Doqquzuncu dünya çempionatı, 1970-ci il. Meksika (VİDEO və Sxematik)

Seçmə mərhələdə Avropadakı səkkiz qrupda Rumıniya, İsveç, Çexoslavakiya, SSRİ, İtaliya, Belçika, Bolqarıstan və AFR komandaları qalib gəldilər. Çempionatın final oyunları 1970-ci il mayın 31-də başladı.Həmin gün Meksika və SSRİ komandaları meydana çıxdılar. Onlar birinci qrupa daxil idilər. Qrupların tərkibi belə idi:
 
 1-ci qrup: 
Meksika, SSRİ, Belçika, Salvador
 
 2-ci qrup: 
İtaliya, Uruqvay, İsveç, İsrail
 
 3-cü qrup: 
Braziliya, İngiltərə, Rumıniya, Çexoslovakiya
 
  4-cü qrup: 
AFR, Peru, Bolqarıstan, Mərakeş
 
Gərgin keçən çempionatda üçüncü yer uğrunda oyun AFR komandasının qələbəsi ilə başa çatdı:- 1-0. Final oyununda italyanlar Braziliya futbolçularına ciddi müqavimət
göstərə bilmədilər. 19-cu dədidədə Pele topu başı ilə qapıdan keçirdi. 38-ci dəqiqədə braziliyalı qapıçı Feliks səhvə yol verdi və hesab bərabərləşdi. İtaliya komandası tam qüvvə ilə müdafiəyə çəkilsə də braziliyalılar 3 qol vurdular.Kerson 66-cı dəqiqədə, Jairzinyo 70-ci dəqiqədə və braziliyalıların kapitanı, müdafiəçi Karlos Alberto 87-ci dəqiqədə dalbadal fərqləndilər.
Beləliklə, Braziliya üçüncü dəfə dünya çempionu oldu və “Qızıl İlahə”ni həmişəlik öz vətəninə apardı.
 
********************************
Daha sxematik olaraq bax
********************************
Videonu izlə

Arxiv: Bosman.at.ua