“Xəzər Lənkəran” komandasının baş məşqçisi Con Bencamin Toşak sabah keçiriləcək “Xəzər Lənkəran” – “İnter” oyunu öncəsi klubumuzun rəsmi saytına kiçik açıqlama verib. Təcrübəli mütəxəssis açıqlamasında geridə qalan 6 tura toxunub və əsasən azarkeşlərimizə çağırış edib:
– “Sabah “Xəzər Lənkəran” üçün çox vacib bir oyundur. Belə vacib matçdan öncə azarkeşlərimizlə bəzi məsələləri paylaşmaq yerinə düşər. Son iki turda çox gözəl və vacib qələbələr qazandıq. Bu qələbələri qazanmaqla komandamız özünəinamını da geri qaytardı. Mən bir daha vurğulmaq istəyirəm ki, əslində biz bundan öncəki matçlarda da pis təsir bağışlamamışdıq. Lakin bəxt tamamilə “Xəzər Lənkəran”dan üz döndərmişdi. Son oyunda Nildonun iki qol vurması məni çox sevindirir. Bu qollarda azarkeşlərimizin rolu böyükdür. Çünki, Nildo son oyunlarda fərqlənə bilməməsinə rəğmən “Bakı” ilə ev matçımızda azarkeşlər onu elə dəstəklədilər ki, hətta mən özüm belə təsirləndim. Bu “Xəzər Lənkəran” azarkeşinin böyüklüyünü göstərir. Biz hələ çox iş görməmişik. Çalışmalıyıq və durmadan nöqsanlarımızı aradan qaldırmaqla güclü bir komanda yaratmalıyıq. Mənim vətənimdə belə bir xalq misalı var- “Qaranquş səmada görünürsə düşünmə ki, artıq yaz gəlib”.
Ona görə də indidən hisslərə qapılmaq olmaz. Sabah “Xəzər Lənkəran” çox güclü bir komanda ilə oynayacaq və bu oyun bizim üçün çox əhəmiyyətlidir. Buna görə də bütün “Xəzər Lənkəran” azarkeşlərinə səslənirəm-Sizi tribunada görmək istəyirik. Dəstəyinizi bizdən əsirgəməyin!”
Mənbə: lankaranfc.com
Vallah !-Bezen ele qeribelikler Xezer rehberliyinden cixir ki, bilmirsen gulesen ya aqlayasan!.Menim kimi on minlerle insan saat 4-de işden cixir.Eve gelene kimi saat artiq 5 olur.Yaxşi,- men bu iki saata Lenkerana nece gelim ki, futbola baxim?-İnsan bir qerar verende gerek duşune.Xezer rehberliyi yeqin unudub ki, oynun yayimlamasina baxmayaraq azarkeş yer tapmayib pillekenlerde oturduqunu…Meger hemin azarkeş ele indiki azarkeş deyilmi?-Gor ne gune qaliblar ki, biletin qiymetini qaldirdilar,- indide yayimi vermemek isteyirler ki, azarkeş gelsin.Eger men oyuna stsdiondan baxmaq isteyiremse ,yayimin olub-olmamaqindan asili olmayaraq stadiona gederem.Eger stadiona getmek istemiremse yayim olsa evde baxaram, olmasa baxmaram.Ele bilirler haminin pulu başindan aşir.Daha duşunmurler ki ,Lenkeran kimi bir yerde iki manat hecde az pul deyil.Cox tessuf!!!Bu azarkeşi kusdurmekde bunlarin meqsedi ne?-Bunu bilmek isteyerdim.Teşekkur edirem!
*****
O… Siz hər dəfə Lerikdən gəlirsiz oyuna baxmağa? Sizin kimi fədakar azarkeşlərimizə eşq olsun! Burda isə başa düşüldüyü qədər Con Toşak bu istəkdə olub. O da komandanın güclü dəstək altında oynamasını istəyir və qələbələrin davamını istəyir. BBununla da komanda tam özünə gələcək deyə düşünür. Hər halda onu komandamıza görə başa düşmək olar! Təki komandamız qələbə qazansın. bu qələbədə bir azarkeş kimi bizlər də öz payımızı hiss etməkdən qürur duyarıq. Qaldı ki, biletin qiymətinə bunun üçün biz kluba müraciət edərik ki, qiymətləri 1 manata salsınlar!
evez ediciler interi 2-0 uddu gollar tom kara fikret ulduzlu
Men 25-ildir ki Bakida işleyir ve burda yaşayiram.Lerikden Lenkerana gelmeye ne var ki!?-.Men Bakidan hemişe Lenkerana Lerik uşaqlari ile gelmişem.Tessuf ki ,indi Bakidan Lenkerana azarkeş gelmek istemir.Buda kamandamizin son oyunlarda neticeleri ile baqlidir.İnşallah yene hemin gunler geler ve biz yene deste-deste Lenkerana ,doqma klubumuzun oyunlarina gelerik.Teki rehberlik duzgun addim atsin.
*****
Gözəl arzudur, həm də dedikləriniz həqiqətdir.
Mirhafiz bəy, mən Lənkəranın mikrorayon ərazisində yaşayıram. Hər gün ən azı on saat camaatımızla ünsiyyətdəyəm və camaatımızın rifah halının nə vəziyyətdə olduğunu Siz də bilməmiş deyilsiz. Azarkeşlərimizin əksəriyyətinin kasıb təbəqəyə mənsub olmasını əsas götürsək, biletin qiymətinin iki manat olması ədalətsizlikdir. Bildiyimə görə paytaxtda, komandamızın iştirakı olmayan oyunlar pulsuz keçirilir. Əgər mümkünsə biletin qiymətinin aşağı salınması üçün “Xəzər Lənkəran” rəhbərliyinə bir müraciət ünvanlayasınız. Bu Siz tərəfdən azarkeşlərimizə böyük bir savab olar.