeyimiz olsun.Amin!!!

  2. Bu gun seher bu xeberi iwde dostlarimdan ewitdim,cox narahat oldum.Islam bey biz azarkewler ucun yaxwi dost,gozel insandi.Islam beyin xetrini isteyen her kes onun xestexanaya duwmesine uzulur ve Cenabi Haqdan tezlikle saqalib aramiza donmeyine dualar edirler.Inwallah,tezlikle wefa tapar ve azarkew qrupunun rehberi kimi hele futbolumuza cox tohfeler verecekdir.Islam bey!-Allahdan size tezlikle wefa tapmaq ucun dualarimizi esirgemirik.Allah size wefa versin.Amin!

    • Mirhafiz muellim!-Islam beyin saqlamliq durumu haqda melumat verdiyinize gore size teşekkur edirem.Sizin dost olduqunuzu bilirem,bu cetin vaxtlarda Islam beyin yaninda olmaqiniz ve onun salamini bize catdirmaqiniz ,hemcinin menevi destek vermeyiniz bu dostluqun mohkem olmaqinin bariz numunesidir.Allah sizleri bize cox gormesin.Amin!
      *****
      Təşəkkürlər Zəfər bəy! Bu dəqiqə İslam qardaşımız üçün dua edək!

      • Mirhafiz muellim!-İslam bey haqqinda her melumati oxuyuram.Cox saq olun ki, bize mutemadi olaraq melumat verirsiniz.Qabil qardaşimiz duz deyir.Bizim sizlerden başqa kimimiz var ki?.-Tek olan Allah bilir ki ,sizleri biz azarkeşler ne qeder isteyirik.İslam bey xestelenenden sonra ele bilirem ki,neyimse catmir.Her gun bu saytlarda sizlernen unsiyyetde olmaq biz azarkeşlere qurur bexş edir.Dualarimiz indiki meqamda İslam beyedir.Onun veziyyetinin tezlikle normaya duşmek ehtimalinin cox olmasi bizi sevindirir.Bu her şeyden evvel bir insanliq borcumuzdur.Allah İslam beye tezlikle şefa versin.Allah sizler kimi qardaşlari bize cox gormesin.Amin!
        *****
        Təşəkkür edirik!

  3. Hər vaxtınız xeyir, Doktor! İslam bəyin xəstələnməsini eşidəndə bir Lənkəranlı kimi şox üzüldüm. ALLAH ona tezliklə şəfa versin. ALLAHIN nəzəri İslam bəyin üzərindən əskik olmasın, AMİN! İNŞALLAH İslam qardaşımız tez sağalıb yenidən “12-ci oyunçu”ya rəhbərliyini davam etdirəcək.
    *****
    İNŞALLAH!

  4. Allah shafa versin, cox pis oldum (((. Indi dua vaxtidir. Her kes dua etsin…Inshaallah Islam bey tezlikle aramiza qatilar..

  5. Islam qardawimiza ALLAHDAN wefa dileyirem,INWALLAH tezlikle sagalsin qayitsin iwine esl XEZER-LENKERAN fanatlarini sevindirsin.

  6. Islam bizim əzizimizdir.Allahdan ona şəfa diləyirəm.Onu öz oğlum kimi istəyirəm.O,Lənkaranın ən qeyrətli balalarından biridir.Allah köməyi olsun.

  7. QARDAŞLAR, İslam qardaşımızın sağlamlıq durumu haqda kimdə yeni məlumatlar olarsa, xahiş edirəm sayt vasitəsiylə bizə də çatdırsın. Bu gün ünsiyyətdə olduğum Xəzərsevərlərin əksəriyyəti İslam bəyin xəstəxanaya düşməsinə təəssüflənirdi. Qüdrətli və hər şeyə qadir olan ALLAH İslam qardaşımızdan öz şəfasını əskik etməz, İHŞALLAH!

  8. Axşamınız xeyir! Biraz əvvəl “İdmanxəbər.com” saytında belə bir məlumat verildi ki, “Xəzər Lənkəran” klubunun rəhbərliyi İslam müəllimin sağlıq durumuna biganə qalmayaraq İslam müəllimin əsaslı müayinə və müalicəsi üçün klub rəhbərliyi onu kardioloji instituta köçürəcək. İslam müəllimin müalicəsi sözügedən tibb müəssisəsində aparılacaq. Əgər klub rəhbərliyi tərəfindən belə bir humanist addım atılıbsa, ALLAH köməkləri olsun.

Comments are closed.