Futbol adamına son bir dəfə inanmalı

“Qəbələ” ilə yarımfinal matçında böyükhesabla yenilən Mustafa Denizli:  “Bu cür oyunu gözləmirdim. Məğlub olduq. Fikrimcə, cavab qarşılaşması Azərbaycan kubokunun tarixində ən vacib oyunlardan biri olacaq. İlk oyunda məğlub olsaq da, finala çıxmaq şansımızı itirməmişik. Bir həftədən sonra keçiriləcək cavab qarşılaşmasının necə nəticələnəcəyini hamımız görəcəyik. Hamı cavab oyununu gözləsin. 0-3 ağır hesabdır. Son sözümüzü söyləməmişik”.

18 thoughts on “Futbol adamına son bir dəfə inanmalı”

  1. MÜƏLLİM, görəsən M.Dənizlini bu qədər arxayın danışmasına hansı gözəgörünməz qüvvə vadar edir? Hesab 2-0, 2-1 və ya 3-1 əleyhmizə olsaydı, hardasa şansımızı saxlayardıq. Hazırda komandanın vəziyyət elədir ki,təkcə əlavə vaxt qazanmaq üçün 3-cavabsız qol vurmalıyıq. Komandanın bucür taktikayla oyunu, revanş etməyə əsas verirmi? 2-0 irəlidə olduğu oyunlarda qələbəni qoruyub saxlaya bilməyən, kubokun təkrar oyununa 0-3 fərqiylə başlayan komandanın qələbəsınə ümid bəsləmək nə dərəcədə doğrudur?
    *****
    Mənim ağlımda bir şey var, sanki Mustafa bəyin nə düşündüyünü və nə edəcəyini anlayıram. Amma bunu hələ demək istəmirəm. Bir şey də var ki, o çox gec ayılıb.

  2. Qabil men ona gore umudluyem ki, ‘Qebele’-de sen deyen bele stabil komanda deyil.Esas ilk 15deqiqede top vurmaqdir.Mustafa da mecburdur iki ve ya uc hucumcu ile oynasin.Nildo,Embilla,Ramazanov ilk deqiqelerden oynatsa finala biz cixacaqiq,

  3. qalmayan komandanin azarkeşi stadiona gələrmi? Elə kubokda da iddiyalıyıq deyə-deyə iddiamızdan əl çəkmək üzrəyik. M.Dənizlinin mətbuata sonuncu açıqlaması isə reallığa uyğun gəlmir. Dənizlinin dediklərinə inanmaqla öz-özümüzü aldadırıq.

  4. Qarabag’-in azarkesi ile serikem.Bezileri oz serhlerinde bezi oyuncularin adlarini cekib asagilayirlar .Super kubokdan sonra hami Ramaldanovu super oyuncu sayirdilar, indi tehqir edirler.Dunen Denizli ile fexr edirdiler bu gun alcaldirlar.Rahid Emirquliyev bir oyun oynamadi hami onu teleb edirdi, bu gun satqin cixardilar. Insallah cavab oyununda evezin cixariq.Futbol tarixinde bele seyler cox olub.Gelin cavab oyununda stadionu dolduraq.Hem komandaya destek olaq,finala cixa bilmesek oz sozumuzu deyek.Qocani istefaya sesleyek.Mene ele gelir ki,final bizlikdir.Bize meglubiyyet yarasmir.
    *****
    Bəli, düzgün buyurursuz. Bu oyunda biz azarkeş kimi öhtəmizə düşəni edək ki, sonra tələb etməyi də bacaraq və buna haqqımız çatsın.

  5. Doktor,açığını deyim ki, mənim M.Dənizliyə artıq inamım qalmayıb. Komandanın sükanı arxasına keçəndən artıq dörd aydan çox vaxt keçib amma, hələ də stabil bir heyət qura bilməyib. Qış fasiləsindən qayıtdıqdan sonra M.Dənizli açıqlamalarında bildirirdi ki, çempionatda yüksək yerlərə iddialıyıq. “Simurq”a Lənkərandakı məğlubiyyətdən sonra mətbuata bildirdi ki, artıq çempionatda heç bir iddiamız qalmayıb. M.Dənizlinin belə bir açıqlama verməsi məncə yanlış idi. Çünki, çempionatın bitməsinə azı 8-oyun qalmış iddiası olmayan komandanın oyununa baxmağa tamaşaçı gedərmi? Elə kubokda da iddialıyıq deyə-deyə iddiamızdan əl çəkmək üzrəyik. M.Dənizlinin mətbuata sonuncu açıqlaması isə reallığa uyğun gəlmir. Biz M.Dənizlinin dediklərinə inanmaqla bəlkə də öz-özümüzü aldadırıq.
    *****
    Qabil bəy, özümüzü aldatmaqdan söhbət belə gedə bilməz. “Son bir şans” demişik. Vaxtında da bütün çatışmazlıqları geniş müzakirə etmişik, sizlərlə. Bu özümüzü aldatmaq anlamına gəlməz. Fikrimizi əsaslandıra-əsaslandıra qiymət verib, azarkeş qərarına gəlmək, anlamına gəlir. Elə sizinlə nə qədər virtual müzakirələr etmişik saytda. Yadınızda olmağına əminəm. Son bir şansın içindən nələr çıxacaq? Bəlkə də Denizli bəzi şeyləri etiraf edəcək, ya da nüfuzunu zərbə altında qoyacaq. Bunu isə gözləmək lazımdır, məncə! Bəs sizcə?

