Fanklubumuzun rəhbəri "Top Top" verilişinin qonağı olub

Dünən “Bosman” fanklubunun rəhbəri, Mirhafiz Babayev, Elnur Əşrəfoğlunun dəvəti ilə KTV ilə yayımlanan həftəlik, “Top Top” verilişinin qonağı olub. Qeyd edək ki, “Top Top” verilişi Elnur Əşrəfoğlunun layihəsi kimi get-gedə populyarlığını artırmaqda davam edir. Aparıcı-müəllif Elnur Əşrəfoğlunun bu verilişi hər həftənin birinci günləri yayımlanır. Veriliş əsasən Azərbaycan futbolu, futbolda baş verən oyundan əvvəlki, həmçinin oyunsonrası hadisələri işıqlandırır. Bundan başqa oyunlara münasibət, mübahisəli epizodların müzakirəsi və digər əlaqəli məsələlərin dəyərləndirilməsinə vaxt ayrılır.
Bu müzakirələri aparmaq üçün isə verilişin qonaqları olur ki, bunlar da sırf futbol adamları, məşqçilər və tanınmış futbolçular hər verilişdə müxtəlif qonaqlar da dəvət olunur və müzakirələrdə yeni simalar iştirak edir. Verilişin daha bir özəlliyi də ondadır ki, Elnur Əşrəfoğlu fərqli olaraq, azarkeş amilinə çox böyük dəyər verir. Bunun üçün də hər verilişdə qonaqlardan biri, hər hansı komandaların azarkeş nümayəndələrinin dəvət olunmasını təşkil edir.
Əvvəldə bildirdiyimiz kimi “Top Top” verilişinin bu dəfəki qonaqları, Bakının “İnter” klubunun baş məşqçisi, Kaxaber Tsxadadze və “İnter” klubunun mətbuat xidmətinin rəhbəri, Səbuhi Məmmədov və “Xəzər Lənkəran”ın “Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayev olmuşlar. Onu da deyək ki, Elnur Əşrəfoğlu mətbuat nümayəndəsi olub, müxtəlif vaxtlarda televiziyalarda və “Neftçi” klubunun mətbuat departamentinin rəhbəri kimi çalışmışdır. İndiki işi ilə Elnur Əşrəfoğlu Azərbaycan futboluna daha çox xeyir vermiş olur. Bu da sırf jurnalist kimi onun bu günki fəaliyyətinin tərəfsizliyi ilə bağlıdır. Verilişə gələcəkdə də uğurlar arzulamaqla, 17. 02. 2014 tarixində gedən buraxılışın video yazısını diqqətinizə çatdırırıq.

3 thoughts on “Fanklubumuzun rəhbəri "Top Top" verilişinin qonağı olub”

  1. Salam, Mirhafiz müəllim! Təvazökarlığdan uzaq olsa da mən bunu qeyd etməliyəm. Sızın kimi savadlı, mədəni bir ziyalımızla fəxr etməyə dəyər. Şəxsən mən verlişə baxarkən fəxarət hissi keçirdim. Ona görə ki, bugün Sizin fikirlərinizi tək “Xəzər Lənkəran” azarkeşləri deyil, yüz minlərlə ölkə azarkeşləri dinləyir. Bu da “Bosman” fanklubunun nailiyyətlərindən biri sayılmalıdır. “Bosman” etibarlı əllərdədir.
    *****
    Xoş fikirlərinizə görə təşəkkür edirik, Qabil bəy!

  2. Muəllim salam!.Sizin “Top Top” verilişində fikirləriniz ,məsləhət və tövsiyələriniz cox duşundurucu və azarkeş ucun maraqli idi.Cox maraqla bu kadrlari izlədim.Sizin bu verilişdə fikirlərinizin ekran vasitəsilə bizlərə catdirilmasina sevindim.Sizə can-sağliği və kamandamiza uğurlar arzulayiram.Futbolumuzda baş verən yaxşi və pis hadisələrə laqeyd qalmamaqla bir daha böyuk insan olmağinizi subut etdiniz.Tutulan azarkeşlər barədə təşəbusunuz gözlənilən idi.Hörmətlə,
    *****
    Təşəkkür edirəm, Zəfər bəy.

  3. MirHafiz bey o, qeder savadli sebirli temkinli ve futbolu cox yaxsi bilen,, ve gozel hekimdir.. Ve o, dunya eliminide cox yaxsi bilen insandir. Biz yalniz onunla fexr edirik.. ALLAH hemise seni qorusun…
    *****
    Allah hamımızı qorusun, Malik bəy. Təşəkkür edirəm.

Comments are closed.