Con Toşak: ”Xəzər Lənkəran” komandasına və azarkeşlərinə uğurlar arzulayıram!
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Bencamin Toşak istefa verdikdən sonra klubumuzun rəsmi saytına fikirlərini bildirib. Təcrübəli çalışdırıcı istefası haqqında səsləndirdiyi fikirləri təqdim edirik:
“Xəzər Lənkəran”da olan hər kəsə mənə olan xoş münasibətə görə təşəkkürümü bildirmək istəyirəm. Burada işin mənim üçün çətin olduğunu gördüm, özüm üçün yeni olan problemlər aşkar etdim. Kluba və onun azarkeşlərinə gələcəkdə uğurlar arzu edirəm”
Mənbə: Lankaranfc.com
Hami bilir ki klub ne gundedir.Bunlari Toşak vaxtinda demeliydi.İndi bir kitab soz desede maraqsizdi.Vaxtinda bu sozleri gozleyirdik.İndi ise cox gecdir.
*****
Sizcə vaxtında deməmişdimi? “25 illik təcrübəm var, hələ belə şey görməmişəm”, deməklə futbolçu təcrübəsində Pit və sair kimi torbatikən oyunçulara rast gəlməmişəm; “35 illik məşqçilik təcrübəmdə belə şey görməmişəm”, deməklə, bu oyunlarda klubun da əlbir olub məşqçiyə torba tikməyini və s. deməmişdimi. Biz ki, yeri gəldikcə bunları qabardırdıq.
Mirhafiz muellim duzdu, demişdi amma indiye kimi bele aciq dememişdi.Evvel özunu, sonra oyunculari gunahkar cixardan Toşak, indi rehberliyin yaritmaz ve ikiuzlu siyasetini aciq bildirdi.Inden bele hansi meşqcinin gelmeyinden asili olmayaraq bu kluba inamim qalmayib,ta parazitler temizlenenecen.
Mirhafiz bəy .çox maraqlıdır .Bütün səlahiyyətlər Toşak da idisə bəs niyə bu problemi çözə bilmədi .Niyə niyə ,bu suallar ağıllını dəli edir .O qədər fikrləşirik ki .bir nəticəyə gələ bilmirik.
*****
Yəqin ki? bununla bağlı bir yazımız olacaq.
Rəhbərliyin də yenilənməyə ehtiyacı var.
*****
Bu ki, çoxdanki məsələdir, ay Rakif müəllim!
Axşamınız xeyir, DOKTOR! Toşak istefa verdi demək bir az yumuşaq səslənir. Mən deyərdim ki, Toşak dabanına tüpürüb qaçdı. Əvvəl özü komandanı torbatikənlərdən təmizləməyə başlasa da sonda elə komandanin oyunşularının əliylə öz torbası tikildi. Sabah qarantisi varmı ki, gələn hər hansı bir baş məşqçiyə(kimliyindən asılı olmayaraq) elə oyunçuların əliylə torba tikilməyəcək?
*****
Bu tarixi vərdişi süpürüb atmaq çox çətin məsələdir. Elbəttə hamının çəkindiyi adam bu tələbdə bulunsa və çox ciddi tədbirlər həyata keçirsə, bu mümkündür!
Mirhafiz bəy hamının çəkindiyi adam məgər olanlardan xəbəri yoxdurumu ? Biz görürük bəs o görmür . 8-0 görmürdümü ? Elə bir nəfəri anası ,onu işçisi olduğuna görə ,biri qardaşı olduğuna görə ,bir və sairə ,bunlara qurban verir Xəzəri ,Allah özü məhkəməsin qursun ,belələrinin Nə deyək .Qoy Rednik bura gəlməsin.Pul olmaq şərt deyil ,əsəs təşkilatçılığ bacarıqdır.
*****
Tamamilə doğru buyurursunuz.
64-il yaşayıb görmədiyi problemləri burada gördü. Eh Toşak, nə görmüəsn ki, sən…
*****
Mustafa Dənizlinin də 64 yaşı var. Ona da bu yaşda bilmədiklərini “öyrətmək” lazımdır. Fürsəti əldən qaçırmaq olmaz!