  6. Vallah bu titullu qocaların gəlib Xəzərdə biabr olmasına acıyıram .Bu yaşda belə aqibətə layiq deyildilər .Onun yaxşı məşqçi olmasınl bir neçə oyunda gördük amma hansı qüvvəsə ,hansı şarlatansa bunun davamaına imkan vermədi.
    *****
    Vermədisə də, vermədi… Biz ki, vaxtında Denizliyə öz xəbərdarlığımızı etmişdik. Nildonun artıq 30 yaşı var və 31-in içindədir. Bu adamın futbol fəlsəfəsi və bilikləri yoxdur. Bu tək ona aid deyil. Bunları öyrətmək bundan sonra ağılsızlıqdır. Atalar deyib: “40-da öyrənən, gorunda çalar”. Futbol üçün isə 30-31 yaş 40-50 hətta 60-dan da yuxarıdır. Bunlara sahib çıxmaq necə olar ki, Nildo top yanında belə olarkən, yanını tərpətmir. Biri də Fransa eşqinə düşür. Görəsən onun ağlına Fransanı kim salıb? Bax bunlar hamısı maraqlıdır…

  7. Salam, Mirhafiz bəy.XLnın finala keçidi ağla sığan deyil və real görünmür.Bu oyunda Qəbələnin heyyətində 3 əsas oyunçusu oynamırdı.Bu möcüzə qədər də inamlı görünmür.Əzizlərim XLkomandasının müdafiə adında bir mövqeyi yoxdur.2 dəfə müdafiənin arxasına atılan top tora qovuşdu.Bukomanda bir vəba xəstəliyi kimi bir şeydir yapışıb yaxamızdan.Onu nə atmaq olmur,atmırsan da özün ölrsən.Məsələn mənim kimi.Dünən təzyiqim 180a qalxmışdı.Kubok əldən getdi.Dənizli uşaq başı aldadır.Bu komandanın 3 qol vuracaq gügü yoxdur axı.Qəbələ tam əks hucumlara bel bağlayacaq.XL finala çıxsa həmən gün şəxsən mən kasıblara nəzir paylayaram.
    *****
    Rakif bəy, salam! Dedikləriniz tamamilə doğrudur. Olan-olub, keçən-keçib. Bir möcüzəyə bağlıdır bu mərhələni keçmək. Sona qədər Denizliyə şans vermək lazımdır. Onsuz da başqa çıxış yolu yoxdur bu dəqiqə. Bizim söz deməyə əsasımız tam faktlarla olmalıdır. Axı, Mustafa Denizli demişdi ki, Nildoya və bəzi oyunçulara sahib çıxın, onlar da oynayıb qollarını atacaqlar. Bizim isə cavabımız belə olmuşdu: “Biz Nildo, Benouahi, Qliqorov və sair onlar kimi oyunçulara sahib çıxsaq və onların bərbad günə qoyduqları “Xəzər Lənkəran”ı görüncə sizə, yəni Mustafa Denizliyə sahib çıxa bilməyəcəyik!”

  8. Salam, Mirhafiz müəllim! Sizin bütün şərhlərinizlə həmişə sözsüz razılaşmışam və indi də razılaşıram. Çünki yazılar, analizlər, şərhlər faktlara söykənən tam həqiqətləri əks etdirir. Mənim şərhimdə isə son iki cümləni xatırlatmaqla, fikrimi bir az xırdalamaq istəyirəm. Şərhimdə “M.Dənizlinin mətbuata sonuncu açıqlaması isə reallığa uyğun gəlmir. Biz M.Dənizlinin dediklərinə inanmaqla bəlkə də öz-özümüzü aldadırıq.” yazmaqla Dənizlinin son açıqlamasında reallığa uyğun gəlməyən dediklərinə inanmaqdan söhbət açmışam və bu inanmağımızla öz-özümüzü bəlkə də aldadırıq yazmışam. “bəlkə də” fikir özü sual altındadır. Qaldı sisin mənə verdiyiniz suala,Dənizliyə son bir şans verilməlidir. Məncə qalacaqsa, komandada köklü dəyişikliklərə getməlidir. Əgər gedərsə, o biriləri kimi heç bir açıqlama vermədən sakitcə çıxıb gedəcək.
    *****
    Qabil bəy, mən sizi tam başa düşürəm və sizin də məni tam başa düşdüyünüzə əminəm. Bu barədə fikir aylığı yoxdur. Ancaq, şərhlərdə bəzi məqamlara toxunuram. Bunu sizə görə etmirəm. Sizə tam bələdəm. Şərhləri sizə və bizə bələd olmayanlar da oxuya bilər ki, bu aydınlatmalar yalnız bunun üçün edilir.

  9. Komanda oynamir Mustafa neylesin.. Yene azerkesleri casdirirlar artiq nece ildirki eyni senari XL-da davam etdirilir..

  10. Mirhafiz muellimin bir yazisi yadima dusdu, Avropalilar bizim isleri bilmir yeni onlar gozlemirlerki burda bele circabliqlarla uzlesecekler. XL-da ancaq AGASELIM- MIRCAVADOV isleye biler. Cunki o,her isi yaxsi bilir. AFFA HAKIM kulub axili butun nevarsa hell ede bilir.

  11. Azerkesler bu defe gunahi oyuncularda gorurler bezileri deyirki onlari yaxsica koteklemek lazimdir ne vaxta kimi bizimle bele edecekler bir ikisini doysek hamiya ders olar.
    *****
    Yox, Malik bəy bu fikrinizdən daşının. Məşədi İbad demişkən: “Hərçənd mən bunu əvvəllər çox sınaqdan keçirmişəm, gərək arvad kişidən qorxsun!”

  12. SALAM XL AZERKESLERI KOMANDAMIZIN MEGLUBBIYYETI HAMIMIZI SARSIDIB ,AMMA NEYNEMELI OLANIMIZ BUDUR . DUZDUR ESEBLESIRIK, KOMANDANI TENGID EDIRIK AMMA NE FAYDA .EN DUZGUN YOL KOMANDAMIZA TEKRAR GORUSDE DESTEK OLARAG NETICENI GOZLEYEK XL MOCUZE YARADA BILER EGER MUSTAFA HEYYETDE DUZGUN SECIM ETSE VE FIRTINALAR MEYDANI EGER DOLSA BAX ONDA XEZER COSARAG 12 BALLI ZELZELE ILE TAYFUN YARADARAG GEBELENI GERG EDER XEZERE HACANSA HESR ETDIYIM SEHRDEN BIR PARCA LAP YERINE DUSUR
    AZERKES SAYINA GORE XL ONDENDIR
    BU BIZIM KOMANDAYA GARSI OLAN SEVGIDENDIR
    SEVGIDE GARSILIGLI OLMALIDIR EY XEXERIM
    DUZGUNEN GELEBELERI YAN YANA SEN GOZ BEBEYIMA
    COSANDA SEN XEZERIM ONIKI BALLI ZELZELESEN
    REGIB KOMANDASININ CANINA BIR VELVELESEN
    YARIYOLDA REGIBLER UDUZDUGUN DERK ELEYIR
    OYUN MEYDANCASINI BAS ASAGI TERK ELEYIR
    EN CETIN GUNUMUZDE BIZ SIZE DESTEK OLMUSUG
    PARAMIZ OLMASADA STADIONA DOLUSMUSUG
    GELEBE EZMIYLE DOYUNUR BIZIM UREYIMIZ
    UDUZAN KOMANDADIR DEYIR YERE KUREYIMIZ
    AZERKES ISTEYIDIR XEZER DALGALANMALIDIR
    XEZERIN TAYFUNUNDA GEBELE CALXALANMALIDIR
    XAHIS EDIREM XEZERIME YAZDIGIM BIR PARCA KIMINSE XOSUNA GELSE REY BILDIRSIN VE BUTOV SEKILINDE YAZA BILEREM
    KOMANDAMIZA TEKRAR GORUSDE ALLAH KOMEK OLSUN

    • Telman bəy! KOMANDAMIZA TEKRAR GORUSDE ALLAH KOMEK OLSUN.Sizdə sevginizi davam edin.Onsuzda oxunulur.İnşallah qələbə şerləri yazarsiniz.

  13. Salam muəllim!-Mən heçdə baş məşqçinin zəif olmasini duşunmurəm.Klubda işləyən bəzi rəsmilərin simpatiya göstərdiyi oyunçular var ki ,bunlar istənilən vaxt və istənilən oynun nəticələrinə təsir edə bilmək qabiliyyətindədirlər.Əlbəttə, heçdə yaxşi mənada yox.Mən dəfələrlə bu barədə subyektiv fikrimi demişəm amma əsas odur ki, fakti təsdiqləyən dəlilləri “heç kim ” və heç bir “oyunçu” deməyib.Bir Pits deyə bilərdi amma onun etirafina yenidən kamandaya qaytarilmaqla son verildi.Bu kimi “əsl oyun oynayanlar” elə oyun oynamaqla kamandani, məşqçiləri və biz azarkeşləri həqiqi mənada “oyna” saliblar..Mustafa Dənizli heç vaxt öz istədiyi kamandani formalaşdira bilməyəcək. Heç Rednikdə gəlsə, bu mumkun olmayacaq.”Oyun oynayanlar” getməsə ,heç vaxt “Xəzər Lənkəran”-nin əvvəlki əzəmətini görməyəcəyik.
    Ayin 24-də Mustafa Dənizli oyunçularla birdəfəlik yollarini ayirmali olacaq.Ya özu gedər. yada bu oyunçularin əksəriyyətinə qapini görsədəcək.Ondan sonra qəti qərara gəlmək olar.Amma kubok oynun ikinci qarşilaşmasinda kamandamizin növbəti mərhələyə keçməsi möcuzə kimi deyilsədə,bu möcuzə reallaşar.Bu şərhimin doğruluğuna bir həftədən sonra tam aydinliq gələcək.
    Bu rusvayçi oynu elə “oyun” kimi duşunurəm.Ona görə bu oyunla bağli heçnə danişmasamda, əslində çox danişdim.Bəlkədə adi fikirlərim indi məntiqsiz görunur,heç məntiqə arxalanasida bir fakt yoxdur.Elə məntiq görunməsə yaxşidir, onsuzda futbolumuz başdan-başa “məntiqlə” dolu deyilmi…

  14. Mustafa Dənizliyə sona kimi inaniram.Mustafa Dənizlini və Toşaki gözdən salanlara inanmiram.Redniki bu gunə qoyanlardan hansi biri indiyədək bu klubdan ayrilib?-Ayrilmayibsa yenə tarixi səhf etməklə gəlin aldanmayaq!

  15. Qəbələdən göstərdiyimiz oyunun məntiqini tamamlayan nəticə ilə qayıdandan sonra qərar gəldim ki, Mus-mus deyincə birdəfəlik deyim: Mustafa, sən haqlı deyilsən. Sənin də, XL-in də şanlı dünəni oxşar olduğu qədər, tutqun bu gününüzün də bənzərlikləri çoxdur. A kişi, sən yorulmadın bu start heyətini quranda uduzmaqla?! Amma yorğunluğun yaman görünür, lap kövrəltdin məni nənə qurban olmuş Con Toşakı xatirladan son “perfomansınla”.

  16. Salam.Doktor serhleri oxuyanda zgorurem ekseriyyet emosiyalarin cilovlaya bilmirler.Bu da komandaya olan sevgidendir.Allah sebirli olmagi sevir.Meglubiyyetle bezen barismaq lazimdir.Hal-hazirda veziyyet kritikdir ,calisib bu veziyyetden cixmaq lazimdir.Menim fikrim budur ki, azerkeslerle gorus teskil etmek lazimdir.Hemfikirlerimden xahis edirem tebligat aparib stadionu doldurmaq ucun is aparsinlar. Subotic etiraf eleyir ki, Lenkeranda oynamaq bize cox cetindir.Gelin Mustafaya axirinci sansida verek.
    *****
    Salam, Mübariz bəy! Sizin təklifinizlə razıyıq.

    • belə bir görüş baş tutarsa, şübhəsiz ki, hamının orada iştirakı mümkünsüz olar. Bununla belə, iştirakçı təmsilçilərimiz komandanın idmançı-məçqçı-inzibatçı heyətinə tək mövcud durumdan narazılığımızı vurğulamaqla kifayətlənməməli, mümkün qədər maksimum azarkeş fikirləri ilə tanış olub lokanik tezislərlə on minlərlə ürəyi boşaltmalıdır. On minlərdən biri kimi mən bu günkü vəziyyətimizi kritikdən çox klinik görürəm.
      *****
      Siz hansı görüşü nəzərdə tutursunuz? Deyirlər Mustafa bəy, adamı söyür, təhqir edir, hətta əlinə gicitkan kolu götürüb qovmağa başlayır, çomaqla vurur, əlinə kim keçdi ya quyuya, ya da yaxınlıqdakı Lənkərançaya atır. Hətta əlində iri çörək bıçağını görənlər də olub. Kim gedər belə cinayətkarla görüşə?

Comments are closed.